Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu barədə AZƏRTAC-a Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib. |
Bildirilib ki, Gürcüstan Qudauridə snoubord kross növü üzrə Dünya Kuboku mərhələsini uğurla keçirdikdən sonra 21 yaşadək idmançılar arasında çempionata ev sahibliyi etmək hüququ qazanıb. |
Beynəlxalq Xizək Federasiyası qeyd edib ki, Qudauri həm infrastruktur, həm də təşkilati məsələlər baxımından bütün standartlara uyğundur. |
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvilinin sözlərinə görə, beynəlxalq turnirlərin keçirilməsi dağlıq rayonlarda turizm sənayesinin güclənməsinə və iqtisadi inkişafına müsbət təsir göstərir. |
Nazirlikdən onu da bildiriblər ki, çempionata Azərbaycan da dəvət olunub. |
Qeyd edək ki, gənclər arasında snoubord üzrə dünya çempionatı ilk dəfə 1997-ci ildə İtaliyada keçirilib. |
Bundan sonra mötəbər turnirin ev sahibləri İspaniya, Fransa, Almaniya, Avstriya, İsveçrə və İsveç olub. |
Şamaxıda 1994-cü il təvəllüdlü İlkin əmisi oğlunun yetkinlik yaşına çatmayan Vəfa (adlar şərti verilib - red.) |
ilə cinsi əlaqədə olmasını videoya çəkib və daha sonra qızı hədələyib. |
Teleqraf.com-un məlumatına görə, İlkin 2022-ci ilin noyabr ayının əvvəllərində həmkəndlisi, yetkinlik yaşına çatmayan Vəfanın əmisi oğlu Əli ilə seksual xarakterli hərəkətlər etdiyini görüb. |
O, bunu mobil telefonla videoya çəkdikdən sonra həmin gün “Instagram” sosial şəbəkəsində Vəfaya yazıb və onunla da seksual xarakterli hərəkətlər etməsini təklif edib. |
Vəfa İlkinin bu təklifini rədd edib. |
İlkin həmin videonu mobil telefonunda saxladığını bildirib və Vəfanı hədələyib. |
Təklifini qəbul etməyəcəyi təqdirdə sözügedən videonu Vəfanın valideynlərinə göndərəcəyini və kənd sakinləri arasında onu rüsvay edəcəyini bildirib. |
Bu hədələrlə o, Vəfanı seksual xarakterli hərəkətlərə məcbur edib. |
“Cinsi əlaqədə olacağını dedi”"İlkinin barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham elan edilib. |
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin ittiham üzrə özünü qismən təqsirli bilib. |
O qeyd edib ki, həmkəndlisi Vəfanın əxlaqsız həyat tərzi sürdüyünü eşitsə də, onun kiminlə və nə vaxt cinsi əlaqədə olmasını bilməyib:""“Əmim oğlu Əli mənə 2022-ci ilin noyabrın əvvəllərində Vəfa ilə “Instagram” sosial şəbəkəsində mesajlaşdığını dedi. |
Əlidən yaşca böyük olduğumdan ona Vəfa ilə əlaqə saxlamamasını və gələcəkdə bunun problemlər yarada biləcəyini dedim. |
Əli isə bir neçə gün sonra, yəni 2022-ci ilin noyabrın əvvəllərində, saat 13 radələrində Vəfa ilə xalası Fatmaya məxsus, heç kimin yaşamadığı evdə cinsi əlaqədə olacağını dedi”. |
“İntim hərəkətlər etməyə başladı”"Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin noyabrın əvvəllərində, günorta saat 12 radələrindən Fatmaya məxsus evin yaxınlığından keçən zaman Vəfanın hasardan aşaraq həyətə daxil olduğunu görüb:""“Mən də onun arxasınca hasardan aşaraq həyətə daxil oldum. |
