Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Yarımadada zəngin yeraltı sərvətlər xüsusilə də neft boldur. |
Yarımadanın məşhur təbii sərvətləri və tarixi irsi hələ uzun illərdən bəri Avropa və Asiya səyyahlarını özünə cəlb etmişdir. |
Qala" Dövlət tarix-etnoqrafiya qoruğunun xalqımızın tarixi, milli və mədəni dəyərlərinin mühafizə edilməsi, bərpası, həmçinin onların təbliği sahəsində əhəmiyyəti böyükdür. |
Yəni Qala qəsəbəsinin tarixi hissəsində- "Qala" Dövlət tarix- etnoqrafiya qoruğu ərazisində olan elmi, tarixi, bədii əhəmiyyət daşıyan bütün tarix və mədəniyyət abidələri dövlət tərəfindən qorunur.onun məşhurluğu hətta ətraf kəndlərə də yayılmışdı. |
Həyət: Qala kəndi faktiki olaraq kiçik şəhər kimi olub, əhalisinin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olmasına baxmayaraq, kəndin daxilində əkin sahələri və bağlar olmayıb. |
Bütün əkin sahələri kənddən kənarda olmuşdur. |
Qəsəbənin yaşayış evləri üçün kiçik bağlı həyətlər xarakterikdir. |
Bu həyətlərdə əsasən bir neçə ağac əkilərdi. |
Xüsusilə tut və püstə ağacı əkmək demək olar ki, ənənəvi hal idi. Qaydaya görə hər həyətdə daş hovuz da olardı. |
Bu hovuzlar bəzən yumru, bəzən də kvadrat şəkilli olarmuş. |
Həyətlərdə su quyusu, taxıl üçün zirzəmi və duz üçün quyu da olub. |
Artizan su quyusu Qala üçün səciyyəvi olan su mənbələrindən biridir. |
Quyunun ətrafındakı daşlarda yarıqlar da var, bu səhəng qoymaq üçün xüsusi yerlərdir. |
Həm də bu daşda su qalıb iy verməsin deyə, axar yerləri də var. |
Quyunun içinə düşmək üçün ayaq yerləri də var. |
Quyularla yanaşı, kənddə ovdanlar və yeraltı kəhriz sistemi də olub. |
İçməli su məsələsi Qalada çətin olub. |
Quyuların əsas hissəsi ancaq Şor gölün ətrafında yerləşib. |
Kəndin şərq (yuxarı) hissəsinə getdikcə suyun tərkibi tam dəyişir, həmin sudan istifadə isə mümkün deyil. |
Ev: Bildiyimiz kimi, Abşeron qumluq və susuzluq olan bir yerdir. |
Ağac məhsullarının qıtlığından Abşeronda tikinti materialları üçün əhəng daşından istifadə edilirmiş. |
Evlərin tikilişində daşların üstünlük təşkil etməsi, tağ və gümbəzli evlərin yaranmasında müəyyən rol oynamışdır. |
Qala kəndində olan evlərin əksəriyyətinin tavanları tağ formasındadır. |
Yəni həmin konstruksiya bütövlükdə tağın mərkəzində yerləşən qıfıl daşın üzərində qurulub. |
Bu tağ trapesiya şəklindədir. |
Həmin daşlar gil vasitəsilə tikilmişdir. |
Evlərin damı üst hissədən gillə çəkilir, su gillərin üstündən navalçalar vasitəsilə süzülür. |
Hər mənzilin qarşısında mütləq 80sm-1m hündürlüyündə səki olur. |
Qalanın özündə yaşayış evləri iki, bəzi hallarda isə üç otaqdan ibarət olub. |
Şərti olaraq otağın birini təsərrüfat hissəsi adlandırmaq olar. |
Digər bir hissə isə qonaq, yaxud yataq otağı kimi istifadə olunur. |
Üçotaqlı evlərdə otaqlardan biri mətbəx, ikisi qonaq və yataq otağı kimi istifadə olunurdu. |
Ümumiyyətlə, üçotaqlı evlər ailənin maddi, sosial vəziyyəti və uşaqların sayının çox olması ilə əlaqədar tikilirdi. |
Təsərrüfat yönümlü otaqda, həm mətbəx, həm də təsərrüfat işləri görülürdü. |
Mətbəx hissəni, qonaq otağından ayırırmaq üçün, evlərdə tağ tikilirdi. |
Adətən mətbəx hissədə təndir, ocaq və "suaxan" yerləşir. |
Ən maraqlı memarlıq abidəsi "suaxan" adlanan yerdir. |
