Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Füzuli sakinləri illər sonra Od çərşənbəsini doğma yurdlarında bayram edirlər. |
Bayram ab-havası məktəblilər tərəfindən də coşqu ilə qeyd olunur. |
Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə keçirilən Od çərşənbəsi tədbiri də yaddaqalan olub. |
Çərşənbələrin ikincisi sayılan Od çərşənbəsi tədbirində adət-ənənələrimizi əks etdirən milli atributlar və əşyalar, həmçinin şirniyyatlar yer alıb. |
Məktəblilər milli geyimlərdə yallı oynayıblar. |
Hazırlanan səhnəciklər maraqla qarşılanıb. |
Şagirdlər yumurta döyüşüb, digər oyunlar oynayıb, şən musiqi sədaları altında rəqslər ediblər. |
Məktəblilərə Od çərşənbəsi haqda ətraflı məlumat verilib və bu çərşənbənin insanlar tərəfindən oda, Günəşə olan inamdan irəli gələrək illərdir qeyd edildiyi bildirilib. |
Onlara əvvəlki illərdə Qarabağda təkcə Od çərşənbəsinin deyil, digər çərşənbələrin də adət-ənənələrimizə uyğun olaraq necə keçirilməsi barədə danışılıb. |
Qeyd edək ki, hazırda Füzuli şəhər məktəbində 450-yə yaxın şagird təhsil alır. |
“Müəllimlərin sertifikasiyası prosesinin başa çatmaması insanların bərabər hüquqa malik olma prinsipini pozur”. |
APA xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. |
Qeyd edilib ki, bu gün müəllimlərin sertifikasiyası onların əmək haqlarının artırılmasında əsas meyarlardan biridir. |
Habelə bu proses ölkənin hər yerində aparılmadığı üçün onun tezləşdirilməsi çox vacibdir:""“Prosesin başa çatmaması insanların bərabər hüquqa malik olma prinsipini pozur. |
Belə ki, Cəlilabad rayonunda müəllimlərin sertifikasiyası keçirilmədiyindən bu meyar üzrə edilən əməkhaqqı toplayıb artımları onlara şamil edilmir”. |
Həmçinin bildirilib ki, 2023-cü ildə 31 min 300 təhsilverən sertifikatlaşdırmada iştirak edib və onlardan 23 min 200 nəfər test və müsahibə mərhələsindən uğur qazanaraq sertifikatlaşdırmadan keçib. |
Sertifikatlaşdırmadan keçmiş 5 min 300 təhsilverənin vəzifə maaşına 35% və 17 min 900 təhsilverənin vəzifə maaşına 10% əlavələr müəyyən edilib. |
Bakının Nərimanov rayonu, Faiq Yusifov küçəsində beşmərtəbəli binada söküntü işlərinə başlanılıb. |
Lakin binada hazırda yaşayanlar da var. |
Sakinlər digər mənzillərdə aparılan söküntü işlərindən narahatdırlar. |
Bəs tikinti şirkəti sakinlərlə niyə dil tapa bilmir? |
Daha ətraflı “ATV Xəbər”in süjetində: |
Şəkərin azaldılması ümumi sağlamlığınıza olduqca böyük təsir göstərə bilər. |
Əgər bir ay şəkərli qidalardan uzaq dursanız, böyük dəyişikliyin özünüz də şahidi olacaqsınız. |
Bir çox xəstəliklərin yaranmasına məhz şəkər səbəb olur. |
Əgər qəlyanaltılardan, peçenyelərdən və tortlardan doymayan birisinizsə, mütləq bu yazını oxuyun. |
Amerika Ürək Dərnəyinin məlumatına görə, gündə orta hesabla 77 qram əlavə şəkər istehlak edilir:bu, qadınlar üçün tövsiyə olunan gündəlik miqdarın üç qatıdır. |
Vizual olaraq, dörd qram şəkər bir çay qaşığı şəkərə bərabərdir, buna görə də 77 qram yarım stəkan şəkərdən bir az azdır. |
Şəkərin əsas mənbəyi içkilərdən, sonra qəlyanaltılardan və desertlərdən gəlir. |
Bir çoxumuzun tövsiyə ediləndən daha çox şəkər istehlak etməyimiz, bunun sağlamlığımıza təsirini və şəkərdən imtinanın hansı təsirlərin ola biləcəyini şübhə altına ala bilər. |
Əlavə şəkərin yüksək qəbulu diabet və çəki artımından tutmuş qaraciyər yağlanmasına qədər hər şeylə əlaqələndirilir. |
Şəkərlərin həddindən artıq istehlakı da ürək xəstəliyi riskinin artması ilə əlaqəli olan trigliserid səviyyənizi artıra bilər. |
Bəzi tədqiqatlar hətta xərçəng riskini yaratdığını da yazıb. |
30 gün ərzində şəkərdən imtina etsəniz orqanizminizdə nə baş verər? |
İltihablı xəstəliklərdən uzaq olacaqsınız. |
Xolesterin səviyyəsi aşağı düşəcək. |
Ürək döyüntüləriniz normallaşacaq. |
Yaddaş zəifliyindən xilas olacaqsınız. |
Tez bir zamanda çəki atıb, sağlam arıqlayacaqsınız. |
Qaraciyər piylənməsindən xilas olacaqsınız. |
Dəriniz daha təravətli görünəcək. |
Diş çürüməsinin qarşısı alınacaq. |
Birinci Liqa təmsilçilərindən olan “Karvan” heyətinə yeni legioner qatıb. |
Oxu.Az xəbər verir ki, məlumatı klubun Mətbuat Xidməti yayıb. |
Yevlax təmsilçisi nigeriyalı futbolçu Sonaqo İsmael Noufounu transfer edib. |
Onunla mövsümün sonunadək müqavilə imzalanıb. |
Hücumçu mövqeyində çıxış edən futbolçu son olaraq ölkəsinin “Plateau United” klubunda çıxış edib. |
Qeyd edək ki, “Karvan” hazırda Birinci Liqanın turnir cədvəlində 27 xalla beşincidir. |
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. |
Belə ki, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini köşkə çırpıb. |
Qəza zamanı iki nəfər xəsarət alıb. |
Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar. |
Korrupsiyada, eləcə də Misir və Qətər üçün xarici agent kimi işləməkdə ittiham olunan ABŞ-nin Nyu Cersi ştatının senatoru Robert Menendez ədalət mühakiməsinə mane olmaqda ittiham olunub. |
Çərşənbə axşamı Nyu-Yorkun Cənub Dairəsi məhkəməsi məlumat bazasında dərc edilən yenilənmiş rəyə senatora və onun həyat yoldaşına qarşı əvvəllər irəli sürülən bütün ittihamlara “ədalət mühakiməsinə mane olmaq” bəndi əlavə edilib. |
Qeyd edək ki, iş üzrə məhkəmə iclası mayın 6-na təyin edilib. |
Xatırladaq ki, Menendez erməni həyat yoldaşı ilə birgə uzun illər ABŞ-də anti-Türkiyə və anti-Azərbaycan qüvvələrinin dayaqlarından biri olub. |
O, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edib. |
Martın 6-da saat 00:15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. |
Qeyd olunub ki, araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. |
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. |
Hazırda ibtidai istintaq davam edir. |
07:50"Martın 6-da saat 2 radələrində Qaradağ rayonu ərazisində 1998-ci il təvəllüdlü İlham Sabir oğlu Haqverdiyevin kəsici-deşici alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. |
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Məzahir Elşən oğlu Bayramov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. |
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. |
Faktla bağlı araşdırma aparılır. |
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib. |
Bu günə qədər ölkəmizlə yanaşı BMT-yə üzv olan 75 dövlət beynəlxalq təşkilata üzvlük haqqını tam ödəyib. |
Qeyd edək ki, BMT-nin büdcəsi təşkilata üzv olan 193 dövlətin ödədiyi üzvlük haqqı hesabına formalaşır. |
Üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan da başlıcası ölkənin ödəmə qabiliyyətidir. |
Yığılan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının - Baş Assambleyanın, xüsusi komitələrin və katibliyin inzibati xərclərinin ödənilməsinə yönəldilir. |
BMT-nin xərclərinin əhəmiyyətli hissəsi sülhməramlı missiyalara sərf olunur. |
Xatırladaq ki, Azərbaycan 1992-ci ilin 2 mart tarixində BMT Baş Assambleyasının 46-cı sessiyasında qəbul olunan qətnamə ilə üzvlüyə seçilib. |
Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb. |
Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparılıb, əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb. |
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev məlumat verib. |
O bildirib ki, əmələ hüquqi qiymət veriləcək:""“Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb. |
Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. |
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”. |
11:29"Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında bıçaqlanma ilə nəticələnən dava düşüb. |
DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır:""“Əlavə məlumat veriləcək”. |
08:38"Bakının Yasamal rayonunda restoranda dava düşüb. |
APA xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb. |
Belə ki, 2001-ci il təvəllüdlü Aqil Anar oğlu Yaqubov restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub. |
Yaralı xəstəxanaya yerləşdirilib. |
Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur. |
Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Şöbəsinin əməkdaşları araşdırırlar. |
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. |
APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. |
İlkin ehtimala görə, 2000-ci il təvəllüdlü Cahangir Rövşən oğlu İsmayılov çərşənbə tədbiri zaman tonqalın düzgün qurulmadığını irad bildirib. |
C.İsmayılov etiraz edən zaman bıçaqlanıb. |
Yaralı xəstəxanaya yerləşdirilib. |
Faktı Sabunçu Rayon Polis İdarəsinin Əməkdaşları araşdırır. |
Rusiyanın Tuva Respublikasında istilik elektrik stansiyasında (İES) güclü partlayış olub. |
Məlumatı Tuva Respublikasında rəhbəri Vladislav Xovalıq da təsdiq edib. |
O bildirib ki, hadisə nəticəsində 18 nəfər xəsarət alıb, üç nəfər itkin düşmüş hesab olunur. |
Bakı Ağır Cinayətlər Məhkəməsində bibisini bıçaqlamaqda təqsirləndirilən Yusif Hüseynzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. |
Məhkəmənin hökmü Yusif Hüseynzadə üç il müddətinə azadlıqdan məhrum edilib. |
Qeyd edək ki, hadisə 23 noyabr 2022-ci il tarixdə, saat 1 radələrində paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində yerləşən nömrəsiz fərdi evdə qeydə alınıb. |
Belə ki, 2001-ci il təvəllüdlü Yusif Hüseynzadə münaqişə zəminində bibisi, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynovaya üç bıçaq zərbəsi vurub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.