Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Biz, həmçinin, Braziliya, Azərbaycan və BƏƏ-nin iqlimlə mübarizədə birgə işlədiyi yeni dəyişən həndəsə modelləri qururuq. |
Biz Qafqazda, Yaxın Şərqdə və dünyanın digər yerlərində Mərkəzi Asiyadan olan qardaşlar və tərəfdaşlarla daha çox tərəfdaşlıq quracağıq. |
Dəyişən həndəsə yanaşması - yəni təşkilatda dəyişkən formada iştirak edilir. |
Üzv dövlətlərə əməkdaşlıqlarının daha da inkişaf etməsi üçün razılığa gəlməyə şərait yaradır və üzvlər arasında hər hansı bur məsələdə razılığın olmaması səbəbindən təşkilatın dalana dirənməsinin qarşısını alır”. |
Beləliklə, Azərbaycanın qlobal xarici siyasət kursuna keçməsi kifayət qədər ciddi hadisədir. |
Bu o deməkdir ki, rəsmi Bakı bundan sonra beynəlxalq aləmdə baş verən hadisələrdə daha fəal rol oynayacaq, hadisələrin nəinki iştirakçısı, həm də istiqamətləndiricisi olacaq. |
“Keçmiş yoldaşım sonralar dəfələrlə barışmaq istədi. |
Lakin artıq geri dönüş mümkün deyildi. |
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib. |
Keçmiş qaynanam dünyasını dəyişməmişdən öncə gedib onu gördüm. |
Bundan bir müddət sonra isə o rəhmətə getdi”, - deyə Xalq artisti bildirib. |
Ankaranın İrəvanla münasibətlərinin normallaşdırılması ilə bağlı növbəti görüşün keçirilməsi barədə qərar qəbul edilib. |
Bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bəyan edib. |
“Görüş olacaq, biz qərar vermişik. |
Tarixi və yeri barədə razılığa gəlinəcək”, - deyə Kılıç bildirib. |
O, həmçinin iki ölkə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı məsələyə münasibət bildirərək, bu istiqamətdə hələlik irəliləyiş olmadığını vurğulayıb. |
İsmayıllı və Qəbələdə vətəndaşlardan 16 tüfəng götürülüb. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri ilə İsmayıllı rayonunda üç, Qəbələdə isə son iki ay ərzində 13 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb. |
Azərbaycan Nazirlər Kabinetinin bu ay Milli Məclis qarşısında hesabat verəcəyi gözlənilir. |
Oxu.Az bildirir ki, prosedura əsasən, Nazirlər Kabineti hər il Azərbaycan Milli Məclisinin yaz sessiyasının beşinci iclasında öz fəaliyyəti haqqında hesabat verir. |
Qeyd edək ki, Milli Məclisin 2024-cü il yaz sessiyasında üç iclası (fevralın 1-i, 16-sı və 23-ü) keçirilib. |
Növbəti iclasların vaxtı isə açıqlanmayıb. |
Xatırladaq ki, Azərbaycan Konstitusiya Məhkəməsi 2024-cü ilin fevralın 13-də ölkədə 7 fevralda keçirilən növbədənkənar prezident seçkisinin nəticəsini təsdiqləyib və rəsmən elan edib. |
Bundan bir gün sonra - fevralın 14-də - Prezident İlham Əliyev Milli Məclisdə and içib. |
Andiçmədən sonra Nazirlər Kabineti istefaya göndərilib və yeni tərkib formalaşdırılıb. |
Qeyd edək ki, Milli Məclisin razılığı ilə Prezidentin sərəncamı əsasında Əli Əsədov yenidən baş nazir təyin edilib. |
Tehranda “Evin” həbsxanasında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı, tanınmış aktyor və xəttat Murtaza Pərvinin bir həftədir ki, başladığı aclıq aksiyasına görə vəziyyəti ağırlaşıb. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. |
Məlumata görə, incəsənət xadiminin fəqərələrarası disk yırtığından əziyyət çəkməsi ailəsinin narahatlığını artırıb. |
Qeyd edək ki, fevralın 23-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayan güneyli fəal təcridxanada ona qarşı əsassız ittihamların irəli sürüldüyünü bildirib və qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyası keçirəcəyini deyib. |
“Baku Med” verilişinin yeni buraxılışı efirə gedib. |
Verilişin budəfəki mövzusu saç əkimi ilə bağlı olub. |
