Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Onlar heç Qododan nə istədiklərini belə bilmirlər. |
Estraqon gözləməkdən sıxılır və özlərini ağacdan asaraq vaxt keçirməyi təklif edir. |
Bu fikir hər ikisinin xoşuna gəlir, lakin kimin birinci özünü asmasına qərar verə bilmirlər. |
Qorxurlar ki, biri ölər, digəri tək qalar. |
Ona görə də, Qodonu gözləməyin daha təhlükəsiz olduğu nəticəsinə gəlirlər. |
Estraqon acdığını söyləyir, Vladimir ona yeməsi üçün kök verir.Pozzo və Lukkinin gəlməsi ətrafda hökm sürən sükutu pozur. |
Lukkinin boynuna kəndir bağlanıb, əlində kətil, səbət, çanta və şinel daşıyır. |
Pozzonun əlində onu idarə etmək üçün qamçı var. |
Lukki səsini çıxarmadan Pozzonun əmrlərini yerini yetirir. |
Lukki kətili yerə qoyur və içində toyuq əti olan səbəti açır. |
Pozzo şərab içir, toyuğun ətini yeyib sümüklərini kənara atır. |
Lukki hər tapşırığı tamamladıqdan sonra belini bükərək çantanı tutmağa davam edir. |
O, Estraqonla Vladimirin marağına səbəb olur. |
Onlar onun çantanı niyə əlindən yerə qoymadığını soruşurlar. |
Vladimir Pozzonun kənara atdığı sümükləri götürə bilib-bilməcəyini soruşur. |
Pozzo sümüklərin artıq Lukkiyə aid olduğunu deyir. |
Lukki dinməz-söyləməz dayanır, ona görə də, Estraqon sümüklərə sahib çıxır. |
Sonda Pozzo Lukkinin çantanı əlindən qoymama səbəbini açıqlayır: çünki o, başqa kiməsə verilməkdən, tərk edilməkdən qorxur. |
Onların gəlişindən bəri sakit duran Vladimir Pozzonu tənqid edir. |
Pozzonun onun sözlərinə əhəmiyyət verməyərək Lukkinin onun üçün yük olduğunu, onu satmağı düşündüyünü deyir. |
Bu zaman Lukki ağlamağa başlayır. |
Lukkiyə yazığı gələn Estraqon onun göz yaşlarını silmək istəyir. |
Lakin ona yaxınlaşan zaman Lukki Estraqona təpik vurur. |
Pozzo Lukki ilə təxmin 60 ildir biryerdə olduqlarını söyləyir. |
Estraqon belə vəfalı nökərə bu cür davranılmasından dəhşətə gəlir. |
Pozzo əylənmək Lukkinin "oynaması"nı və "düşünməsi"ni təklif edir. |
Yöndəmsiz şəkildə rəqs edən Lukki teologiya haqqında danışmağa başlayır, lakin tezliklə bir-biri ilə əlaqəsi olmayan şeylər haqda uzun bir monoloq söyləyir. |
Bu, onun danışdığı ilk və son səhnə olur. |
Onun səs tonu getdikcə yüksəlir, danışıq sürəti də artır. |
Bu işgəncəyə son vermək üçün Vladimir onun şlyapasını götürür və cümləsini ağzında qoyur. |
Lukki çantaları yığır, Pozzo ilə birgə tələsik şəkildə çıxıb gedirlər. |
Vladimir və Estraqon yenidən təkbaşına qalır. |
Qodunun elçisi olduğunu deyən bir oğlan gələrək Qodonun bu gün axşam olmasa da, sabah mütləq gələcəyini bildirir. |
Vladimirlə Estraqon oğlan çıxıb getdikdən sonra bir müddət mübahisə edir, sonda qalacaq yer tapmağa qərar verirlər. |
Buna baxmayaraq, hərəkət etmədən yerlərində dayanırlar. |
İkinci pərdə Məkan, zaman yenə eynidir. |
Estraqonun çəkmələri və Vladimirin şlyapası hələ də səhnədədir. |
Vladimir mahnı oxuyaraq səhnəyə daxil olur. |
Bunu görən Estraqon Vladimirin onsuz necə xoşbəxt olduğundan məyus olur. |
İkisi də bir-birindən ayrı olanda daha yaxşı hiss elədiyini qəbul edir. |
Lakin özlərini inandırırlar ki, birlikdə xoşbəxtdirlər. |
Hələ də Qodonu gözləyir, bir-birinə suallar verməyi qərara alırlar. |
Estraqon bir gün əvvəl baş verən hər şeyi unudub. |
Pozzo, Lukki, özünü asmaq istəməsi haqda heç nə xatırlamır. |
O, hətta çəkmələrinin belə başqa birinin olduğunu düşünür. |
Amma ayağına geyinib yoxlayanda onların düz əyninə olduğunu görür. |
Ötən gecədən bu yana ağacların yarpaqlarının peydə olduğunu görən Estraqon yazın gəldiyini düşünür. |
Lakin Vladimir Estraqonun ayağına baxdıqda Pozzonun təpiklədiyi yerin hələ də şişkin olduğunu və qanadığını görür. |
Tezliklə onlar bu söhbətə son qoyur və müzakirə etməyə yeni mövzu tapmağa çalışırlar. |
Vladimir Pozzonun şlyapasını tapır və başına taxıb yoxlayır. |
