Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Elan olunub ki, hadisədə ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar. |
Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il azadlıqdan məhrum edilib. |
Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. |
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub. |
Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib. |
Ali Məhkəmənin qərarına əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı hökm tamamilə ləğv edilib və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. |
Qərara əsasən, E.Kəlbəliyevin cəzası 8 ildən 5 ilə endirilib. |
Hökmdən narazı qalan prokurorluq kassasiya protesti verib. |
Ali Məhkəmənin qərarına görə, E.Kəlbəliyev barədə yüngül qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. |
Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. |
E.Kəlbəliyev “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub. |
Ali Məhkəmədə həbsdə koronavirusdan vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlakları ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. |
Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib. |
Qeyd edək ki, mərhum N.Quliyevin hüquqi varisi 615 min manatlıq əmlakın müsadirəsi qərarının ləğv edilməsini istəyir. |
Sabiq icra başçısının vəfatından sonra onun qardaşı hüquqi varisi qismində tanınıb. |
Mərhum N.Quliyevin dövlət nəfinə alınmış əmlaklarının siyahısını təqdim edirik:""Goranboy şəhəri, Heydər Əliyev prospekti, 106 ünvanında yerləşən orta bazar dəyəri 330 min manat olan qeyri-yaşayış binası;"Goranboy şəhəri, Heydər Əliyev prospekti, 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış b... |
Xatırladaq ki, N.Quliyev 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. |
Külli miqdarda mənimsəmə, rüşvətalma kimi cinayətlərdə təqsirli bilinən sabiq icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. |
Hökmə əsasən, üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilib. |
N.Quliyevin vəfatından sonra Gəncə Apellyasiya Məhkəməsi əmlaklarını müsadirədən azad edib. |
Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə qərarın əmlakların müsadirədən azad edilməsi hissəsi ləğv edilib. |
Gəncə Apellyasiya Məhkəməsi təkrar baxışda əmlakların yenidən müsadirəsinə qərar verib. |
“Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə inzibati protokol yazılıb. |
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 538.1-ci (ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələ... |
İş Ucar Rayon Məhkəməsinin hakimi Xəyal Bədəlovun icraatındadır. |
Baxış iclası martın 19-da keçiriləcək. |
Abşeron Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Arzu Bədəlovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. |
Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. |
Məhkəmənin hökmü ilə Arzu Bədəlova üç il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. |
Qeyd edək ki, A.Bədəlovanın səhlənkarlıq etməkdə təqsirləndirildiyi hadisə 2022-ci il yanvarın 4-də Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. |
Belə ki, rayon sakini A.Orucəliyeva gecə saat 3 radələrində xəstəxanaya daxil olub. |
Günorta saat 14 radələrində isə körpə ölü doğulub. |
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. |
Cinayət işi əsasında doğuşu həyata keçirən həmin xəstəxananın həkim-ginekoloqu Arzu Bədəlova istintaqa cəlb olunub. |
Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. |
Haitinin paytaxtı Port-o-Prinsdə silahlı quldurlar ölkənin əsas beynəlxalq hava limanını ələ keçirməyə cəhd ediblər. |
Qeyd olunub ki, quldurlar Haitidə yaranmış ağır vəziyyətlə əlaqədar fəaliyyətini dayandırmış Tussen Luvertür hava limanına daxil olaraq onu ələ keçirməyə cəhd ediblər. |
Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə cinayətkarlar arasında atışma baş verib. |
Atışmanın ortasında qalan hava limanın mülki əməkdaşları qaçmaq məcburiyyətində qalıblar. |
Xatırladaq ki, Haitidə artıq bir müddətdir siyasi vəziyyət gərgin olaraq qalır. |
Ötən gün Haiti hakimiyyəti silahlı dəstələrlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurmaya görə paytaxt Port-o-Prinsdə ən azı üçgünlük fövqəladə vəziyyət və komendant saatı tətbiq etmək qərarına gəlib. |
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək. |
Oxu.Az xəbər verir ki, ilk olaraq iki matç keçiriləcək. |
Almaniya çempionu “Bavariya” İtaliyanın “Latsio” komandasını qəbul edəcək. |
Romadakı ilk görüşdə meydan sahibləri qələbə qazanıblar - 1:0. |
Münhen təmsilçisində Dayot Upamekano cəza, Bouna Sarr və Kinqsli Koman zədə səbəbindən qarşılaşmanı buraxacaqlar. |
Romalılar zədə ucbatından Patrisio Qabarronun xidmətindən yararlana bilməyəcəklər. |
Digər oyunda Fransanın PSJ kollektivi İspaniyada “Real Sosyedad”la üz-üzə gələcək. |
İlk görüşdə Paris klubu qalib gəlib - 2:0. |
Meydan sahiblərində Alvaro Odriozola, Arits Elustondo və Carlos Fernandes, qonaqlarda Presnel Kimpembe, Milan Şkrinyar və Marko Asensio zədəlidirlər. |
Sosial mediada “Dostluq” kinoteatrının ətrafının hasara alınması ilə bağlı yeni görüntülər yayılıb. |
Məsələ ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, kinoteatrının fasad hissəsinin vəziyyəti ilə bağlı tikilinin ətrafı təhlükəsizliyin təmin olunması məqsədilə hasarlanıb. |
Dövlət Xidmətindən o da bildirilib ki, “Dostluq” kinoteatrının tarixi abidələr siyahısına salınması ilə bağlı məsələyə baxılır. |
Sosial müavinətlərin əksəriyyətinin təyinatı vətəndaşın müraciəti əsasında baş tutur. |
Amma bəllidir ki, vətəndaşların çoxunun müəyyən müavinətlərin mövcudluğu barədə heç məlumatları olmur. |
Məsələn, çox az adam tapılar ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman ödənilən birdəfəlik müavinət barədə məlumatlı olsun. |
Bura həbsdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə görə müavinətləri də aid etmək olar. |
Bəs vətəndaşların sosial müavinətlərdən istifadə etmək hüquqlarından yararlanmaları üçün hansı tədbirlərə ehtiyac var? |
Mövzu ilə bağlı Baku TV-nin videosunu təqdim edirik: |
Bakı metropoliteninin “bənövşəyi” xəttinin hazırda inşası davam edən stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb. |
Bu barədə ötən il “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. |
Bildirilib ki, şərti olaraq “B-04” adlandırılan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasında - Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək. |
Avtomobil yolunun hər iki tərəfi nəzərə alınmaqla dörd istiqamətdə olacaq stansiya girişlərinin tikintisi inşaatın norma və qaydalarına uyğun - sonuncu mərhələdə yerinə yetiriləcək. |
Bəs hazırda tikintisi gedən stansiyada işlər hansı yerdədir və onun açılışı nə zamana planlaşdırılır? |
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Referans.az-a açıqlamasında bildirib ki, şərti olaraq “B-04” adlandırılan stansiyanın tikintisi sürətlə davam edir:""“Qazıntı işləri tam başa çatıb, keçidlərin inşası davam edir. |
Stansiya dörd səviyyədən ibarətdir, hər mərtəbədə son tamamlama işlərinə başlanılıb. |
Yəni bundan sonrakı dövrdə divar, döşəmə örtüyünün təmizlənməsi və üzlüyün vurulması üçün hazır vəziyyətə gətirilməsi işləri gedir. |
Növbəti mərhələdə üzləmə işləri aparılacaq. |
Eyni zamanda, artıq infrastrukturun qurulması ilə bağlı bir sıra addımlar da atılıb, çünki platformalar da quraşdırılıb. |
