Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Sakin çıxmadıqda isə məcburdur məhkəməyə müraciət etsin. |
Əsas səbəb qanunvericilikdəki boşluqlardır "Ekspert bildirir ki, bu cür problemlərin əsas səbəbi qanunvericilikdəki boşluqlardır:“Bəzən İcra hakimiyyəti, qurumlar biri digərinin verdiyi icazənin düzgün və ya əsaslı olmadığını əsas gətirərək, növbəti mərhələdə müvafiq sənədlərin verilməsindən imtina edir və yaxud prosesi gecikdirir. |
Bu cür problemlər də məsələnin uzanmasına gətirib çıxarır. |
Nəticə etibarilə həm vətəndaşlara, həm tikinti şirkətlərinə zərbə dəyir”. |
Obyektiv və subyektiv səbəblər"Vəkil Anar Ramazanov bildirdi ki, bu kimi problemlər əvvəlki illərdə daha çox yaşanırdı:“Tikinti şirkətləri evi bir çox hallarda vaxtında təhvil vermirdi. |
Bunun da obyektiv və subyektiv səbəbləri olurdu. |
Obyektiv səbəblər odur ki, dövlət qurumları - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bəzən layihələrə düzəliş edir yaxud dəyişdirirdi, bəzi hallarda tikintiləri müəyyən pozuntulara görə müvəqqəti dayandırırdı. |
Subyektiv hallar isə budur ki, tikinti şirkətləri bir çox hallarda öz maliyyə resurslarını düzgün qiymətləndirmirdi, vətəndaşlara əsassız sözlər verirdi və binanın tikintisi vaxtında yekunlaşmırdı”. |
Müqavilədə bu məqamlar mütləq olmalıdır"A.Ramazanovun sözlərinə görə, vətəndaşlar aldanmamaq üçün tədbirli olmalıdır:“Vətəndaşlar şirkətlə bağladıqları müqavilədə hüquqi müddəaların olub-olmamasına diqqət etməlidirlər. |
Evin nə zaman və hansı şəkildə təhvil verilməsinə, dövlət tərəfindən istismara qəbul olunub-olunmamasına, müvafiq kommunal xidmətlərin quraşdırılmasına xüsusi fikir verməlidirlər. |
Əgər mənzil vaxtında təhvil verilməzsə, binanı tikən şirkətə hansı hüquqi məsuliyyət tətbiq oluna bilər, bu da müqavilədə əks olunmalıdır”. |
Fərqli iddiaların qaldırılması mümkündür"Hüquqşünasın fikrincə, bu halda tikinti şirkətləri məsuliyyətə cəlb olunur:“Əgər bina vaxtında təhvil verilməzsə, vətəndaşın hüququ var ki, Mülki Məcəllədə göstərilən qaydada dəymiş zərəri şirkətdən tələb etsin. |
Yəni, kirayədə qalıbsa, artıq qaldığı kirayə pulunu istəsin. |
Yaxud müəyyən hallarda müqavilənin tamamilə pozularaq əvvəlki mənzilinin bazar qiyməti ilə dəyərinin ödənilməsini tələb edə bilər. |
İşin hallarından asılı olaraq, bir neçə fərqli iddiaların qaldırılması da mümkündür. |
Hansı məbləğdə cərimə kəsiləcək? |
Nə qədər maddi məsuliyyət daşıyacaq? |
Bunu işin hallarından, vətəndaşa dəymiş ziyanın məbləğindən asılı olaraq, məhkəmə müəyyən edir. |
Bu kimi hallarda tikinti sahiblərini əsasən mülki məsuliyyət gözləyir. |
Əgər tikinti şirkəti mənimsəmə və israfetməyə, özbaşınalığa, vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verərsə, bu zaman artıq vəzifə və korrupsiya cinayətlərinə görə, həmin şirkət rəhbərlərinin cinayət məsuliyyəti meydana çıxır”. |
Kişineunun qərbpərəst mövqeyi, NATO-ya və Avropa İttifaqına (Aİ) inteqrasiya istiqamətində atdığı addımların intensivləşməsi Rusiyanı hərəkətə keçirib. |
