Search is not available for this dataset
text
stringlengths
10
518k
Bəzi qaynaqlarda "Şir-i Xurşid" kimi də yazılır.
Bu ordenin I, II və III dərəcələri vardı.
Həmçinin bax Şiri-Xurşid ordeni ilə təltif edilənlərin siyahısı
Şuşanın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal).
Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
Təsis edilməsi 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişi...
Həmin qanunda deyilir: Maddə 1.
Təltif edilən şəxslər "Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.Maddə 2.
Təltif edən orqan "Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3.
Taxılma qaydası "Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Qubadlının azad olunmasına görə" medalından sonra taxılır.
Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Medalın ümumi təsviri "Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2.
Medalın ön tərəfi 2.1.
Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır.
Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur.
Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca "ŞUŞA", aşağı qövs boyunca "8 NOYABR 2020" sözləri yazılmışdır.
8 NOYABR 2020" sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur.
ŞUŞA" sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 3.
Medalın arxa tərəfi 3.1.
Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "ŞUŞANIN AZAD OLUNMASINA GÖRƏ" sözləri yazılmışdır.
Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 4.
Medalın elementləri 4.1.
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Şöhrət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri.
Azərbaycan Respublikasının "Şöhrət" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə; sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inki...
Şöhrət" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şərəf" ordenindən sonra taxılır.
Şöhrət" ordeni aypara şəklində, milli ornamentlərlə haşiyələnmiş dəfnə çələngləri içərisində təsvir olunmuş, şüaları yuxarıya səpələnən günəş kompozisiyasından ibarətdir.
Kompozisiya qızıl suyuna çəkilmiş gümüşdəndir, üzəri mavi mina ilə örtülmüşdür, qabarit ölçüləri 32 mm x 38 mm-dir.
Şüaları qövs şəklində kəsən və dəfnə budaqlarının yuxarı uclarını birləşdirən qızılı rəngli lentin üzərində "Şöhrət" sözü yazılmışdır.
Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
Orden paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçüdə göy-ağ çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Ordenə paltara bərkidilmək üçün elementi olan, üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
Poçt markası üzərində 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir.
Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şöhrət" ordeninə həsr olunmuşdur.
Həmçinin bax "Şöhrət" ordeni ilə təltif edilənlərin siyahısı
Şöhrət" ordeni — 2010-cu il Ermənistan Respublikasının Dövlət Mükafatı təsis edilmiş və ER Prezidenti tərəfindən 11 yanvar 2011-ci ildə imzalanmışdır.
29 yanvarda qüvvəyə minmiş "Şöhrət ordeni haqqında" ER qanunu ilə (qanun 9 avqust 2014-cü ildə qüvvəsini itirib).
Eyni gündə Avqustun 9-dan qüvvəyə minən "Ermənistan Respublikasının dövlət mükafatları və fəxri adları haqqında" ER qanununa əsasən.
Qanunvericiliyə edilən dəyişikliklər nəticəsində medalın statusu, təltif olunanların dairəsi və taxılma qaydası dəyişməz qalıb.
Təltif statusu "Şöhrət" ordeni dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi və inkişafında, sülh və beynəlxalq təhlükəsizliyin, insan hüquq və əsas azadlıqlarının qorunmasında, iqtisadi əlaqələrin inkişafında, mənəvi-mədəni dəyərlərin qorunub saxlanmasında mühüm töhfəyə görə verilir .
Ermənistan Konstitusiyasının 55-ci maddəsinin 16-cı bəndinə əsasən, medal Ermənistan Respublikasının Prezidenti tərəfindən verilir.
Prezident mükafatla bağlı sərəncam verir.
Medala layiq görülür Xarici dövlətlərin və hökumətlərin başçıları, beynəlxalq təşkilatların rəhbərləri, ruhani liderlər (din xadimləri) ordenlə təltif edilirlər.
Təltif edilmənin müəyyən edilmiş qaydası 2011-ci ildə qəbul edilmiş qanuna görə, "Şöhrət" ordeni ilə təltif edilmənin müəyyən edilmiş qaydası yox idi. 2014 avqustun 9-dan Respublika Prezidenti həm şəxsi təşəbbüsü, həm də təltiflə bağlı vəzifəli şəxslərin vəsatətləri əsasında medalla təltif edə bilər.
Ermənistan Respublikası Prezidentinin 2014-cü il "Ermənistan Respublikasının dövlət mükafatları və fəxri adları ilə münasibətlərin tənzimlənməsi haqqında" 16 sentyabr tarixli NH-396-N saylı Fərmanla müəyyən edilmişdir ki, "Şöhrət" ordeni ilə təltif olunmaq üçün ərizə vermək müstəsna hüququ Ermənistan Respublikasının Ba...
Geyinmə proseduru (Hərbi qayda) Şərəf medalı sağdan sola sıra ilə sağ çiyindən sol ombaya qədər uzanan lentə taxılır.