Stansiyanı “8 Noyabr”la bağlayan yollar da artıq çəkilib”. |
Metropoliten rəsmisi qeyd edib ki, hazırda gedən proseslərlə bağlı heç bir problem yaşanmazsa, şərti adı “B-04” olan stansiyanın tikintisi 2025-ci ildə başa çatacaq. |
Onun sözlərinə görə, eskalatorların və liftin quraşdırılması, elektrik təchizatı, hərəkətin təşkili sistemləri, havalandırma və digər bu kimi məsələlərin həlli istiqamətində addımlar atılır:""“Stansiyada bir səviyyədən digərinə keçmək üçün pilləkənlər və 19 eskalatordan istifadə olunacaq. |
Müvafiq kateqoriyadan olan sərnişinlərin ehtiyacları da nəzərə alınıb. |
Onların xidmətinə üç lift veriləcək. |
Ümumən stansiyanın inşaat işləri müvafiq plana uyğun aparılır”. |
Pentaqonun rəhbəri Lloyd Ostinin keçmiş müşaviri Duqlas Makqreqor bildirib ki, Birləşmiş Ştatlar hakimiyyəti ölkənin cənub sərhədini miqrantlardan qorumaq üçün həmin əraziyə minlərlə hərbçi göndərməlidir. |
Duqlas Makqreqor bu barədə özünün “X” sosial şəbəkə hesabında yazıb. |
“Hazırda cənub sərhədlərimizi qorumaq üçün 70-80 min hərbçi oraya göndərilməlidir”, - deyə Pentaqon rəhbərinin sabiq müşaviri vurğulayıb. |
Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nərminə Əsədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. |
Məhkəmənin hökmü ilə N.Əsədovanın qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib. |
İttihama görə, hadisə 2023-cü ilin martında Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən, Zəngilan rayon 33 saylı tam orta məktəbin inzibati binasının birinci mərtəbəsinin dəhlizində qeydə alınıb. |
Belə ki, sözügedən məktəbin fiziki hazırlıq müəllimi, 1968-ci il təvəllüdlü Nərminə Əsədova ilə həmin təhsil ocağında xadimə işləyən, zərərçəkmiş Günay Babayeva (şərti) arasında mübahisə yaranıb. |
Cinayət materiallarında qeyd edilib ki, Nərminə Əsədova məktəbdə keçirilən Novruz bayramı tədbirində Günay Babayeva ilə mübahisə edib, ucadan qışqırıb səs-küy salaraq söyüş söyüb. |
Müəllimə, həmçinin, Günay Babayevaya əl və ayaq zərbələri ilə vuraraq, xəsarət yetirməklə, xuliqanlıq edib. |
Hadisədən sonra zərərçəkmiş polisə müraciət edib və təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunub. |
İstintaq orqanı tərəfindən Nərminə Əsədovanın barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. |
ABŞ Prezidenti Co Bayden Ukraynaya görə 2014-cü ildən tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb. |
Bayden bu barədə konqresə göndərdiyi məktubda bildirib. |
Bu rejim Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə imkan verir. |
“Mən qərara aldım ki, Ukrayna ilə əlaqədar 13660 saylı icra sərəncamı ilə müəyyən edilmiş fövqəladə vəziyyətin uzadılması zəruridir”, - deyə məktubda qeyd edilib. |
Bayden rejimin uzadılmasını onunla əsaslandırıb ki, Rusiya hökumətinin hərəkətləri və siyasəti ABŞ-nin milli təhlükəsizliyinə və xarici siyasətinə təhlükə törətməkdə davam edir. |
Xatırladaq ki, ABŞ-də fövqəladə vəziyyət rejimi 2014-cü il martın 6-da elan edilib. |
O vaxtdan bəri Amerika prezidentləri öz qərarları ilə bunu mütəmadi olaraq uzadırlar. |
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edən sürücülərə müraciət edib. |
Bu barədə BDYPİ-nin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsi məlumat yayıb. |
Bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər:""“Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş... |
Bu qaydanın pozulmasına görə, inzibati qaydada məsuliyyət nəzərdə tutulub. |
Hərəkət intensivliyi çox olan şəhər yollarında isə bəzi sürücülər sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edir və bununla da mənzil başına daha tez çatacaqlarını düşünürlər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.