Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Çünki qadın olduğum üçün, xüsusilə də öz ixtisasımla bağlı məni zəif görürdülər. |
Sonra öyrəndim ki, bu cür münasibətlə tək mən deyil, çox qadın qarşılaşır. |
Daha dəhşətlisi də odur ki, sən mühəndissən, amma iş yerində ciddi mühəndislik işlərini sənə vermirlər. |
Sən işində də başqa işlərlə məşğulsan. |
Sanki qadınsan, bu sahəni bilməzsən kimi yanaşırlar. |
Mən bundan sonra nəyisə dəyişməyə çalışdım. |
Düşündüm ki, bu sahədə işləyən, oxuyan qadınları bir yerə toplayım, fikir mübadiləsi aparsınlar və bacaracaqlarını göstərsinlər. |
Ona görə “Qadınlar mühəndislikdə” istiqamətini proqram olaraq yaratdım. |
Sonra öyrəndim ki, dünyada da bu problem var və mərkəzi ABŞ-də yerləşən, müxtəlif regionlarda filialları olan “Qadınlar mühəndislikdə” proqramı var. |
Ora üzv olduq və direktor seçildim. |
Hazırda ADA universiteti ilə çalışır, tələbələrlə görüşlər keçiririk. |
İnanıram ki, zaman keçdikcə, belə fikirlər aradan qaldırılacaq, yanaşmalar dəyişəcək. |
Təəssüf ki, bu yanaşma xanımların əzmini, istəyini məhv edir. |
- Peşənin cinsi ilə bağlı stereotiplər necə qırılmalıdır? |
- Mən düşünmürəm ki, qadınla kişi eynidir. |
Fizioloji cəhətdən biz tamamilə fərqliyik. |
Amma bacarmaq istədiyin iş fiziologiyanda problem yaradırsa, ondan imtina etməyə yenə də özün qərar verməlisən. |
Fərd olaraq, insan öz seçimini etməlidir və nə üçün seçdiyini anlamalıdır. |
Mühəndislik, proqramlaşdırma sahələrində isə sən daha çox beyinlə düşünürsən, bu sahədə fizioloji problem də yoxdur. |
Biz tarixə nəzər salsaq, ilk proqramlaşdırma dilini də qadın yazıb, “Wİ-Fİ”-ın də layihəsini qadın yaradıb. |
Amma yenə də bu sahəni kişilərə “yaraşdırırlar”. |
Maarifləndirmə və qadınların bacarıqlarını sübut etməklə stereotipləri qıra bilərik. |
21-ci əsrdə peşənin cinsindən danışmaq, qadın, kişi peşələri kimi kateqoriyalara ayırmaq gülüncdür. |
- Bu gün Azərbaycan qızlarının ən böyük baryeri nədir? |
Əgər ətrafındakı insanlar səni sıxma-boğmaya salırlarsa, özünü günahlandırmaq lazım deyil. |
Sən bununla mübarizə aparmalısan. |
İnsanlar rahata qaçmağa meyillidir. |
Problem görəndə dayanır, yollarını dəyişmək istəyirlər. |
Xəyallarınıza mane olan insanlardan uzaqlaşmaq lazımdır. |
Ailədə də uşaqlıqdan öz fikrini açıq deməyi bacarmaq lazımdır. |
- Sonabəyim xanım, mübarizə ilə nail olduğunuz peşənizdən danışaq. |
Tədqiqat işiniz əsasən nə ilə bağlıdır? |
- Almaniyada robototexnika üzrə tədqiqatçı olaraq çalışır, professor köməkçisi kimi fəaliyyət göstərirəm. |
Həmçinin tədqiqatçı olaraq beynəlxalq layihələrdə iştirak edir, Yaponiya, Avropa ölkələri ilə əməkdaşlıq edirik. |
Hazırda robototexnikanın “Humanoid Robotics” istiqamətində çalışıram. |
Yəni insanabənzər robotlar hazırlayırıq. |
“Bu robotlar cəmiyyətə necə inteqrasiya ola bilər” kimi suallar ətrafında tədqiqatlar aparırıq. |
Daha çox yaşlı insanlarla çalışırıq, çünki Almaniyada, Yaponiyada yaşlı insanların sayı ildən-ilə artır, onların təklik problemləri yaranır. |
Yaşlıların ətrafında çox vaxt ailələri olmur. |
Biz çalışırıq ki, onlarla vaxt keçirən, sağlamlıq göstəricilərini yoxlaya bilən robotlar düzəldək. |
- Yəni robotlar onlarla dostluq edəcək...""- Üzərində işlədiyim robot “actroid f”dir. |
İlk baxışdan insana çox bənzəyir. |
İnsanlarla söhbət edir, onun həyatı haqqında danışır, ona dəstək ola, həmçinin vacib informasiya olanda onu nəzərə ala bilir. |
Məsələn, Yaponiyada insanlar özlərinə qəsd etməyə daha meyillidirlər. |
Onların bu addımı atmamasına robot kömək edir. |
Robotla danışdıqca, problemi hiss edir, onu dinləyir və fikrindən daşındırmağa çalışır. |
Problem robotlarda deyil, insanlardadır"- Robotların cəmiyyətə inteqrasiyası üzrə tədqiqatlar aparırsınız. |
İnsanların bəziləri robotların həyatımızı ələ keçirəcəyini, bizə zərər verəcəyini düşünür. |