İndi də “qaqauz kartı” işə salınır. |
Ekspertlər vəziyyətin təhlükəli həddə doğru inkişaf etdiyi qənaətindədir. |
Postsovet məkanının ən narahat ölkələri sırasında olan Moldovada vəziyyət gərginləşə bilər. |
Dnestryanı bölgənin ardınca, Qaqauzda da mərkəzdənqaçma meyilləri güclənib. |
Kişineunun qərbpərəst mövqeyi, NATO-ya və Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımların intensivləşməsi Rusiyanı sərt qərarlar qəbul etməyə sövq edir. |
Gərginlik o həddə çatıb ki, ölkənin cənubundakı muxtariyyətdə deputatlar qurultay keçirmək barədə qərar qəbul ediblər. |
Dnestryanı bölgədən nümunə götürən qaqauzlar bu tədbiri keçirmək üçün bəhanə də tapıblar. |
İddia ediblər ki, Kişineudan artan təzyiqlər praktiki olaraq region iqtisadiyyatını iflic edib. |
Qaqauzlar bildiriblər ki, muxtar qurumun mərkəzi hakimiyyət tərəfindən “məhv edilməsinə” qarşıdırlar. |
Onlar deyiblər ki, Rusiya və Türkiyə rəhbərliyinə müraciət edərək, liderlərdən Qaqauzun xüsusi hüquqi statusu haqqında qanunun icrasının təminatçısı olmağı istəyəcəklər. |
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. |
Gərginliyə səbəb olan qərar"Qeyd edək ki, inzibati mərkəzi Komrat şəhəri olan Qaqauzda 200 minə yaxın qaqauz türkü yaşayır. |
Qaqauz coğrafi olaraq elə də böyük bir ərazi deyil, etnik və linqvistik olaraq əhalinin 92 faizi türkdür. |
Qaqauzlar türk Oğuz boyuna aid toplumdur. |
Xristianlığın pravoslav məzhəbinə etiqad edirlər. |
1991-ci ildə Sovet imperiyası dağıldıqdan sonra müstəqillik qazanan Moldova hökuməti 1994-cü ildə qaqauzlara muxtariyyət verib. |
Muxtar vilayətdə üç rəsmi dil var - moldovan, rus və qaqauz dilləri. |
Məktəblərdə dördüncü sinfin son rübünə kimi ana dilləri olan qaqauz türkcəsində dərslər keçilir. |
Bu yaxınlarda Qaqauz parlamenti gərginliyə səbəb olan qərar qəbul edib. |
Kişineu ilə dialoqun olmamasını əsas gətirərək yerli parlamentlərarası təmas qrupunda işini dayandırıb. |
Deputat İvan Qaraca deyib:“Qapıları bağlamırıq. |
Amma əgər bizə elə münasibət bəsləyirlərsə, Kişineuya gedib alçalmağın nə mənası var? |
Biz ikinci dərəcəli insanlar deyilik”. |
Moldova regionları sırasında ən kasıb bölgə"Qeyd edək ki, Qaqauz Avropada Rusiyanın ən böyük nüfuza malik olduğu bölgələrdən biri hesab olunur. |
Moldovanın tərkibindən çıxmaq hüququna sahib olan region ölkədə keçirilən səsvermələrdə daim rusiyayönlü siyasətçi və partiyalara səs verir. |
Misal üçün, sabiq prezident İqor Dodon sözügedən türk bölgəsindən 99 % səs ala bilib. |
Qaqauz həm də Moldova regionları arasında ən kasıb bölgədir. |
Kremlə meyllilik qaqauzları hökumətin bir çox iqtisadi və sosial layihələrindən, investisiya proqramlarından kənarda qoyub. |
Qaqauzlar Moldovanın müstəqillikdən imtina edib Rumıniyaya birləşməsinə də qarşı çıxırlar. |
Qurultay separatizmə dəstək verəcəkmi? |
Baş tutacaq qurultaya gəldikdə, təşkilat komitəsinin üzvləri Qaqauz muxtariyyətinin yaradıcılarını, ictimai xadimləri, deputatları (indiki və keçmiş) Moldova Respublikasının öhdəliklərini yerinə yetirməsilə bağlı müzakirələrə dəvət edirlər. |
