Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu, yüz illər ərzində ərəblər, yəhudilər və xristianlar arasında elmi mübadilənin təsirli təcrübəsidir”, - deyə aləti tapan bildirib. |
“Novruz bayramında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir”. |
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb. |
Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. |
Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür. |
Zərurət yaranarsa, AZAL bayram günlərində bu marşrut üzrə uçuşların sayını artıracaq. |
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər. |
Türkiyədə dəhşətli cinayət anı müşahidə kameraları tərəfindən qeydə alınıb. |
Hadisə Kayseri şəhərində baş verib. |
Kadrlarda dükana girən kişi ilə mağazada olan şəxsin bir-birilərinə silahla atəş açması əks olunub. |
Həmin vaxt yaxınlıqdakı masada əyləşən ana-balanın bərk qorxduqları və masanın altında gizlənmək cəhdləri də görüntülənib. |
Məlumata görə, silahı ilk işə salan kişi hadisə yerində ölüb. |
Digər şəxs ayağından yaralanıb və xəstəxanaya yerləşdirilib. |
Hadisənin səbəbi araşdırılır, istintaq başlayıb. |
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb. |
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar. |
Qeyd edək ki, martın 7-də reallaşacaq “Dinamo” - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. |
Zaqreb təmsilçisində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir. |
Ukraynanın Xarkov vilayəti hər gün yeni hücumlarla üzləşir. |
Rusiya bir növ Ukraynaya qarşı hücum kampaniyası zamanı buradakı məğlubiyyətinin əvəzini çıxmağa çalışır. |
Xarkovun müdafiəsindəki zəiflikləri Ukrayna Prezidenti Volodimir Zelenski də etiraf edir və o, Qərbə silah yardımı üçün səslənib. |
Bu yaxınlarda Zelenski Niderlandın baş naziri Mark Rutte ilə birlikdə dağılmış Xarkova səfər etmişdi, onun çıxışındakı vətənpərvər narrativlər isə yalnız Ukraynanın ideoloji ruhuna təsir göstərə bilər. |
Faktiki olaraq cəbhədəki vəziyyət silah və sursatlardan, canlı qüvvələrdən asılıdır ki, Ukrayna üçün bu, həyati əhəmiyyətli bir məsələyə çevrilib. |
Zelenski elə reallıqlara da diqqəti cəmləşdirir və aydın şəkildə deyir ki, müdafiə oluna bilməsələr, Xarkov şəhəri Rusiyanın nəzarətinə keçəcək. |
Rusiya qüvvələrinin son hücum kampaniyaları Luqansk-Xarkov sektoru üzrə perspektivləri göstərə bilər. |
Rusiya yəqin çalışır ki, Xarkov oxu üzrə mümkün əməliyyatlar nəzərəçarpacaq dərəcədə nəticə versin. |
Lakin hələlik Xarkova genişmiqyaslı hücum barədə plan aydın deyil, hərçənd Zelenskinin özünün pessimist yanaşması Moskvanın əməliyyat taktikası barədə informasiya verir. |
Görünür ki, Rusiya Xarkovda istədiyini qopara bilmək üçün müxtəlif oxlar boyunca bir-birini dəstəkləyən əməliyyatlar keçirməyi nəzərdə tuta bilər. |
Rusiyanın bu müstəvidə necə taktiki performans göstərə biləcəyi isə sual altındadır, çünki o, eyni zamanda bir neçə cəbhədə paralel taktiki qazanc əldə etmək çətinliyi ilə üz-üzədir. |
Ancaq bu, daha çox Ukraynanın silahlanmasından və canlı qüvvəsinin say nisbətindən asılıdır. |
Əgər Qərbdən Ukraynaya silah tədarükü vaxtında çatsa və Kiyev ordunun şəxsi heyətini komplektləşdirə bilsə, Rusiyanın Ukrayna cəbhəsinin şimal-şərq, şərq və cənubu üzrə döyüş gücü zəifləyə bilər. |
Ancaq ABŞ-dəki prezident seçkisi kampaniyası fonunda Konqres Ukraynaya həyati əhəmiyyətli yardımları təsdiqləmir və bu, Rusiyanın əməliyyat planlamasına, məqsədlərinə vaxt qazandırır. |
