Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib. |
APA xəbər verir ki, hadisə M.C.Paşayev küçəsi, 18 ünvanında yerləşən beşmərtəbəli binada qeydə alınıb. |
İkinci mərtəbədəki mənzilin mətbəxində olan paltaryuyan maşın alışıb. |
Ev sahibi yanğını söndürmək istəyərkən tüstüdən zəhərlənib. |
Əraziyə FHN-in DYMX-nin əməkdaşları cəlb olunublar. |
Alovun mətbəxdən digər otaqlara keçməsinin qarşısı alınıb. |
Evin sahibi təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. |
Faktla bağlı araşdırma aparılır. |
Saatlıda avtomobil piyadanı vuraraq öldürüb. |
İlkin məlumata görə, təxminən ahıl kişini avtomobil vuraraq öldürüb. |
Sürücü isə hadisə yerindən qaçıb. |
Hazırda piyadanın, habelə sürücünün kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. |
Faktla bağlı araşdırma aparılır. |
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. |
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, keçirilən əməliyyatlar zamanı rayon sakinləri - Elşən Hüseynov və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Səbuhi Cəfərov saxlanılıblar. |
E.Hüseynovun üzərindən marixuana, S.Cəfərovdan isə heroin aşkar edilərək götürülüb. |
Faktla bağlı araşdırmalar davam etdirilir. |
Bakıda ərini öldürməkdə təqsirləndirilən Gülnar Vəlizadənin barəsindəki hökmdən kassasiya şikayəti verilib. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. |
Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib. |
O, cəzasının yüngülləşdirilməsini istəyir. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. |
Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. |
Qeyd edək ki, hadisə 2022-ci ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. |
Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb. |
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. |
G.Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. |
Haiti hakimiyyəti silahlı dəstələrlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurmaya görə paytaxt Port-o-Prinsdə ən azı üç günlük fövqəladə vəziyyət və komendant saatı tətbiq etmək qərarına gəlib. |
Administrasiyadan bildirilib ki, tədbir növbətçi asayiş keşikçilərinə, yanğınsöndürənlərə, təcili yardım sürücülərinə, tibb işçilərinə və jurnalistlərə şamil edilmir. |
Polisə komendant saatını tətbiq və bütün qanun pozucularını həbs etmək üçün bütün qanuni vasitələrin istifadəsi ilə bağlı ciddi tapşırıq verilib. |
Qeyd edək ki, martın ikisində silahlı qrupların üzvləri ölkənin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək bir neçə yüz məhbusu azad ediblər. |
Bunun ardınca ərazidə kütləvi davalar və mülki şəxslərə hücumlar baş verib. |
Mənbə:Gazeta.ru"09:10"Haitinin Port-o-Prens şəhərindəki həbsxanadan minlərlə məhbusun qaçması zamanı azı 10 nəfər ölüb. |
Bununla bağlı Haiti İnsan Hüquqlarını Müdafiə Milli Şəbəkəsi məlumat verib. |
Həbsxananın ətrafına baş çəkən mətbuat işçilərindən biri güllə yaraları olan 10-a yaxın cəsədi gördüyünü bildirib. |
Hələlik hadisənin digər təfərrüatı açıqlanmır. |
Qətl törətməkdə və adam öldürməyə cəhddə təqsirləndirilən Rəşad Abdullayev barəsindəki hökmdən yenidən kassasiya şikayəti verib. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. |
Məhkəmənin ilkin hazırlıq iclası martın 6-na təyin edilib. |
İttihama görə, hadisə 2020-ci il iyunun 16-da saat 4 radələrində Salyan rayonunun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında qeydə alınıb. |
Belə ki, gölə balıq tutmaq üçün gələn iki nəfər ərazinin gözətçisi, 1995-ci il təvəllüdlü Rəşad Valeh oğlu Abdullayev tərəfindən güllələnib. |
Hadisə nəticəsində rayonun Kürsəngi kənd sakini, 1995-ci il təvəllüdlü Asif Gəray oğlu Qarayev hadisə yerində ölüb, onun həmkəndlisi 1996-cı il təvəllüdlü Fərzalı Vidadi oğlu Aydınov isə güllə yarası alıb. |
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib. |
Şirvan Apellyasiya Məhkəməsi Rəşad Abdullayevin apellyasiya şikayətini qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirib. |
Məhkum əməlinin tövsifi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) maddələrindən CM-in 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə dəyişdirilib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. |
Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib. |
Ali Məhkəmə kassasiya protestini təmin edib, Şirvan Apellyasiya Məhkəməsinin qərarını ləğv edilərək işi yeni apellyasiya baxışına təyin edib. |
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılıb. |
Məhkum 16 iyun 2020-ci il tarixdən 3 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 5 ay 17 gün müddət təyin edilmiş 16 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 14 il 6 ay 13 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. |
Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum müdafiəçiləri tərəfindən kassasiya şikayəti verilib. |
İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. |