Suaxan" adlanan yerdə, evli insanlar qüsl vermək, namaz qılmamışdan əvvəl dəstəmaz (pak olmaq üçün)almaq üçün istifadə edirmişlər. |
Bu da onu göstərir ki, Azərbaycan xalqı ta qədim dövrlərdən öz yaşayış tərzinə böyük diqqət ayırmış, sanitar-gigiyenik normalara vaxtlı-vaxtında riayət etmişlər. |
Mətbəxin içərisində gildən təndir olurmuş. |
Evlər plan quruluşuna görə elə inşa edilmişdir ki, mətbəx hissədə xörək hazırlayanda, həm ocağın, həm də təndirin tüstüsü onların üzərində yerləşən xüsusi baca(dobla) vasitəsilə çıxırmış. |
Otaqların qızdırılması üçün kürsüdən, yaxud buxaradan istifadə edilirmiş. |
Otağın bir hissəsində mərkəzdə kürsü üçün yer ayrılırmış, ora manqal qoyurmuşlar, içərisinə qızmar kömür tökülürmüş və onun vasitəsilə də otaqlar qızdırılırmış. |
Kürsü qızdırılan zaman yaranan tüstünü evdən uzaqlaşdırmaq üçün dam örtüyündə kiçik bir boşluq-baca qoyulurdu. |
Otaqların döşəməsi torpaq, bəzən də gillə örtülərmiş. |
Divarlarda müxtəlif ölçülərdə taxçalar düzəldilərmiş. |
Cumaxatan" deyilən yerdə sandıq və üzərində yorğan-döşək qoyurlarmış. |
Divarın hündür hissəsində özünəməxsus xüsusiyyətə malik taxça tikilər və bura müqəddəs kitab- "Quran" yaxud "çıraq" qoyulurdu. |
1,8–2m hündürlüyündə ləmə düzəldilirmiş. |
Ləməyə qab-qacaq düzərdilər və bu da evin gözəlləşməsinə xidmət edərdi. |
Sənətkarlıq Qala kəndində bir sıra sənət sahələri inkişaf etmişdi. |
Qala xalçaçıları, dəmirçiləri, dulusçuları, bənnaları, dülgərləri, silahsazları ilə məşhur idi. Qalalılar üçün ənənəvi təsərrüfat sahələrindən biri həmişə heyvandarlıq, xüsusilə də qoyunçuluq olmuşdur. |
Qala cins qoyunu öz keyfiyyətinə görə məşhur idi. |
Bu cinsdən olan qoyunlar 80–90 kq ət verirmiş. |
Hətta onların quyruğunun ağırlığı 15–20 kq olub. |
Bəzən quyruq o qədər ağır olurmuş ki, heyvan yatıb dura bilmədiyindən hərəkətdən qalırmış. |
Buna görə də ağır quyruqlu heyvan üçün iki çarxlı yeşikvarı xüsusi sürüyücü araba hazırlayıb, hərəkət zamanı quyruğu onun içinə salırmışlar. |
Bütün bu cəhətlərinə görə Qala qoyunu Abşeronda həmişə ən yüksək qiymətləndirilmişdir. |
Samanlıqlar: Samanlıqlar evlərə bitişik inşa edilməklə yanaşı evlərdən kənar həyətdə də inşa edilirdi. |
Ümumiyyətlə, samanlıqlar sonralar həyətdən kənarda inşa edilmişdir. |
Əslində samanlıqların bir hissəsi yerin altında olmaqla iki hissəli inşa edilirdi. |
Aşağı enmək üçün pilləkənlər qoyulurdu. |
Dam örtüyü daşların səliqə ilə yığılmasından ibarət olurdu. |
Daşların arasına gil çəkilirdi. |
Dam örtüyündəki qoyulmuş oyuq isə havanın dövr etməsi üçün idi. Belə tikililərin ilkin nümunələrində daşların arasında gil örtüyü olmamışdır. |
Deməli, əcdadlarımız həndəsi baxımdan bu tikililərin inşasını mükəmməl düşünməyə qadir olmuşlar. |
Yuxarı hissəni daha çox "zəvərdər" adlanan böyük daşlar saxlayır. |
Divarda heyvanı yemləmək üçün yer ayrılarmş. |
Divarda kiçik oyuqlar da olur, bunlar isə heyvan bağlamaq üçün nəzərdə tutulub. |
Deməli, bu samanlıqdan çox ailəyə məxsus heyvanı saxlamaq üçün yer olmuşdur. |
A. Axundov Eneolit və tunc dövrünə aid edilən evlər haqqında bele yazır ". |
Yaşayış məskəni əsasən gümbəzli, dairəvi tikilililərdən ibarətdir. |
Yaşayış evinin yuxarı hissəsində dəliklə mövcud idi. Dəliklər əsasən otaqın işıqlandırılması və tüstünün cıxması üçün nəzərdə tutlurdu. |
Ehtimalda varki həmən evlərdə pəncərələrdə mövcud olmuşdur. |