Proqramda saç tökülməsinin səbəblərindən və saç transplantasiyası prosedurundan bəhs edilib. |
Proqramın qonağı saç həkimi mütəxəssisi həkim-dermatoloq Araz Əmirov olub. |
“Azərbaycan tərəfindən olan həmkarlarımızla daimi dialoqumuz var və onlar Azərbaycan, Ermənistan, Rusiya arasında olan üçtərəfli razılaşmalarda olan məsələlərin həll edilməsinin tərəfdarı olduqlarını təsdiq edirlər”. |
S.Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafı razılaşmaların necə reallaşdırılacağından asılıdır. |
“Münasibətlərdə inkişaf hər iki ölkə rəhbərliyinin üçtərəfli razılaşmalarda olan öhdəliklərin yerinə yetirməsindən asılı olacaq”, - XİN başçısı deyib. |
Sabiq təhsil naziri Misir Mərdanov və Xalq artisti Nazpəri Dostəliyeva toy məclislərinin birində rəqs ediblər. |
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntüləri Xalq artisti sosial media hesabında paylaşıb. |
“Misir müəllimin çox sevdiyi “Naxçıvani” aşıq mahnısı. |
Allahdan sizə uzun ömür arzulayıram”, - deyə Nazpəri Dostəliyeva qeyd edib. |
Həmin görüntüləri təqdim edirik:"""Qeyd edək ki, bir müddət öncə də Xalq artisti və sabiq nazirin birgə rəqsinin görüntüləri yayılmışdı. |
“Avropa İttifaqı (Aİ) Azərbaycanın uzunmüddətli tərəfdaşıdır”. |
O bildirib ki, tərəflər arasında sıx tərəfdaşlıq əlaqələri var:""“Bu, özünü xüsusilə təhsil və peşə təhsili sahəsində göstərir. |
Hər il minlərlə tələbə təhsilini davam etdirmək üçün Avropaya gedir. |
Hər il Avropanın müxtəlif ölkələrindən yüzlərlə tələbə Azərbaycana gəlir. |
Bu, qarşılıqlı əlaqə baxımından çox yaxşıdır”. |
Prezident İlham Əliyev Əsgər Adil oğlu Rəsulovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. |
President.az xəbər verir ki, Ə.Rəsulov Azərbaycan Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə Prezidentin müvafiq sərəncamı ilə təltif olunub. |
“Rusiya Ermənistan rəhbərliyinin bəyanatlarını izləyir və öz praktik addımlarını planlaşdırarkən bunları nəzərə alacaq”. |
Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov Antalya Diplomatik Forumunun yekunlarına dair mətbuat konfransında deyib. |
O vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatları əsasında İrəvanla Bakı arasında nizamlanmanın alternativi yoxdur. |
“Ermənistan rəhbərliyindən hər gün eşidilən bu bəyanatlar bizi reallıqda nələr baş verdiyi və bunu praktiki addımlarımızda necə nəzərə alacağımız barədə düşünməyə vadar edir”, - Lavrov qeyd edib. |
Qeyd edək ki, son aylar İrəvanda Moskvaya qarşı ittihamlar səslənir. |
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib. |
Oxu.Az xəbər verir ki, Dəniz Nəqliyyatı Donanmasının “Dədə Qorqud” tankerinin motorçusu Vüsal Güloğlan oğlu Məlikov vəfat edib. |
Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub. |
O, 2011-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu şagirdi kimi fəaliyyətə başlayıb. |
Ömrünün sonunadək də müxtəlif gəmilərdə motorçu kimi çalışıb. |
Vüsal Məlikov Vətən müharibəsində iştirak edib. |
O, haqq savaşımız başlayanda iş başında olsa da, döyüşlərə qatılmaq üçün gəmini öz istəyi ilə vaxtından əvvəl tərk edib. |
30 il düşmən tapdağında qalan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşən Vüsal Prezident İlham Əliyevin Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalına layiq görülüb. |
Xətai rayonunda sakinlərin istirahət yeri məhv edilir. |
Bu barədə Oxu.Az-ın redaksiyasına ərazidə yaşayan sakinlər şikayət ünvanlayıblar. |
Onların sözlərinə görə, ötən gün rayonun Gəncə prospekti, 105 ünvanında istirahət yeri dağıdılıb:""“Bir neçə il əvvəl də buranı söküb, yerinə bina tikmək istədilər. |
