Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Xəsarət alan 7 nəfərə xəstəxanada tibbi yardım göstərilib. |
Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib. |
Hadisə ilə bağlı istintaq işi başlanılıb. |
Martın 1-i İranda seçki günüdür. |
Səsvermə hüququ olan 61 milyondan çox İran vətəndaşı həm 290 yerlik İslam Şurası Məclisinin, yəni parlamentin deputatlarını, həm də 88 yerlik Ekspertlər Şurasının üzvlərini seçməlidir. |
Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs edilir. |
“Bu, 2022-2023-cü illərdə ölkəni bürümüş kütləvi xalq etirazlarından sonra keçirilən ilk seçki olduğundan əvvəlki seçkilərdən bir çox xüsusiyyətləri ilə fərqlənir. |
Eyni zamanda bu seçki İbrahim Rəisi hökuməti dövründə baş tutan ilk seçkidir. |
Bu iki amil hazırkı seçkilərin siyasi mahiyyət və xarakterinə ciddi şəkildə təsir göstərməkdədir. |
Belə ki, mühafizəkar qüvvələr bu seçkilərə İbrahim Rəisinin prezidentlik postuna gətirilməsi ilə sürətlənən hakimiyyətin tam inhisara alınması prosesinin son və həlledici mərhələsi kimi baxırlar. |
Təsadüfi deyil ki, Nəzarət Şurasının ələyindən keçərək seçkilərə buraxılan namizədlərin mütləq əksəriyyətini məhz mühafizəkar namizədlər təşkil edir. |
Bu üzdən indiki seçkini bəzi ekspertlər “seçimsiz seçki” kimi səciyyələndirirlər, bəziləri də mühafizəkarların, yaxud fundamentalistlərin “daxili savaşı” olaraq görürlər”, - deyə materialda bildirilir. |
“Amma seçki prosesinin gedişi göstərdi ki, rejimin ali rəhbərliyini konkret olaraq kimlərin deputat seçilməsindən daha çox ölkə vətəndaşlarının seçkilərdə iştirakı məsələsi narahat edir”, - deyə süjetdə qeyd edilir. |
Sabah - martın ikisi ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatının birinci ildönümüdür. |
Baku TV-nin “Arzunun vaxtı” verilişinin budəfəki buraxılışı mərhum din xadiminə həsr olunub. |
Verilişdə Hacı Şahinin doğmaları onunla bağlı xatirələrini bölüşüblər. |
İlahiyyatçının əkiz qardaşı Elçin Həsənov Hacı Şahinlə son dəfə vəfatından iki gün əvvəl görüşdüyünü deyib:""“Ölümündən əvvəl status yazmışdı. |
İndiyə qədər özümü qınayıram ki, kaş durub onu görməyə gedəydim. |
Gecə mənə zəng edib, narahat olduğunu dedilər. |
Evlərinə gedəndə vəziyyəti başa düşə bilməmişdim. |
Mənə keçindiyini deyə bilmirdilər. |
Təcili yardımla xəstəxanaya gedəndə onunla danışırdım. |
Soruşurdum ki, nə olub sənə, haran ağrıyır?”. |
Hacı Şahinin kirayədə qalmasından danışan E.Həsənov qardaşının öz xeyirxahlıqları barədə heç vaxt danışmadığını deyib:""“Vəfat etdiyi günə kimi qaldığı ev kirayə olub. |
Eşitmişəm ki, evini satıb pulun bir qismini ehsan edib”. |
“Naxçıvan Muxtar Respublikasında dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub”. |
Onun sözlərinə görə, bir sıra qurumlarda komplektləşdirmələr tam yekunlaşdırılmayıb. |
“Əvvəlki idarəetmə sistemi üzrə ortaya çıxan nöqsanlar icra məsələlərində müəyyən problemlərə səbəb olur. |
Xüsusilə, dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub. |
Dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi bu istiqamətdə ortaya çıxan problemlərin həllində, şəffaflıq prinsipinin təmin olunmasında və sözügedən sosial-iqtisadi inkişaf proqramının icrasında çox faydalıdır”, - F.Nəcəfli qeyd edib. |
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk müəllimlər haqqında “əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir” deyib. |
Bizə öyrədilən və gördüyümüz reallıq da odur ki, yaşadığımız cəmiyyət yaxşı və ya pis olmasından asılı olmayaraq, müəllimlərin əsəridir. |
“Müqəddəs peşə sahibləri” dediyimiz müəllimlərə verilən dəyər və bu dəyərin meyarı cəmiyyətimizdə daim müzakirə olunub. |