Həyətdə yerləşən sanitar qovşağın qapısının bağlı olduğunu, içəridənsə səslərin gəldiyini eşitdim. |
Qapını açmağa cəhd etsəm də, bağlı olduğunu gördüm. |
Təxminən 10-15 saniyə sonra Əli sanitar qovşağın qapısını açdı. |
Vəfanın Əli ilə birlikdə sanitar qovşaqda olduğunu gördüm. |
Vəfadan niyə burada olduğunu və Əli ilə sanitar qovşağında nə etdiyini soruşdum. |
Vəfa həmin yerə gəlmələrinin səbəbini Əlidən soruşmağımı istədi”. |
“Məqsədim cinsi əlaqədə olmaq idi”"İlkin qeyd edib ki, həmin vaxt Əli ilə Vəfanın intim hərəkətdə olmalarını mobil telefon vasitəsi ilə təxminən 15-20 saniyəlik videoya çəkib:""“Vəfa onları videoya çəkdiyimi gördü, çəkilişi saxlamağımı istədi. |
Həmin videonu çəkməkdə məqsədim Vəfanı hədələyib, onunla cinsi əlaqədə olmaq idi”. |
“Videonu yaymaq məqsədim olmayıb”"İlkin qeyd edib ki, Vəfa ilə amansız rəftar etməyib, ləyaqətini mütəmadi alçaltmayıb, ona hədə-qorxu gəlməkdə məqsədi isə cinsi əlaqədə olmaq olub:""“Həmin videonu çəkməkdə məqsədim videogörüntünü yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, gəlir əldə etmək olmayıb”. |
İş üzrə zərərçəkmiş Vəfanın sözlərinə görə, o, atası, anası, bacısı və qardaşı ilə birlikdə yaşayır:""“Orta məktəbin doqquzuncu sinif şagirdiyəm. |
2022-ci ilin noyabrın əvvəllərində məktəbdən çıxdıqdan sonra günorta saat 12 radələrində Əli məni qonşuluqda yerləşən xalasına məxsus, heç kimin yaşamadığı evə dəvət etdi. |
Əlinin sözlərinə görə, xalası və onun ailə üzvləri Bakı şəhərində yaşayırlar. |
Əlinin dediyi vaxt həmin evə gələrək hasardan aşıb həyətə daxil oldum. |
Giriş darvazası ilə üzbəüz birmərtəbəli fərdi yaşayış evi, sol hissədə talvar, sağ hissədə isə tualet və hamam kimi istifadə edilən tikililər vardı. |
Mən həmin evə gəldikdə Əli artıq məni orada gözləyirdi. |
Girişdən sağ tərəfdə yerləşən tualetə daxil olduq. |
Birbaşa məktəbdən gəldiyim üçün əynimdə məktəbli forması var idi.Əli ilə tualetə daxil olduqdan sonra mənə əxlaqsız, iyrənc hərəkətlər etməyi təklif etdi. |
Daha sonra tualetin qapısı döyüldü. |
Orada təxminən 25-28 yaşında olan saqqallı bir oğlan dayanmışdı, həmin şəxsi əvvəllər görməmişdim. |
Əlidən onun kim olduğunu soruşdum. |
Əli həmin şəxsin kənd sakini Səid olduğunu, aralarında heç bir qohumluq əlaqələrinin olmadığını dedi”. |
“Bizi videoya çəkdi”"Vəfa qeyd edib ki, daha sonra rayon polis şöbəsinə dəvət edilən zaman həmin şəxsin adının əslində İlkin olduğunu, həm də Əlinin əmisi oğlu olduğunu öyrənib:""“Özünü Səid kimi təqdim edən İlkin ev sahibinin qohumu olduğunu dedi, bizim həmin evdə görüşdüyümüzə görə iradını bildirdi. |
Daha sonra İlkin mobil telefonunu çıxarıb bizi videoya çəkməyə başladı. |
Buna etiraz etsəm də, Əli mənə narahat olmamağımı, həmin videonu heç bir şəxsə göstərməyəcəyini dedi. |
Bundan sonra Əli məni bir daha hədələdi. |
Məcbur olub Əlinin iyrənc hərəkətlər etməsinə razılıq verdim. |
İlkin təxminən iki-üç dəqiqə bizi videoya çəkdi. |
O, videonu heç kimə göndərməyəcəyini dedi. |
Daha sonra üçümüz də həmin evi tərk etdik. |