Hamının etirazından sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev də əraziyə gəldi və burada heç bir tikinti işlərinin aparılmadığını bildirdi. |
Bakıda 1500 sakinin istirahət yerini dağıtdılar - Bina tikəcəklər"Biz də öz hesabımıza ərazini abadlaşdırdıq, ağaclar əkdik, park saldıq, söhbətgahlar qoyduq, futbol stadionu düzəltdik. |
Uşaqlarımız oynayır, biz də istirahət edirdik. |
Dünən isə ərazini söküblər və tikinti aparılacağı bildirilib. |
Biz oraya 20-dən çox xan çinarı və digər müxtəlif ağaclar alıb, əkmişik. |
İndi bizi əraziyə yaxın getməyə də qoymurlar”. |
Sakinlər qeyd ediblər ki, ora korporativ ərazidir və orada tikinti aparılması düzgün deyil:""“Bir neçə il əvvəl burada söküntü işləri aparmaq istəyən zaman da məhkəməyə müraciət etdik və qərar bizim xeyrimizə oldu. |
Təxminən 1 500-ə yaxın insanın istirahət yeri məhv edilir”. |
ƏVVƏL:"""SONRA:""İlhamə Əbülfət |
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. |
Bu barədə President.az xəbər verir. |
Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinin birinci abzasından “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən” sözləri çıxarılır. |
Bununla nazirliyin kollegiyasının tərkibinə nazir (kollegiyanın sədri), onun müavinləri, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri və nazirliyin digər rəhbər işçiləri daxil edilirlər. |
Naxçıvan MR DSMF sədri isə artıq kollegiya üzvü sayılmır. |
Əsasnaməyə görə, zəruri hallarda nazirliyin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər da daxil edilə bilərlər. |
Bakıdakı yollardan birində hərəkətin təşkilində dəyişiklik edilib. |
Milli.az bildirir ki, Zahid Qəmbərov küçəsinin Binəqədi şosesi ilə kəsişməsində hərəkət istiqaməti dəyişdirilib. |
Belə ki, artıq bu küçədən sola dönməyə icazə verilir. |
Qeyd edək ki, dəyişiklik bir müddət əvvəl edilib. |
Bundan əvvəl həmin küçədən Binəqədi tərəfə getmək istəyənlər bu yolla sağa daxil olub, sonra notariatın qarşısından geriyə dönmə edirdilər. |
Gəncə şəhərində kafedə yüksək səslə domino oynayan şəxs saxlanılıb. |
“Qaynarinfo”nun məlumatına görə, hadisə şəhərdə yerləşən “Kolorit” kafesində baş verib. |
Belə ki, yüksək səslə domino oynayan 1978-ci il təvəllüdlü Azər Cəbiyevə (ad-soyad şərti) kafeninin xanım sahibi irad bildirib. |
İraddan sonra sakitləşməyən müştərinin oradan çıxarılması üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. |
Polis əməkdaşları gələrək onu müayinəyə aparmaq istəyiblər. |
Lakin Azər başını divara vuraraq, polis əməkdaşlarının təklifindən boyun qaçırıb. |
Məhkəmənin qərarı ilə Azər Cəbiyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib və 150 manat cərimə olunub. |
O, törətdiyi əməldən peşman olduğu üçün məhkəmə zalında azadlığa buraxılıb. |
“Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin tam modernləşdirilməsi və buraxılış gücünün brş milyon tona çatdırılması istiqamətində görülən işlərin 95%-ə qədəri artıq başa çatdırılıb”. |
Onun sözlərinə görə, qarşıdakı iki ay ərzində layihə işlərinin tam başa çatdırılması nəzərdə tutulub. |
“Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ötən ilin əvvəllərindən BTQ-nin modernləşdirilməsi və layihə tutumunun genişləndirilməsi üzrə işlərə başlanılıb”, - ADY rəhbəri bildirib. |
R.Rüstəmov əlavə edib ki, layihə beş mərhələdən ibarət olub və artıq onun üç mərhələsi başa çatdırılıb:""“Bununla bağlı Gürcüstan hökuməti tərəfindən müvafiq təsdiqedici sənədlər alınıb. |
Son olaraq Axalkalaki stansiyası üzrə sonuncu mərhələdə işlər başa çatmaq üzrədir. |
Qalan işlərin də iki ay ərzində başa çatdırılması nəzərdə tutulub”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.