Şlyapaları təkrar-təkrar dəyişib geyinərək bir müddət belə vaxt keçirirlər. |
Bu, Vladimirin öz şlyapasını yerə atması ilə sona çatır. |
Sonra Pozzo və Lukkini yamsılamaq qərarına gəlirlər, lakin bunun da bir faydası olmur. |
Kiminsə gəldiyini hiss edirlər. |
Vladimir düşünür ki, gələn Qododur və onları xilas etməyə gəlir. |
Daha sonra o qorxuya düşür və Estraqonu gizlətməyə çalışır. |
Amma ağac onu gizlətmək üçün çox kiçik idi. Danışıq əsnasında bir-birini təhqir etməyə başlasalar da, sonda qucaqlaşıb gözləməyə davam edirlər. |
Pozzo ilə Lukki yenidən səhnəyə daxil olur. |
Lukki yenə lal-dinməzdir. |
Lukkinin boynuna bağlanan kəndir daha qısadır. |
Bu dəfə Lukki idarə olunandan daha çox yol göstərən tərəfdir. |
Lukki Vladimirlə Estraqonu görüb dayanır, belə olan halda Pozzo ona çırpılır və ikisə də yerə yıxılır. |
Estraqon dünən onu təpiklədiyinə görə Lukkidən intiqam almaq istəyir. |
Ona görə də, onların üzərinə atılır. |
Vladimir əvvəlcə Estraqonu ayağa qaldırmır, daha sonra özü də onların üzərinə yuvarlanır. |
Çoxsaylı cəhdlərdən sonra yıxılıb-duraraq nəhayət ki ayağa qalxa bilirlər. |
Pozzo kor olduğunu, zaman anlayışını itirdiyini, bu gün olan şeyi sabah xatırlamadığını deyir. |
Pozzo və Lukki səhnəni tərk edir, Estraqon yuxuya gedir. |
Dünənki oğlan yenə gəlir və onları tanımadığını, ilk dəfə gördüyünü deyir. |
Vladimir daim eyni hadisələrin təkrarladığının fərqinə varır. |
Hətta o, oğlanın deyəcəklərini də əvvəlcədən təxmin edir: Qodonun bu gün olmasa da, sabah mütləq gələcək. |
Vladimir oğlanın onları tanımadığını iddia etməsinə əsəbləşərək oğlanı qovalayıb arxasınca qaçır. |
Estraqon oyanır, yenə çəkmələrini çıxarıb kənara atır. |
Onlar Estraqonun kəmərindən istifadə edərək yenə özlərini asmağı düşünürlər. |
Kəmərin möhkəmliyini yoxlayan zaman o qırılır və Estraqonun şalvarı əynindən düşür. |
Əgər Qodo sabah da gəlməsə, işlərinə yarayan bir kəndir gətirib intihar edərək bu məsələni həll edəcəklərini deyirlər. |
Çıxıb getməyi qərara alsalar da, yerlərindən tərpənmirlər. |
Estraqon və Vladimir — əsərin əsas iki qəhrəmanıdır. |
Bekket əsəri yazmağa başlayarkən ağlında Vladimirlə Estraqonun vizual imici yox idi. Əsərdə heç birinin fiziki təsviri yoxdur, lakin əsərin mətnindən Vladimirin daha kök olduğu aydın görünür. |
Əsər boyunca Vladimir əsasən ayaq üstə durur, Estraqon isə oturur, bəzənsə yuxulayır. |
Estraqon hərəkətsizdir, Vladimir isə yerində dayanmır. |
Estraqon intuitivdir. |
Ağlını qurcalayan əsas şey fiziki ağrılarını azaltmaq üçün ərzaq tapmaqdır. |
Olanları daim unudur, yaddaş problemi var. |
Al Alvarez yazır: "Bəlkə də Estraqonun unutqanlığı onların münasibətini bir arada saxlayan bağdır. |
Estraqon daim unudur, Vladimir də daim yada salır. |
Bu ikisi arasında vaxt keçirirlər. |
Vladimirin həyatı da əziyyətsiz keçmir, amma o, daha dayanıqlıdır. |
Vladimirin əsas dərdi zehni iztirabdır. |
Öz şlyapasını könüllü şəkildə Lukkininki ilə dəyişməsi başqa insanın zəkasına olan marağınıı simvolizə edir. |
Vladimir düşünmə prosesini və ya ruhi vəziyyəti, Estraqon isə fiziki şeyləri və ya bədəni təmsil edir.Pozzo — Lukkinin ağasıdır. |
Əsərin birinci pərdəsində Vladimir və Estraqona yoldaş olur. |
İkinci pərdədə isə kordur, köməyə ehtiyacı var. |
Estraqon kimi tanış olduğu insanları xatırlamır. |
Lukki — Pozzonun quludur. |
Boğazı kəndirlə bağlıdır, Pozzo tərəfindən idarə olunur və onun çantalarını daşıyır. |
Bütün əsər boyu ancaq iki dəfə danışmağına icəzə verilir. |
Oğlan — Qodonun nökəridir. |
Hər iki pərdədə bənzər rol oynayır: Qodonun bu gün gəlməyəciyini, ancaq sabah mütləq gələciyini deyir. |
Oğlanın bir qardaşı olduğu da bildirilir, amma obraz kimi əsərdə iştirak etmir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.