Əli mənə həmin videonu sildirəcəyinə söz verdi”. |
“Cinsi əlaqədə olacağımı dedim”"İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, Vəfa ilə cinsi əlaqədə olmağını əmisi oğlu İlkinə bildirib:""“Vəfa ilə növbəti dəfə cinsi əlaqədə olarkən İlkini də dəvət edəcəyimi dedim. |
Dəvətdə məqsədim cinsi əlaqədə olduğumuz anı çəkməsi və sonradan həmin video ilə Vəfanı şantaj etmək olub. |
Çünki Vəfanın əvvəllər əxlaqsız hərəkətlər etdiyini bilsəm də, əlimdə ona aid hər hansı foto və ya video olmayıb. |
Sözügedən hadisədən təxminən 20 gün sonra Vəfaya hədə-qorxu gələrək mənimlə cinsi əlaqədə olması üçün məcbur etmişəm”. |
Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. |
Məhkəmənin hökmü ilə İlkin bir il müddətinə azadlıqdan məhrum edilib. |
Qeyd edək ki, İlkinin cinayət işi üzrə adı keçən şahid Əlinin barəsində cinayət işi ayrıca icraata götürülüb. |
Ona Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib. |
Misirin milli valyutasının dəyəri kəskin ucuzlaşıb. |
Bu barədə ölkənin Mərkəzi Bankı rəsmi saytında məlumat yayıb. |
Kəskin ucuzlaşma Mərkəzi Bankın faiz dərəcələrini artıracağı və sərbəst məzənnə tətbiq edəcəyi ilə bağlı xəbərlər fonunda baş verib. |
Qeyd edək ki, matın beşində bir dollar 30 funta satıldığı halda, bu gün artıq 50 funt sterlinqə ticarət olunub. |
Bakıda yaşayış binasının zirzəmisində səkkiz kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. |
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Emin Müşviq oğlu Vəliyevə məxsus ümumi çəkisi səkkiz kiloqram 300 qram olan qurudulmuş marixuana Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış binasının zirzəmisində aşkar edilərək götürülüb. |
Faktla bağlı araşdırma aparılır. |
Meksikanın paytaxtında bir qrup etirazçı prezident sarayına soxulmağa cəhd ediblər və binanın qapılarından birini qırıblar. |
Məlumata görə, bir qrup maskalı gənc Mexikoda yerləşən Moneda prezident sarayının bir nömrəli girişində qapını sıradan çıxarıb. |
Etirazçılar qapını qırmaq üçün Federal Elektrik Komissiyasının avtomobilindən istifadə ediblər. |
Ərazinin təhlükəsizliyini təmin edən hərbi polis hücumçuları dağıtmaq üçün gözyaşardıcı qazla cavab verib. |
Bundan əlavə, hərbçilər saray binasına girişin qarşısını almaq üçün barrikadalar qurublar. |
Hücum zamanı Meksika prezidenti Andres Manuel Lopez Obrador gündəlik mətbuat konfransı keçirən binada olub. |
Hücum edənlər Lopez Obradorla görüş tələb ediblər və 2014-cü ildə kənd müəllim hazırlığı kollecinin 43 tələbəsinin yoxa çıxması ilə bağlı aparılan araşdırmanın gedişatına aydınlıq gətirilməsini istəyiblər. |
Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər. |
Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb. |
Məlumata görə, təcrübələr sübut edib ki, təklif olunan yanaşmanın effektivliyi 99,99%-ə çatır. |
Bu, sözügedən üsuldan klinik praktikada həm insan ağciyərlərində vərəmin qeyri-aktiv ocaqlarını, həm də çoxlu dərmanlara davamlı vərəmin törədicisini məhv etmək üçün istifadə etməyə imkan verir. |