Hər halda, Kreml tez-tez yaydığı mövqelərlə geosiyasi məqsədlərə nail olmaq üçün hərbi səylərinin genişlənəcəyinə işarə verir. |
Təbii ki, Moskva mərkəzli tezislərin blef və reallıq cəhətləri bir-biri ilə culğaşır. |
Görünür ki, Rusiya qüvvələri bir-birini dəstəkləyən kampaniyalarda maraqlıdır. |
Çünki Rusiya qoşunlarının irəliləməyə çalışdığı ərazilər bir-birini dəstəkləyir. |
Həmin ərazilər təxminən bir-birinə paraleldirlər və ukraynalı müdafiəçilərin eyni qruplarına təzyiq yaratmaq üçün kifayət qədər yaxındırlar. |
Ukrayna isə cəbhənin hansı sektorunda necə müdafiə oluna biləcəyini fikirləşir. |
Ukrayna adekvat əks-hücum əməliyyatı üçün Qərbdən dəstək əməliyyatlarına ehtiyac duymağa davam edəcək. |
Hərçənd ki, Ukrayna cəbhədə taktiki problemlərlə üzləşdikcə, Rusiyanın sərhəd regionunda yerləşən şəhərlərinə, infrastrukturuna pilotsuz aparatlarla zərbələr endirə bilər. |
Sözsüz ki, Rusiya quru əməliyyatlarına qədər raket, dron və artilleriya zərbələrini intensivləşdirmək qabiliyyətini göstərə bilər. |
ABŞ-nin Kaliforniya ştatında bir qrup maskalı şəxs evin bağçasında keçirilən şənliyə silahlı hücum edib və insanlara atəş açıb. |
Bu barədə şəhər polis idarəsindən açıqlama verilib. |
Məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. |
Yaralılar xəstəxanaya aparılıb. |
Şəxsiyyəti məlum olmayan hücumçular isə avtomobilləri ilə hadisə yerindən qaçıblar. |
Hadisə ilə bağlı istintaq başladılıb. |
Hollivud ulduzu Silvester Stallonenin qızları ataları ilə münasibətlərindən danışıblar. |
Onların sözlərinə görə, atalarının həddindən artıq sevgisi Sofiya, Sikstina və Skarlett bacılarının gənclərlə ünsiyyət məsələlərində əməlli-başlı problem yaradır. |
Qızlar bildiriblər ki, Stallone ümumiyyətlə, onları sərt qaydalarla böyüdüb, 18 yaşına qədər onların tərbiyəsi ilə ciddi məşğul olub. |
Belə ki, qızlara oğlanlarla görüşmək qadağan idi.Axşam saat 10-da isə “komendant saatı” başlayırdı. |
Valideynlərimizin vanna otağında işıq saat 10:05-də yanırdısa, biz isə hələ yerimizə girməmişdiksə, böyük problemlərimiz olduğunu anlayırdıq”, - deyə Sikstina zarafatla deyib. |
Qızların sözlərinə görə, atası onların sevgililərini o qədər qorxudurdu ki, görüş zamanı bəzən hətta dosyelərini gətirirdilər. |
“Bir oğlan var idi, mənimlə görüşə dosyesini gətirmişdi. |
Biri isə içində fotoşəkillərini və ətraflı tərcümeyi-halını daxil etdiyi CV hazırlamışdı”, - deyə Sikstina əlavə edib. |
Aktyorun qızları atalarının populyarlığının şəxsi həyatlarına mənfi təsir edə biləcəyindən narahatlıqlarını bildiriblər. |
Onların sözlərinə görə, bəzi gənclər yalnız Stallonenin özü ilə daha yaxından tanış olmaq üçün görüşə gəlirdilər, bəziləri isə adını eşidən kimi qaçırdılar. |
Ukraynanın Donbas əyalətində (Donetsk vilayəti) son vaxtlar döyüşlərin gərginləşməsi bölgənin bütün şəhər və kəndlərini hərb meydanına çevirib. |
Rusiya ordusunun aktiv hücumlarının Ukrayna ordusu tərəfindən dəf edilməsi, intensiv artilleriya hücumları bölgənin Liman, Konstantinovka, Çasov-Yar və digər şəhərlərində ciddi dağıntılara, kommunal xətlərin tamamilə məhvinə səbəb olub. |
Liman şəhərinin əhalisinin 80 faizi evlərini tərk edib. |
Fevralın 26-dan martın 3-dək olan müddətdə Azərbaycandan 2,7 milyon, Türkiyədən isə 633,6 min ədəd toyuq yumurtasının növbəti partiyaları Rusiyaya daxil olub. |
Beləliklə, ötən ilin sonundan ümumilikdə 28,5 milyon ədəd yumurta idxal edilib. |