Qurultayın təşəbbüskarlarından biri, “Qaqauz Xalki” ictimai təşkilatının rəhbəri İvan Burqudji hesab edir ki, indiki şəraitdə Qaqauz Prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğana rəsmi müraciət etməlidir. |
Moldovanın keçmiş baş naziri İon Çiku bildirib ki, muxtariyyətin yerli büdcəsi maliyyə təzyiqinə tab gətirməyəcək. |
Qaqauz bölgəsi sakinlərinin qəzəbinə və etirazına səbəb olan da budur:“Vəziyyətdən çıxış yolu bütün ölkə ərazisində ƏDV-nin toplanması və ödənilməsi üçün ümumi qayda tətbiq etməkdir”. |
Bu arada, 2023-cü ilin aprelində xalq tərəfindən muxtariyyətin başqanı seçilən Yevgeniya Qutsul Moldova hakimiyyəti tərəfindən tanınmadığı üçün hələ də tam olaraq vəzifələrini yerinə yetirə bilmir. |
Moldova Prezidenti Mayya Sandu bildirib ki, Qutsul rüsvay edilmiş siyasətçi İlan Şorun rəhbərlik etdiyi cinayətkar dəstənin üzvüdür. |
Prezidentin sözləri ötən gün Avropa İttifaqının Kişineudakı missiyasının rəhbəri Yanis Mazeiks tərəfindən də təkrarlanıb. |
Jurnalistlərin Qərb ölkələrinin səfirlərinin niyə başqanla görüşməməsi ilə bağlı sualını cavablandıran Mazeiks deyib:“Cinayətkarla əlaqəsi olan başqanla dialoq aparmaq mümkün deyil”. |
Yeri gəlmişkən, Dnestryanı bölgədə də proseslər yeni mərhələyə adlayıb. |
Separatçıların “parlamenti” Rusiyaya onları “xilas etmək” üçün müraciət ünvanlayıb. |
Moldovanın 2030-cu ildən daha tez Avropa İttifaqına üzv olması üçün referendum keçirilməsinin zəruriliyindən danışılır. |
Parlamentin spikeri İqor Qrosu deyib ki, bu il referendumun keçirilməsi və danışıqlar prosesinə tam sürətlə başlamaq çox vacibdir:“Hesab edirəm ki, bizim Aİ-yə qoşulma anını daha da yaxınlaşdırmaq üçün mümkün olan hər şeyi etmək imkanımız və öhdəliyimiz var. |
Mən ukraynalı həmkarlarımda da eyni ruhu və yanaşmanı hiss edirəm”. |
Türkiyə də regionda güclənməyə çalışır"Yeri gəlmişkən, Türkiyə də Moldovada, xüsusən də Qaqauzda mövqelərini gücləndirməyə çalışır. |
Məsələn, Türkiyə Beynəlxalq Ticarət və Əməkdaşlıq Şurasının prezidenti Əziz Şahin deyib ki, Qaqauza 2 milyard dollar həcmində sərmayə qoymağa hazırdırlar. |
2016-cı ildə Türkiyə və Moldova arasında sərbəst ticarətin aparılmasına dair razılaşma Qaqauzda da yeni imkanlara yol açıb. |
Son 8 ildə buradan Türkiyəyə ixrac dörd dəfə artıb. |
Bölgədə Türkiyə sərmayəli 100-dən artıq şirkət rəsmi qeydiyyatdadır. |
Tək 2020-ci ildə Türkiyədən Qaqauza 40 milyon dollara yaxın idxal gerçəkləşdirilib. |
Hələ 2018-ci ildə Prezident R.T.Ərdoğan işgüzar səfər çərçivəsində Moldovada olarkən Qaqauzu da ziyarət etməyi unutmamışdı. |
2020-ci ildə burada Türkiyə konsulluğu açılıb. |
Beləliklə, bölgədə vəziyyət gərginləşməyə doğru gedir. |
Qaqauzun da Dnestryanı bölgə kimi separatizmə doğru yuvarlanacağı proqnozlaşdırılır. |
Bu isə Moldova tərəfindən sərt addımlarla qarşılana bilər. |
Masallı rayonunun iki kəndinə ilk dəfə elektrik xətti çəkiləcək. |
