Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən və yüksəkliyi 3 751 metr olan Heydər Əliyev zirvəsinə çıxıb. |
Ən böyük arzularından biri isə tanınmış alpinist olmaq, Tyan-Şan dağlarına tək yürüş etməkdir. |
Oxu.Az ən gənc dağçımızla müsahibəni təqdim edir:""- Fəridə xanım, harada boya-başa çatmısınız? |
- Dağçı olsam da, dünyanın dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxtında (-28 metr - red.) |
- Bakı şəhərində anadan olmuşam. |
- Bəs dağçı olmaq istəyiniz haradan yaranıb? |
- Mən uşaq olanda ailəmizlə birlikdə təbiətdə olmağı sevirdik, təbiət turlarına qatılırdıq. |
Azərbaycanda elə bir bölgə yoxdur ki, biz oranı gəzməyək. |
Anamla birgə əvvəlcə meşələri, şəlalələri, tarixi yerləri gəzməyə başlamışdıq. |
Daha sonra idmanın idman dırmanması növü qarşımıza çıxdı. |
Maraqlı gəldi, federasiya ilə əlaqə saxlayıb zala getdim və idman dırmanması ilə məşğul olmağa başladım. |
Heydər Əliyev zirvəsinə qalxandan sonra isə dağçı olmaq həvəsim qərara çevrildi və başladım dağlara getməyə. |
Daha sonra Azərbaycanda dağçılıq məktəbini bitirdim və Türkiyə Dağçılıq Federasiyasının dağçılıq dərslərinə qatıldım. |
Azərbaycanda dağçılıq dərslərinin müddəti həm nəzəri, həm praktiki olaraq maksimum bir ili əhatə edirdi. |
- Fəridə xanım, maraqlıdır, dağçılıq məktəbində hansısa fənlər tədris olunur, yoxsa ancaq praktiki məşğələlərdir? |
- Türkiyədəki dərslər yay və qış üzrə iki hissəyə ayrılır. |
Yay dörd, qış isə üç ayrı hissədən ibarətdir. |
Əslində, yay dağçılığı da üçhissəli idi.Amma axtarış-xilasetmə təlimləri də yayda keçirildiyinə görə dördhissəli sayılırdı. |
Hər hissədən sonra bizə bir neçə ay verilir ki, öyrəndiklərimizi dağlarda tətbiq edək və gələn hissəyə hazırlaşaq. |
Ümumilikdə bütün hissələri minimum iki, maksimum üç ilə bitirmək olur. |
Hər hissədə əvvəlcə dağçılığa aid nəzəri dərslər keçirilir, daha sonra praktiki (dağlarda, qayalarda, buzlaqlarda). |
Əlavə olaraq, ilkin tibbi yardım və axtarış-xilasetmə dərsləri də keçirilir. |
Axtarış-xilasetmə ayrıca bir hissədir:ongünlük “kamp” və sonda yalançı həyəcan siqnalı ilə axtarış-xilasetmə əməliyyatı təşkil edilir. |
Səhər tezdən iki-üç nəfəri seçirlər və onları aparıb dağda gizlədirlər. |
Qərargaha məlumat ötürülür ki, biz dağda yaralanmışıq və ya itmişik, bizi xilas etmək lazımdır. |
“Kamp”da qalanlar axtarış-xilasetmə əməliyyatını həyata keçirirlər. |
Hər şey bir oyun olsa da, hamı buna çox ciddi yanaşır. |
Hətta dövlət bunun üçün bizə təcili yardım maşını belə ayırmışdı. |
Bütün gün ərzində çox ciddi axtarış-xilasetmə əməliyyatı gedir. |
Çünki tapşırıq var - hər kəs xilas edilməlidir. |
Sonda bizim bacarıqlarımız dəyərləndirilir. |
İmtahanı keçsək, qış dağçılığına davam edə bilirik. |
Mənim üçün ən maraqlı hissə bu olmuşdu. |