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib. |
Məlumata görə, zəlzələ 10 km dərinlikdə qeydə alınıb. |
Yeraltı təkanlar Sumatra adasında yerləşən Benkulu şəhərindən 224 km aralıda müşahidə edilib. |
Təbii fəlakət nəticəsində itkilər və dağıntılar barədə məlumat yoxdur. |
Özünü vəzifəli şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq etməyə cəhddə və rüşvətə təhrik etmədə təqsirləndirilən Fərid Kərimlinin barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. |
Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum olunub. |
Hökmə əsasən, F.Kərimli məhkəmə zalında həbs olunub. |
İttihama görə, əvvəllər məhkum olunmuş Fərid Fərəməz oğlu Kərimli Aygün Mirzəyevaya 35 min və Cəmil Quliyevə qarşı isə 20 min manat məbləğində dələduzluğa cəhd edib. |
Ona qarşı Cinayət Məcəlləsinin dələduzluğa cəhd, rüşvətə təhrik etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə ittiham elan olunub. |
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Faiq Əliyev və tanışı Tehran Əliyev saxlanılıblar. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumat görə, F.Əliyevin idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqrama yaxın narkotik vasitə tiryək və marixuana, həmçinin 240 ədəd psixotrop tərkibli metodon həbi aşkar edilərək götürülüb. |
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. |
Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. |
Belə ki, rayonun Düz Cırdaxan kənd sakini Firuz Qocayev idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə piyada, Tovuz rayonunun Abulbəyli kənd sakini 1978-ci il təvəllüdlü Almaz Abdullayevanı vurub. |
Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. |
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. |
Monqolustanda havaların qeyri-adi soyuq keçməsi nəticəsində tələf olan otlayan heyvanların sayı üç milyonu keçib. |
Bu barədə ölkənin fövqəladə hallar üzrə xüsusi dövlət komissiyası bildirib. |
“Mart ayının əvvəlinə olan məlumata görə, güclü qar ilə müşahidə olunan qeyri-adi soyuq qışda ölkəmizdə 3 milyon 89 min 420 baş otlayan heyvan aclıqdan tələf olub. |
İtkilər 2024-cü ilin əvvəlinə qeydə alınan mal-qara sayının 4,7 faizini təşkil edib”, - deyə məlumatda qeyd olunub. |
Məlumata əsasən, indiki çətin vəziyyət gələn yaza qədər daha da ağırlaşacaq. |
Meteoroloqların məlumatına görə, Monqolustanda havanın orta illik normadan daha soyuq olacağı, güclü qar və toz fırtınaları olacağı gözlənilir. |
Bu, mal-qaranın otarılması və qarşıdan gələn balalama dövründə əlverişsiz şərait yaradacaq. |
Yunanıstan milli müdafiə naziri Nikolaos Dendias Ermənistana gələcək. |
Bu barədə Ermənistan KİV-də məlumat verilib. |
Məlumata görə, Dendiasın başçılıq etdiyi nümayəndə heyəti bu gün Ermənistana yollanacaq. |
Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mehti İsmayılovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. |
Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehti İsmayılov 14 il müddətə azadlıqdan məhrum edilib. |
Bakı Apellyasiya Məhkəməsində onun şikayətini təmin olunmayıb. |
İttihama görə, hadisə Bakının Maştağa qəsəbəsində qeydə alınıb. |
Mehti İsmayılov hadisə zamanı oğlu Rəşadın başından balta ilə zərbə vurub, gəlini Cəmalənin üzünün bir neçə yerində balta zərbələrindən çapıq yaranıb, sol budundan bir neçə yerdən kəsik xəsarətləri alıb. |
O, məhkəmədə ifadə verərək oğlu və gəlininin onun arvadını dəfələrlə döyməsindən bezdiyini, buna görə də onların hər ikisini öldürmək istədiyini bildirib. |
Xankəndidə separatçıların “parlament” binası sökülür. |
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. |
Qeyd edək ki, həmin tikili erməni separatçıları tərəfindən “parlament” binası kimi istifadə edilirdi. |
Söküntü görüntülərini təqdim edirik: |
Bu gün karate üzrə beşqat dünya, 11 qat Avropa çempionu, Olimpiya ikincisi, karatenin “Qara brilyant”ı Rafael Ağayev 39 yaşını qeyd edir. |
Oxu.Az xəbər verir ki, Ağayev Rafael Mahir oğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. |
Qeyd edək ki, atasının yolu ilə gedərək 7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. |
İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilib, ona ilk vərdiş və bacarıqları aşılayıb. |
İlk milli yarışlarda iştirak etməklə o, diqqəti cəlb edib və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri “Budokan”da məşq etməyə dəvət alıb. |
Rafael artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilib. |
O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Mişkolsda (Macarıstan) keçirilən açıq Dünya Kubokunda iştirak edib. |
Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olub və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmayıb. |
2013-cü ildə ayağından zədə aldığı üçün 2014-cü ildə yarışlara qatıla bilməyıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.