Alimlər vərəmin törədicisi olan Kox çöpünün, eləcə də ona oxşar digər bakteriyaların bir növ “qış yuxusu”na necə düşdüyünü öyrənmək üçün aparılan təcrübənin bir hissəsi kimi belə qənaətə gəliblər. |
“Qış yuxusu”nda mikroblar xüsusilə dərmanların təsirinə davamlı olurlar, buna görə də onlar insan bədənində oyanmadan onilliklər ərzində mövcud ola və infeksiyaya səbəb ola bilərlər. |
Rusiyalı alimlər müəyyən ediblər ki, bu vəziyyətdə olan mikrobları sarı işıq mənbəyi və delta-aminolevulin turşusunun birləşməsindən istifadə etməklə məhv etmək olar. |
Bu maddənin Kox çöpünün hüceyrələrinə daxil olması çoxlu sayda porfirinlərin, piqment molekullarının əmələ gəlməsinə səbəb olur ki, bu onlar da sarı işığı aktiv şəkildə udur. |
Erməni separatçıları işğal dövründə Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığını tamamilə dağıdıblar. |
Düşmən 30 ildən çox işğal altında saxladığı şəhərdə azərbaycanlılara məxsus məzarlıqları dağıdaraq viran qoyub. |
İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv ediblər. |
Qəbirlərin başdaşlarını sındırıblar, oğurlayaraq aparıblar, məzarları isə qazıblar. |
Bir çox qəbirdaşları isə tanınmaz hala salınıb. |
Qəbiristanlığı ziyarət edən Xankəndi sakinləri doğmalarının məzarlarını tapa bilməyiblər. |
“TikTok” sosial şəbəkəsi 2016-cı ildə Çində yaradılıb. |
Əvvəl elə yarandığı ölkədə populyarlıq qazanıb. |
2018-ci ildə beynəlxalq versiyası tətbiq ediləndən sonra bütün dünyada məşhurlaşıb. |
“TikTok”un elə həmin il artıq 150 ölkədə bir milyard istifadəçisi var idi.""Maraqlı faktlardan biri də odur ki, bu platforma haqqında cəmiyyətdə müsbət olduğu kimi mənfi rəylər də çoxdur. |
Amma sosial şəbəkə zəmanəsinin əsas prinsiplərindən biri də odur ki, istənilən marağa sahib olan insanlar üçün kontent (məzmun) tapmaq mümkündür. |
Azərbaycanda da “TikTok” sosial şəbəkəsində ortaya maraqlı və faydalı məzmun çıxaranlar var. |
Azərbaycan dili müəllimi Aida Hacıyeva və rəssam Anar Abdayev həmin istifadəçilərdəndir. |
Onlar Baku TV-yə müsahibələrində “TikTok”da düzgün kontent yaratmaq üçün sərf edilən əməkdən, izləyici qazanmağın yollarından danışıblar, eləcə də maraqlı ideyaların bu platforma vasitəsilə necə reallaşdırıla biləcəyi ilə bağlı məsləhətlər veriblər. |
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serimlə regional normallaşma proseslərini müzakirə edib. |
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə XİN-in Mətbuat Xidməti “X” sosial şəbəkə hesabında bildirib. |
“Nazir müavinimiz Yasin Ekrem Serim Azərbaycana səfəri çərçivəsində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib. |
Görüşdə qardaşlıq münasibətlərimiz və regional normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb”, - paylaşımda qeyd olunub. |
Bakan Yardımcımız Yasin Ekrem Serim, #Azerbaycan ziyareti çerçevesinde Dış İlişkilerden Sorumlu Cumhurbaşkanı Yardımcısı Hikmet Hacıyev tarafından kabul edilmiştir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.