Əlavə coğrafiyaya, meteorologiyaya, psixologiya və idman qanunu, idmançı etikasına aid biliklər və s.öyrədilir. |
Sonda hamısına aid test imtahanı olur. |
- Sualım bir qədər bəsit görünə bilər, amma hesab edirəm ki, cavablandırmanız yaxşı olar:dağçı və alpinist eyni peşələrdir? |
- İstər alpinist olun, istər dağçı - fərqi yoxdur. |
Hər ikisi üçün ürək lazımdır, təbiəti, dağları sevmək lazımdır. |
Belə bir deyim var ki, hər alpinist dağçıdır, amma hər dağçı alpinist deyil. |
Kimisi beş min metr hündürlüyü olan zirvələrə çatmış insanlara alpinist deyir, digərlərinə dağçı, kimisi biliklərinə görə ayırd edir, kimisi çox zirvə fəth etməyə görə ayırd edir. |
Mənə görə isə alpinizm təkcə dağadırmanma deyil. |
Bir alpinist həm qayayadırmanmanı, həm buzadırmanmanı, bir sözlə - alpinizmə aid bütün növləri və texnikaları bilməli və onlarla məşğul olmalıdır. |
Dağçı isə sadəcə, dağa dırmanmaqla maraqlanan insandır. |
Onun üçün alpinizmin altnövləri önəmli deyil. |
Yenə də, dediyim kimi, əgər sizin dağlara məhəbbətiniz varsa, təbiəti sevirsinizsə, fərqi yoxdur, alpinist də olsanız, dağçı da olsanız, o sevgi sizi müəyyən bir yerə çatdıracaq. |
- İlk zirvəni neçə yaşında fəth etmisiniz və hara olub? |
Ulu öndərimizin adına olan, 3 751 metr hündürlükdəki Heydər Əliyev zirvəsinə qalxmışam. |
Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam. |
- Ailənizdə seçiminizə münasibət maraqlıdır. |
Kim daha çox dəstəkləyirdi, kim qəti əleyhinə idi? |
- Anam hər zaman məni dəstəkləyib. |
O da həvəskar dağçılıqla məşğul olur. |
- İlk dəfə zirvəyə qalxdığınız zaman yaddaqalan ən maraqlı hadisə nə oldu? |
- Öncə mənə yaşım az olduğuna görə zirvəyə qalxmağa icazə verməmişdilər. |
Daha sonra mənim necə həvəsli olduğumu gördülər və nazirlik mənə valideynin icazə kağızı ilə getməyə icazə verdi. |
Hər kəs deyirdi ki, bu qız çıxa bilməyəcək, uşaqdır. |
Amma mən sıranın ilk başında, yorulmadan, əvvəldən axıra qədər getmişdim. |
Bizim qrupun ən kiçiyi mən, ən yaşlısı, səhv etmirəmsə, 70 yaşlı bir xanım idi.Haradasa, 30-35 yaşlı bir kişi var idi, bizdən əvvəlki qrupla gedən. |
Biz qalxarkən onu iki nəfər aşağı düşürməyə çalışırdı. |
Tam bilmirəm, nədən olmuşdu, amma ayaqları tutulmuşdu. |
Ya soyuqdan idi, ya da bəzən bu hal dağ xəstəliyindən də ola bilir. |
Elə ilk zirvəmdə anlamışdım ki, dağçılığın yaşla, kişi, yaxud qadın olmaqla heç bir əlaqəsi yoxdur. |
Əsas fiziki, psixoloji və texniki cəhətdən hazırlıqlı olmaq lazımdır. |
- Sizdə dağçılıq bir hobbidir, yoxsa peşəkar dağçı olmaq arzusundasınız? |
- Mən təhsilimi bu sahə üzrə peşəkar səviyyədə almışam. |
Ali təhsilimi bu ixtisas üzrə bitirmişəm, həm Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman turizmi üzrə oxumuşam, həm Türkiyədə dağçılıq məktəbini bitirmişəm, həm də dağlarda təcrübə qazanmışam. |
- Bir dağçının ən məhsuldar vaxtı hansı yaş aralığı hesab olunur? |