Medalın təsviri Medalın təsviri və nümunəsi, onun sertifikatının nümunəsi, medal lövhəsinin təsviri və nümunəsi Ermənistan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir ER Prezidentinin 2014 "Şöhrət" ordeninin təsviri 16 sentyabr tarixli fərmanla müəyyən edilib.
Şərəf medalı diametri 97 mm olan 925 əyarlı gümüş ərintisindən hazırlanıb.
O, qabarıq ikitərəfli beşbucaqlıdır, onun bütün şüaları mərkəzə doğru qabarıqdır.
Beşguşəli ulduzun qanadları kiçik piramidal elementlərlə örtülmüş, onların arasındakı boşluqda şüa formalı fiqurlar vardır.
Medalın mərkəzində Ermənistan Respublikasının gerbi təsvir edilmiş, üçrəngli gerblə örtülmüş dairəvi platforma vardır.
Gerb dəfnə yarpaqları ilə haşiyələnmiş, gerblə dəfnə çələngi arasındakı sahə isə ağ mina ilə örtülmüşdür.
Medal 999 qızılla örtülmüşdür.
Medal arxa tərəfdə nömrələnmişdir.
Medalın arxa tərəfinin ortasında lentə bərkidilməsi üçün xüsusi bərkidici var.
Lent tünd qırmızıdır, eni: 110 mm.
Medalın çubuğu ölçüləri 25 mm x 10 mm olan təbəqə metaldan hazırlanır.
Bar tünd qırmızıdır, mərkəzdə səkkizguşəli ulduz olan düzbucaqlı postament bərkidilir .
Mükafat statistikası 2011-ci ildə — 2, 2012 və 2013 medal verilməyib 2014-cü ildə — 2.
Şöhrət" ordeni — Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1993-cü il tarixli Sərəncamına əsasən təsis edilmiş orden.
1994-cü ildən bu günədək 860 nəfər "Şöhrət" ordeni ilə təltif edilib.
Təsnifləndirmə Kərim Əli oğlu Kərimov — 31.03.1994 İlyas Məhəmməd oğlu Əfəndiyev — 24.05.1994 Qurban Abasqulu oğlu Abasov — 16.06.1994 Hüseyn Məmmədəli oğlu İbrahimov — 27.06.1994 İsmayıl Qəhrəman oğlu Şıxlı (İsmayıl Şıxlı) — 04.07.1994 Şeyxülislam Allahşükür Hümmət Paşazadə — 26.08.1994 İmam Daşdəmir oğlu Mustafayev —...
Aleksi — 13.09.2005 Marlen Əsgər oğlu Əsgərov — 19.10.2005 Rafiq Məmməd Emin oğlu Məmmədov — 19.10.2005 Səttar Suliddin oğlu Möhbalıyev — 24.11.2005 Səid Camaloviç Qurbanov — 09.12.2005 Nadir Qəmbər oğlu Əbdürrəhmanov — 09.12.2005 Vaqif Məhərrəm oğlu Abbasov — 14.12.2005 Teymur Əmiraslan oğlu Bünyadov — 14.12.2005 Qəri...
Şücaətə görə" medalı — Azərbaycan Respublikasının medalı.
Təltif edən orqan Azərbaycan Respublikasının "Şücaətə görə" medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir.
Taxılma qaydası Azərbaycan Respublikasının "Şücaətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır.
Medalın ümumi təsviri Azərbaycan Respublikasının "Şücaətə görə" medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir.
Medalın ön tərəfi Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir.
Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca "ŞÜCAƏTƏ GÖRƏ" sözləri yazılmışdır.
Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir.
Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir.
Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir.
Bütün yazılar və elementlər relyeflidir.
Medalın arxa tərəfi Medalın arxa tərəfinin mərkəzində "AZƏRBAYCAN RESPUBLİKASININ "ŞÜCAƏTƏ GÖRƏ" MEDALI" sözləri yazılmışdır.
Medalın arxa tərəfinin aşağı hissəsində medalın nömrəsi həkk olunmuşdur.
Bütün yazılar relyeflidir.
Medalın elementləri Medalın paltarın yaxasına bərkidilmək üçün 37 mm x 50 mm ölçüdə, halqa və ilgək vasitəsilə medala birləşdirilən beşbucaqlı elementi vardır.
Elementin üzərinə mərkəzində 15 mm enində boz, mərkəzdən kənarlara doğru, ardıcıl olaraq, 1 mm enində ağ və 10 mm enində göy üfüqi zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.
Elementin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, üzərində ulduz, aypara və dəfnə yarpaqları təsvir edilmiş lövhə bərkidilmişdir.
Ulduz, aypara və dəfnə yarpaqları relyeflidir.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion.
ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir.
Meydançanın tutumu 8125 nəfərdir.
Meydança süni ot örtüyü ilə döşənmişdir.
Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir.
2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb.
Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu.
Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib.
2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır.
Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
Stadionun adı dəyişdirilərək "İnter" (hazırkı "Şamaxı") klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib.
2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib.
ASK Arena FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 zamanı çempionat oyunları üçün istifadə olunmuşdur.