Artıq Nazirlər Kabineti tərəfindən sözügedən kəndlərdə yaşayan sakinlərin sosial problemlərinin həlli ilə əlaqədar elektrik xəttinin çəkilməsi istiqamətində qərar qəbul edilib. |
Qeyd edək ki, rayon mərkəzindən 20-25 kilometr aralıda yerləşən Miyankü kənd inzibati ərazi dairəsinə daxil olan Ulum və Dico kəndləri dağlıq ərazidə və çətin relyefdə yerləşir. |
Hazırda Dico kəndində bir, Ulum kəndində isə iki ailə yaşayır. |
Florensiyanın əzəmətli memarlığını görmək üçün dünyanın hər yerindən buraya turistlər gəlir. |
Onlar üçün fəslin fərqi yoxdur. |
İtaliyanın Toskana vilayətinin paytaxtı turistlərə səyahət üçün təəssüratları ömür boyu yaddan çıxmayacaq yerlər təklif edir. |
Tarixi və mədəniyyəti sevənlər üçün açıq hava altında böyük muzeydir Florensiya şəhəri. |
Əfsanəyə görə, əsası Yuli Sezar tərəfindən qoyulub. |
Nadir qədim eksponatlarla, muzeylərlə, məbədlərlə, meydanlarla, abidələrlə zəngindir. |
Bu qədim şəhərin əzəmətli memarlığını görmək üçün dünyanın hər yerindən turistlər gəlir. |
Onlar üçün fəslin qış və yay, yaz və ya payız olmasının fərqi yoxdur. |
İtaliyanın Toskana vilayətinin paytaxtı turistlərə təəssüratları ömür boyu yaddan çıxmayacaq elə yerlər təklif edir ki, bu gözəl və heyrətamiz şəhərə səfər həmişəlik yaddaşlara yazılır. |
“Kaspi” qəzeti mövzu ilə bağlı reportaj hazırlayıb. |
Romadan Florensiyaya hər saatdan bir avtobuslar və qatarlar gedir. |
Roma dəmir yolu stansiyasından yola düşən rahat qatarlar 1,5 saat (bir tərəfə biletin qiyməti 21,95 avro) sərnişinləri bu füsunkar şəhərə çatdırır. |
Elektrik qatarı daha ucuzdur - 14,3 avro. |
Ekspress avtobusla Romanın Tiburtina avtovağzalından Florensiyaya səyahət isə 4,5 saat çəkir. |
Səhər 07:40 qatarı ilə Romadan Florensiyaya yola düşürəm...“İnsanların bu şəhərə axışmasının səbəbi nədir?” - yol boyu məni düşündürən suala cavab tapmaq şəhərə ayaq basandan sonra asanlaşır:insanlar burada intibah dövrünün ab-havasına qərq olur, kafedralların qədim divarlarına toxunur, klassik ustaların əsərlərinə baxır, ən son dəb tendensiyalarını tuturlar...""İntibah dövrünə yaşıl işıq"Florensiyaya “İntibah dövrünün beşiyi” deyirlər. |
Zarafat deyil, dünyaya Leonardo da Vinçi və Qaliley, Dante və Mikelancelo, Donatello, Covanni Bokaçço kimi böyük şəxsiyyətlər bəxş edib. |
XV əsrdə Medici sülaləsinin himayəsi altında formalaşmış qeyri-adi gənc rəssamlar və ziyalılar qrupunun yeni baxış və düşüncəsi ilə İtaliyada intibah sənətinin ilk dövrü olan “Florensiya intibahı” başlayıb. |
Sonralar bu dalğa Roma, Venesiya və ölkənin qalan şəhərlərinə yayılıb. |
Florensiya haqlı olaraq fəxr edir ki, məhz onun mütəfəkkirləri intibah dövrünə yaşıl işıq yandırıblar və bütün Amerika qitəsi florensiyalı məşhur səyyah Ameriqo Vespuççinin adını daşıyır. |
Təəccüblü deyil ki, bu təfəkkür nəhəngləri nəinki öz dövrlərində, hətta əsrlər boyu Avropa və dünya elminin və incəsənətinin inkişafına təsir göstərməkdə davam edirlər. |
Üç ay öncədən bilet al"Şəhərin öz füsunkarlığı və əzəməti ilə heyran edən intibah dövrünün məşhur tarixi abidələri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.