- Bir dağçının ən məhsuldar dövrü 35-45 yaş aralığıdır. |
Mənim isə hələ 22 yaşım var və gələcəkdə daha peşəkar dağçı olmaq üçün çalışıram. |
- Bir neçə nəfər var, amma ən çox Nirmal Purja. |
Sadəcə, güclü bir dağçıdır və rekord qırdıqdan sonra kumirim olub. |
- Dağçıların məşq prosesləri necə keçirilir? |
- Bakıda qayayadırmanma məşqlərini Nardaran, Buzovna və Bakıxanov ərazisində edirik daha çox. |
Qışda buzadırmanma məşqlərini isə Qusarın Laza kəndində yerləşən donmuş şəlalələrdə keçirik. |
Bundan əlavə, dağda kiçik yürüşlər edirik və get-gedə bu yürüşləri çətinləşdiririk. |
- Fəridə xanım, bir gənc dağçı kimi, necə düşünürsünüz - gələcəkdə peşəkar dağçı olmaq üçün neçə yaşdan məşğul olmağa başlamaq lazımdır? |
- Düşünürəm ki, 16-20 yaş sırf dağçılıq üçün ən uyğun yaşlardır. |
- Dağları qrup şəklində fəth etmək yaxşıdır, yoxsa tək? |
- Tək getmək məsləhət görülmür. |
Qrup şəklində getmək lazımdır ki, hər hansı bir hadisə olsa, digərləri kömək edə bilsinlər. |
Ümumiyyətlə, üç nəfərdən az olmaq məsləhət görülmür. |
Əsas odur ki, istər tək, istər iki nəfər və ya daha çox insanla gedilsə belə, mütləq müəyyən qurumlardan icazə alınmalı və marşrut əvvəlcədən təyin olunmalıdır. |
- Tək fəth etmək istədiyiniz bir yüksəklik varmı? |
- Tyan-Şan dağlarına qalxmaq istəyirəm (Tanrı dağları). |
Orta Asyada yerləşən bir dağ silsiləsidir. |
Meditasiya və yoqa ustadlarının bu dağlara öz mənəvi oyanışlarını tamamlamaq üçün getdiklərini eşitmişəm. |
Buna görə o dağlara getsəm, tək getmək istəyərəm. |
- Dağa dırmanmaq mövsümünüz hansıdır - qış, yoxsa isti aylar? |
- Qış dağçılığı da var, yay dağçılığı da. |
Dağçılıqda hər hansı bir dağa yay vaxt getmədən qışda dırmanmaq məsləhət görülmür. |
- Bir dağçının çantasında nələr mütləq olmalıdır? |
- Say, say, bitməz...(gülür) Ən əsas və mütləq şəkildə ilkin tibbi yardım çantası olmalıdır. |
Qida, su, dəyişmək üçün və isti geyim, yataq kisəsi, fənər, texniki ləvazimatlar, şəxsi gigiyenik ləvazimatlar, çadır və s."""- Dağa dırmandığınız yerdə birdən tibbi yardım lazım olsa, məsələn, təzyiqiniz qalxsa, o zaman bu proses necə yekunlaşmalıdır? |
- Dağlarda bu işlər şansa buraxılmır. |
Yanımda kimsə varsa, çox güman ki, yola çıxmazdan əvvəl onun ilkin tibbi yardım biliklərinin olub-olmaması ilə maraqlanırıq. |
Bu halda qorxmalı bir şey yoxdur, çünki nəsə lazım olsa, o edəcək. |
Əgər bəsit bir təzyiq problemidirsə, dərmanla, təzyiqsalan qidalarla yoluna qoymaq olar. |
Amma ciddi bir məsələdirsə, bacardığım qədər, vəziyyətə görə hər şeyi edib, daha sonra aşağı enməyə çalışaram. |
O da alınmırsa, təhlükəsiz, isti bir yerə keçib, kiməsə xəbər verməyə çalışıb, kömək gözləyərəm. |
Bu halların olmaması üçün getməzdən əvvəl həkim yoxlanışından keçməlisən ki, belə hallar olmasın. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.