Bəs mütəxəssis olaraq siz necə düşünürsünüz? |
- Problem robotlarda deyil, insanlardadır. |
Nifrəti də ona insan ötürür, sevgini də. |
Adi qələmdən yazmaq üçün də istifadə etmək olar, kiməsə xəsarət yetirmək üçün də. |
Ona görə düşünürəm ki, bunun tənzimlənməsi olmalı, diqqətlə izlənməlidir. |
Hansı qurum hansı məqsədlə yaradır, nəzarət olunmalıdır. |
Yaxşı insan, pis insan olduğu kimi, yaxşı robot və pis robot da yaratmaq mümkündür. |
- Tədqiqatçı kimi İtaliya, Belçika, Yaponiya, Fransaya səyahət etmisiniz. |
Bu ölkələrdə öz sahənizlə bağlı sizi nə təəccübləndirib? |
- İnsanların işə yanaşması məni təəccübləndirib. |
Mən Azərbaycanın iş sistemindən Almaniyaya gələndə də tam fərqli yanaşma ilə qarşılaşmışdım. |
Almaniyadan Yaponiyaya getdikdə də ikinci şoku yaşadım. |
Orada işə yanaşma tərzi elədir ki, sənin supervizorun nə dedisə o olmalıdır, sən onu sorğu-sual edə bilməzsən. |
Yeni ideyalar barədə danışmaq çətindir. |
Ən əsası, sənə heç vaxt açıq “hə”, ya “yox” demirlər. |
Bunlar mənə görə mənfi cəhətlərdir. |
Almanlar yaponlardan fərqli olaraq çox konkretdirlər. |
Amma Yaponiyada texnologiya çox inkişaf edib və insanlara qarşı hörmət çox yüksəkdir. |
Onlar ev yeməklərini də texnologiya ilə edirlər. |
Bu, onların işləmə mədəniyyətlərinə görədir. |
Belə başa düşdüm ki, insanların yemək bişirməyə belə vaxtları yoxdur. |
Eynən azərbaycanlılar kimi çox qayğıkeşdirlər. |
Yaponların bəzi xüsusiyyətlərini bizə oxşadırdım. |
- “Həyatda vacib bacarıqlardan biri hədəfini müəyyənləşdirməkdir” demisiniz. |
Sizcə, hədəfi müəyyənləşdirməyin yaşı varmı? |
Uşaqlıqda mənə araşdırmaq, suallarıma cavab tapmaq maraqlı idi.Böyüdükdə də ardınca getdim, indi tədqiqatçıyam. |
Amma insan var ki, 40 yaşında hədəfini müəyyənləşdirir. |
Amma “vaxtım var, sonra düşünərəm” kimi yanaşma da düz deyil. |
Düşünürəm ki, hədəf də ancaq karyera üzərində qurulmamalıdır. |
Yaşamağı da unutmaq lazım deyil. |
Ancaq karyera dalınca qaçıb özünü unutmağı düzgün qəbul etmirəm. |
- “Həmişə arzulardan qaçıb daha real ola biləcək ssenari ilə gedərək, həyatımda çox səhvlər etmişəm” deyirsiniz. |
Sizcə, arzular reallıqdan öndə olmalıdır? |
Məncə, arzuların olmalı, onlara doğru çalışmalısan. |
Ola bilər ki, sənin arzuladığın səmt başqa yerdədir. |
Amma sən əgər çalışırsansa, ona çatmaq olar. |
Mənim problemim o olub ki, reallıqla getmişəm. |
İstədiyim bir neçə istiqamət olub, onlardan hansı daha tez reallaşa bilər düşüncəsi ilə yanaşmışam. |
Əgər bir ideyanı beynində canlandıra bilirsənsə, onu reallaşdıra da bilərsən. |
- Həm oxuyur, həm işləyirsiniz. |
Boş vaxtlarınızda da sosial şəbəkələrdə insanları maarifləndirməyə, onların suallarına cavab verməyə çalışırsınız. |
- Öyrəndiklərimi paylaşmağı sevirəm. |
Bu, məktəbdə də belə olub, universitetdə də. |
İlk dəfə Almaniyaya gedəndə də tələbələri xaricdə oxumaqla bağlı məlumatlandırır, çətinliklərini deyirdim ki, buna hazır olsunlar. |
Mən özüm də araşdırma etmişəm, insanlar təcrübələrini paylaşıblar. |
Təcrübəli adamla danışdıqda onlar sənə yol göstərdikdə arzularını reallaşdırmağa bir addım da yaxınlaşırsan. |
Çünki qarşında sənin istədiyini bacaran real insan təcrübəsi olur. |
Ona görə tələbələrin arzularını reallaşdırmaq üçün əlimdən nə gəlirsə, etməyə çalışıram. |
Fransanın son üç il ərzində yersiz müdaxiləsi və Ermənistana açıq kömək etməsi Avropanın digər nəhəngi olan Almaniyanın vəziyyətə soyuq başla yanaşmasına səbəb olur. |
Çünki Fransaya görə korlanan Avropa-Azərbaycan münasibətlərinin fəsadlarını tək fransızlar deyil, hamı yaşaya bilər. |
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. |
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Berlin görüşünün nəticələri barədə ehtimal irəli sürmək asan deyil. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.