Xüsusilə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın müəllimlərə hədiyyə verilməsi əksər hallarda xoş qarşılanmır. |
Bu mövzuda cəmiyyət iki qismə bölünür:tənqid edənlər və normal qarşılayanlar. |
Təbii ki, tənqid edənlər daha çoxdur. |
Bəs görəsən, sabiq təhsil nazirləri bu mövzuda nə düşünürlər? |
Bizim.Media mövzu ilə bağlı sabiq təhsil nazirlərinin fikirlərini öyrənib. |
Keçmiş təhsil naziri Firudin Cəlilov məsələyə belə yanaşıb:""“Müəllimlər iki qrupa bölünüb. |
Müəllimlərə eyni baxış bucağından baxmaq olmur. |
Ümumən şagirdin müəllimə hədiyyə verməsi düz deyil. |
Məsələn, mükafat yazılmalıdır, həvəsləndirilməlidir. |
Müəllimin maaşı bütün məmurların maaşından üstün olmalıdır. |
Vaxtilə Atatürkdən də soruşublar ki, “məmurların maaşını necə yazaq?” O da deyib ki, “məmurların maaşı müəllimlərdən çox olmasın”. |
Sabit təhsil naziri Misir Mərdanovun fikrincə, müəllimlər üçün pul yığılmalı deyil:""“Bir müəllim dərs dediyi sinfin şagirdlərinə özünü sevdirə bilibsə, valideynlərin də ona münasibəti müsbətdirsə, imkanı odluğu halda bayram günü bir dəstə gül verməsi qəbahət deyil. |
Nə olar, insan insanı təbrik edər də. |
Yoxsa toplaşasan, pul yığasan, biri verə, digəri verməyə, bunun tərəfdarı deyiləm. |
Bir dəstə gül də ürəkdən gəlməlidir, məcbur yox. |
Son zamanlar məsələni elə həddə çatdırıblar ki, bəzi müəllimlər heç bir hədiyyəni qəbul etmirlər”. |
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. |
Xocalıda daha beş nəfərin meyitinin qalıqları tapıldı. |
Baş Prokurorluq bu barədə nə kimi açıqlama verdi? |
16 gün sonra Navalnı dəfn edildi. |
Məzarlıqda təhlükəsizlik tədbirləri gücləndirildi. |
Narkoloji Mərkəzdə baş direktor və müavininin qanunsuz əməlləri ifşa olundu. |
Bakı metrosunun “Xocəsən” stansiyası qeyri-müəyyən müddətə bağlandı. |
Salyanda keçmiş baş həkim və həyat yoldaşı qətlə yetirildi. |
Polis müəmmalı hadisəni nəzarətə götürdü. |
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: |
Türkiyənin Karaman vilayətində məhkəmə binası qarşısında silahlı insident yaşanıb. |
Nəticədə bir nəfər ayağından yaralanıb. |
Binanın giriş qapısı önündə aralarında köhnə düşmənçilik olduğu iddia edilən iki şəxs qarşılaşıb. |
Onlardan biri belindən çıxardığı silahla digərinə atəş açıb və ayağından yaralayıb. |
Hadisəyə məhkəmə binası qarşısında növbətçilik edən polis əməkdaşları dərhal müdaxilə ediblər və cinayətin qarşısını alıblar. |
Atəş açan şəxs saxlanılıb və nəzarət altına alınıb. |
Yaralı şəxs isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb və vəziyyətinin yaxşı olduğu bildirilib. |
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. |
Finlandiyanın yeni prezidenti Aleksandr Stubb vəzifəsinin icrasına başlayıb. |
Qeyd olunur ki, Stubbun andiçmə mərasimi Finlandiya televiziyası ilə canlı yayımlanıb. |
Yeni prezident ölkə parlamentində təntənəli nitq söyləyib. |
Xatırladaq ki, Finlandiya prezidenti altı il müddətinə seçilir. |
Sauli Niinistö ardıcıl olaraq maksimum mümkün olan iki müddət ərzində dövlət başçısı vəzifəsində işləyib. |
Suraxanı rayonu, Əmircan qəsəbəsində İcra Hakimiyyətinin yaxınlığında yerləşən dəmir yolu xəttinin qarşısı beton daşlarla kəsilib. |
Sakinlər bildiriblər ki, sözügedən ərazidə daşların qoyulması gediş-gəlişə mane olur, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır:""“Əvvəl yol açıq idi, gediş-gəliş rahat idi.Daşların düzülməsi düzgün deyil, təcili tibbi yardım keçə bilmir, yolu fırlanmağa məcbur olur”. |
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan dəmir yolu keçidində beton daşlar uzun illərdir mövcuddur:""“Beton daşlar sözügedən keçiddə çoxsaylı qəzalar olması səbəbindən “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən qoyulub”. |