R. Göyüşov öz kitabında bu yaşayış məskənlərinin təhlilini yazır: "Ümumi sahəsi 0.5 h dan bir qədər çox olan oval formalı bu abidədə iki mədəni təbəqə üzə çıxarılmışdır. |
Onun I alt təbəqəsi Eneolit, II təbəqəsi isə son Tunc dövrünə aiddir. |
Eneolit dövrü təbəqəsinin qalınlığı 1.5 m-dir. |
Bu təbəqədə sahəsi 400 kv-ə yaxın dairəvi yaşayış binası və xeyli təsərrüfat tikililəri aşkar olunmuşdur. |
Bunlar müxtəlif ölçülü (50–55x22–25x8;26x16x9 sm) ciy kərpiclə tikilmışdır. |
Bir-birinə gil məhlulla bərkidilmiş, kərpic hörüklərinin diametri 3 m-ə catır. |
Onlar yarımformal formada (0.5x0.5m ölçüdə) düzəldilmişdir. |
Alimlərin bu fikri bizə Azərbaycan ərazisində eneolit və tunc dörlərində mövcud olan evlərin dairəvi və dəlikli olmasını deyir. |
Belə bir tikili formasına Qala qəsəbəsində mövcud olub, bu günə kimi bizə qaranlıq qalıb, samanlıq kimi tanınan tikililərə rast gəlmək olar. |
Onlar hansı dövrə aid edilməsini və hansı məqsədlə tikiliməsini qətiliklə demək üçün isə orada arxeoloji qazıntılara ehtiyac duyulur. |
Qala kəndin qəbiristanlıq ərazisində, tikinti texnikası Şirvan-Abşeron memarlıq üslubuna xas olan iki türbə yerləşmişdir. |
Ümumilkdə türbə anlayışı İslam təliminə ziddir və İslam ölkələrində türbə tikintisinin çox geniş yayılması, başlıca olaraq əsgi türk gələnəklərinin bu regionun xatirə memarlığına yönəldici təsir göstərməsi ilə bağlıdır. |
Bir qrup alim (M. Van – Beşem, E. Dits, N. Baçinski, O. Aslanapa) türbələrin türk mənşəli olmasını təsdiq edərək, onların yaranmasını köçəri çadırının, yaxud köçəri xalqların başçılarının iri çadırlarının monumental memarlıqda yamsılanması ilə bağlayırlar. |
A. Puqaçenkovanın fikrinə görə bu türbələr "ideyaca Orta Asiyanın və Qafqazın türk xalqlarının qədim kurqanabənzər dəfn tikintilərinə bağlıdır. |
Bu xatirə tikililərinin türkcə orijinal adı – türbət sözünün də anlamı "duran (daimi) ev" deməkdir. |
("Tu / u / r" – duran – dayanan, "bet / d" – bina, xatirə binası, ev) İstər şərq, istərsə də qərb səyyahları türk ellərinin kurqanabənzər çadırabənzər qəbirüstü tikililəri haqqında məlumatlar vermişlər. |
Onlardan İbn Fədlanın X yüzilin başlanğıcında Qərbi Türküstanda yaşayan oğuz türklərinin dəfn mərasimi haqqında olan məlumatıdır. |
O yazmışdı: "Əgər onlardan adam ölübsə, onun üçün evəbənzər, böyük bir qəbir qazırlar…Sonra onu həmin evə qoyurlar, üstünü tirlərlə örtürlər, onun üstündə isə gildən yurtabənzər tikili ucaldırlar. |
Qala kəndində yerləşən türbələrdən biri "Məhəmməd imarəti" adı ilə tanınan türbədir ki, 1624–1625-ci illərdə inşa olunmuşdur. |
Bunu girişin üstündə, arxitravın altındakı epiqrafik yazıda oxumaq olur. |
Ərəb əlifbasının nəsx xətti ilə yazılmış kitabədə qeyd olunur: "Bu binanı məğlubedilməz Şah-Abbas Heydərin və əl-Hüseyn Hacı Məhəmməd əl-Kəlainin hakimiyyəti günlərində h.q. |
tarixi ilə 1034-cü ildə (1624–25-ci illər) tikməyi əmr etmişdir. |
Türbə ağ əhəng daşından tikilməklə üzlük daşla örtülmüşdür. |
Tikintidə iri sal daşlardan istifadə olunmuşdur. |
Türbənin həcm kompozisiyası iki hissədən—kvadrat plan quruluşlu əsas üzərində ucaldılmış aşağı və onun örtüyünü yaradan yuxarı, yarımdairəvi gümbəzdən ibarətdir. |
Türbə karnizlə tamamlanır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.