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. |
O da qeyd olunur ki, martın 4-nə Azərbaycan və Türkiyədən Rusiyaya 28,5 milyon ədəd süfrə yumurtası idxal edilib. |
Azərbaycandan məhsullar üçün bazarın açılması barədə qərar ötən ilin noyabrında Rusiya hakimiyyəti tərəfindən verilib, tədarüklər dekabrın ikinci yarısında başlayıb. |
Türkiyədən gələn məhsullara tarif güzəştləri tətbiq edilir:Rusiya Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-dək 1,2 milyard toyuq yumurtasının Rusiyaya rüsumsuz idxalına icazə verib. |
Ötən gün Bərdədə 13 yaşlı qız intihar edib. |
Hadisə rayonun Qarayusifli kəndində qeydə alınıb. |
2011-ci il təvəllüdlü F.C-nın meyiti tövlədə asılmış vəziyyətdə tapılıb. |
AzVision.az intihar hadisəsinin detalları haqqında məlumat əldə etmək üçün F.C-nın şagirdi olduğu Qarayusifli kənd tam orta məktəbinin direktoru Mayisə Quliyeva ilə əlaqə saxlayıb. |
Məktəb direktoru bildirib ki, 13 yaşlı qız əlaçı olmasa da, dərsə davamiyyəti yaxşı olub və tədbirlərdə aktiv iştirak edib. |
“Oxumasına görə orta səviyyədə olan şagird idi.Tədbirlərimizdə fəal çıxış edirdi. |
Psixoloji durumunda pozğunluq hiss etməmişdik. |
Sakit, başıaşağı qız idi.Ondan yaşca kiçik qardaşı da bizim şagirddir. |
Qızın dərsə davamiyyəti çox yaxşı idi. |
Bu yaxınlarda bircə dəfə dərsdən qalmışdı, evinə nümayəndə göndərmişdik. |
Bəlli olmuşdu ki, valideyn səhlənkarlığı ucbatından yatıb qalıblar. |
Həmin bacı-qardaşın dərsdən yayınmasına bir gün belə icazə verməmişəm. |
Qız məktəbin həyətində sakit-sakit gəzirdi, heç kimə qarışmırdı” . |
Direktorun sözlərinə görə, F.C-nın anası evdar qadındır, atası isə əvvəllər kənddə qəssab işləyib, hazırda isə mal-heyvan təsərrüfatı ilə məşğul olur. |
“Valideynləri intiharla bağlı bir söz demirlər. |
Camaat danışır ki, qız üç gün bundan öncə deyirmiş ki, özünü öldürəcək. |
Kənd sakinlərinin verdiyi məlumata görə, F.C-nın ailəsində problemlər olub və tez-tez münaqişə edirmişlər. |
Son mübahisə də elə intihardan üç gün əvvəl olub. |
Hətta üç-dörd ay bundan öncə F.C-nın anası yoxa çıxıbmış. |
Ailəsi uzun müddət onu axtarıb. |
Dekabrın 31-də atası tapıb, evlərinə geri qaytarıb. |
Bu müddət ərzində uşaqların qayğısına nənə qalırmış. |
Ailələrindəki söz-söhbət səbəbindən bacı-qardaşın məktəbdə bullinqə məruz qalmasının qarşısını almaq üçün tədris ocağının rəhbərliyi bütün siniflərdə şagirdlərlə söhbət aparıbmış. |
Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğu araşdırma aparır. |
Məşhur rusiyalı sənətçi Alla Puqaçova ölkədən kənarda yaxtada ziyafət təşkil edib. |
O, bununla bağlı şəxsi səhifəsində paylaşım edib. |
“Baharın ilk bazar gününü əla keçirdik! |
Çiçəklərə, təbriklərə və sadiq pərəstişkarlarımın bəxş etdiyi gündəlik sevinc hisslərinə görə təşəkkür edirəm. |
Mənə görə narahat olmayın!”, - deyə 74 yaşlı ifaçı videogörüntüyə şərh verib. |
Bakıda yük avtomobili ilə Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürməkdə təqsirləndirilən Firdovsi Eyvazova hökm oxunub. |
Hökmə əsasən, F.Eyvazov səkkiz il müddətinə azadlıqdan məhrum edilib. |
Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Zabrat-Maştağa yolunda baş verib. |
Belə ki, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Sevgi Rəsulova və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub. |
Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində keçiniblər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.