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Samir Cəbrayıl oğlu Sadıqovun övladı dünyaya gəlib. |
Oxu.Az xəbər verir ki, Bakı şəhərində doğulan körpə Amirin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. |
Dünyaya yeni göz açan körpənin adına depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. |
Körpənin ilkin zəruri xərclərinin qarşılanması üçün 1 000 AZN vəsait isə ananın hesabına köçürüləcək. |
Qeyd edək ki, həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. |
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək. |
Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad olunub. |
Oxu.Az xəbər verir ki, Naxçıvan MR mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əli oğlu Əliyevin işdən azad olunması barədə əmr verib. |
Digər əmrə əsasən, Mübariz Əliyev Şahbuz rayon Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib. |
Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şöbənin məsləhətçisi Elvin Eldəniz oğlu Səfərova həvalə edilib. |
Bolqarıstan martın 1-dən Rusiyadan neft idxalını dayandırır. |
Qeyd olunur ki, martın 1-dən Bolqarıstan parlamentinin qərarı qüvvəyə minib ki, bu qərara əsasən, yanvarın 1-dən idxalın iki dəfə, daha sonra fevralın 1-dən 25%-ə qədər azaldılmasını, martın 1-dən isə dayandırılmasını nəzərdə tutan qrafik təsdiq edilib. |
Xatırladaq ki, Bolqarıstan və bir sıra digər Aİ ölkələri Brüssel tərəfindən 2024-cü ilin sonuna qədər Rusiya neftinin idxalına qoyulan qadağadan azad edilib, lakin respublika hökuməti Rusiya xammalından vaxtından əvvəl imtina etmək qərarına gəlib. |
Martın 1-də “Nargis” Fondunun təşkilatçılığı ilə baharın gəlişini müjdələyən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası Bakı sakinləri və qonaqları üçün qapılarını açıb. |
2019-cu ildən etibarən təşkil olunan bu yarmarka şəhərimizin mərkəzində əsl Novruz ab-havası yaratmaqla yanaşı bir çox ailəyə ümid bəxş edir. |
Belə ki, yarmarka sponsorlarının maliyyə dəstəyi və orada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. |
Yarmarkanın açılışı münasibətilə Fəvvarələr meydanı ərazisində möhtəşəm konsert proqramı təşkil olundu. |
Konsert növbəti dəfə peşəkar “Özəl Media” komandası tərəfindən keçirildi. |
Konsertdə Tünzalə Ağayeva, Nərmin Kərimbəyova, Rəsul Əfəndiyev, Namiq Qaraçuxurlu və digər sevilən sənətçilər yer aldı və hər bir qonağa xoş əhval-ruhiyyə bəxş edib. |
“Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası martın 1-dən 30-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. |
Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, ”Azərişıq” ASC, Bakı Abadlıq Xİdməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Holding” Təhlükəsizlik xidməti, “Strafor Kəsim” və “HazırCavab”dır. |
Xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holding”, “Azercell”, ”Coca-Cola”, ”R Group Holding”, ”Azərlotereya”, ”TESS”, ”Trendyol”, ”Lays”, ”Xırta-Xırt” və ”Eat me Kumpir” şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilib. |
Yarmarka 35 böyük və 20 kiçik ev, 3 ədəd iki mərtəbəli restoran, Novruz bayramına aid müxtəlif konstruksiyalar və elementlər, balaca köşklər, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu evi, labirint otağı və müxtəlif tematik guşələrdən ibarətdir. |
Yarmarka ərazisində quraşdırılmış iki ədəd böyük monitorda yarmarka haqqında ətraflı məlumat və yarmarkanın xəritəsi nümayiş olunub. |
Hər il olduğu kimi, internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın xüsusi qonaqları olacaqlar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.