Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Həmin qanun pozuntularından biri təqsirləndirilən şəxsin ilkin istintaqın ortalarında dövlət tərəfindən təyin edilmiş vəkildən imtina etdiyi halda imtinasının qəbul edilməməsi və sona qədər həmin vəkillə istintaq aparılmasıdır. |
Başqa bir qanun pozuntusuna isə məhkəmədə yol verilib. |
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatına verilib. |
Sözügedən hakim illər əvvəl təqsirləndirilən şəxsin atasının da cinayət işini araşdırıb. |
Həmin vaxt müttəhim Ömərov şahid qismində ifadə verib. |
Müdafiə tərəfinin sözlərinə görə, o vaxt müvəkkili ilə sədrlik edən hakim arasında mübahisə olub. |
Bu səbəbdən məhkəmənin əvvəlində hakim Azad Məcidova etiraz edilib. |
Etiraz əsaslı sayılmayaraq rədd edilib. |
Fərid Əyyubovun sədrlik etdiyi yuxarı instansiya məhkəməsinin hakimləri cinayət işindəki qeyd edilən qanun pozuntularını tanıyıb. |
Məhkəmə belə qənaətə gəlib ki, S.Ömərov haqda hökm tamamilə ləğv edilməli, cinayət işi yenidən araşdırılmalıdır. |
Qərara əsasən, iş yenidən araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. |
Bu vaxta qədər təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb. |
Qeyd edək ki Cinayət Məcəlləsinin 15-dən artıq maddəsi ilə ittiham edilən S.Ömərov özünü təqsirli bilmir. |
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. |
Bununla bağlı müvafiq sərəncam imzalanıb. |
Sərəncama əsasən, Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən çıxarılıb. |
Qeyd edək ki, Bəxtiyar İsmayılov bu vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən 2018-ci ildə təyin edilmişdi. |
Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol-nəqliyyat hadisəsində həlak olublar. |
Məlumata görə, hadisəyə səbəb Feyzulla Hacıyevin idarə etdiyi “Lada Largus” markalı avtomobilin idarəetmədən çıxması olub. |
Belə ki, qarşı zolağa çıxan “Lada Largus” qarşıdan gələn “Mercedes-Benz” markalı yük avtomobili ilə toqquşub. |
Onların nəşinin Azərbaycana göndərilərək dəfn ediləcəyi bildirilir. |
Novxanıda yol-nəqliyyat hadisəsi baş verib. |
Avtosfer.az-ın məlumatına görə, “Mercedes-Benz” markalı maşın hərəkətdə olan “Toyota Prado” markalı avtomobillə toqquşub. |
Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü sol tərəfdən gələn avtomobili gözləmədən yola çıxıb. |
Hadisə zamanı sürücülər arasında xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib. |
Həmin görüntüləri təqdim edirik: |
Dağıdıcı tornado ABŞ-nin Ohayo ştatındakı “Rayt-Patterson” aviabazasını vurub, onun obyektlərinə və orada yerləşən Milli Hərbi Hava Qüvvələri (HHQ) Muzeyinə ciddi ziyan dəyib. |
Bu barədə bazanın komandanlığı məlumat yayıb. |
“Rayt-Patterson”da silah sistemlərinin tədqiqi, inkişafı, əldə edilməsi, sınaqdan keçirilməsi və texniki xidmətinə nəzarət edən HHQ-nin maddi-texniki təchizatı komandanlığın qərargahıdır. |
Baza komandiri polkovnik Travis Pond bildirib ki, onlar dağıntıları və yolları yıxılan ağaclardan təmizləyir və dəymiş ziyanı qiymətləndirirlər. |
Ölən və yaralananlar barədə məlumat yoxdur. |
Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı, hazırda isə “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqovun maraqlı görüntüləri yayılıb. |
Oxu.Az xəbər verir ki, görüntülər Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Braqa” matçına təsadüf edir. |
Ağdam klubunun güclü rəqib üzərindəki qələbəsi klubun sabiq futbolçusunun da sevinc göz yaşlarına səbəb olub. |
Qeyd edək ki, Rəşad Sadıqov onun sabiq baş məşqçisi Qurban Qurbanovla həm də yaxın dostdur. |
Həmin görüntüləri təqdim edirik: |
Həm forması, həm də adı ilə diqqətçəkən Naxçıvandakı Qeysəriyyə abidəsi 17-ci əsrdə Səfəvi hökmdarı Şah Abbas tərəfindən inşa etdirilib. |
Həmin dövrdə “Şərq Bazarı” adlandırılan abidə qapalı ticarət mərkəzi kimi fəaliyyət göstərib. |
Hazırda Qeysəriyyə abidəsi dünyada üç şəhərdə Səmərqənd, Təbriz və Ordubad şəhərlərində var. |
Tarixi abidənin içərisində isə qədim eksponatlar saxlanılır. |
Ətraflı “AzTV Xəbər”in süjetində: |
Belqradda Nikola Tesla hava limanı partlayıcı ilə bağlı xəbərlərdən sonra fəaliyyətini dayandırıb. |
Bu barədə hava limanının Mətbuat Xidməti məlumat verib. |
“Sərnişinlərin və işçilərin təhlükəsizliyi prioritet olduğundan aeroportda hava hərəkəti müvəqqəti olaraq dayandırılıb”, - deyə mətbuat xidməti bildirib və əlavə edib ki, “hava limanının bütün personalı xüsusi xidmət orqanları ilə birgə işləyir”. |
Məlumata görə, Barselonaya uçmalı olan “Wizz Air” təyyarəsinin minalanması ilə bağlı anonim mesaj daxil olub. |
Təyyarə heyəti sərnişinləri dərhal təxliyə etmək qərarına gəlib. |
Uçuş zolağı bağlanıb, çox sayda reyslərin gecikməsi və ləğvi gözlənilir. |
Son zamanlar uşaqlar arasında Koksaki virusuna yoluxma halları müşahidə edilir. |
Virusun əlamətləri daha çox suçiçəyi ilə oxşar olduğundan müalicəsi bəzən səhv aparılır. |
Bu isə ağır fəsadlara səbəb olur. |
Bəs bu virusa yoluxan zaman müalicə necə olmalıdır? |
Qeyd edək ki, son vaxtlar uşaqlar arasında qızılca və rotavirusa yoluxma hallarında artım müşahidə edilir. |
Ətraflı “İTV Xəbər”in süjetində: |
Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri martın 1-də başa çatıb. |
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Edi Ramanın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. |
Albaniya Baş nazirini hava limanında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar. |
06:35"Albaniya Respublikasının Baş naziri Edi Rama martın 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. |
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. |
Baş nazir Edi Ramanı hava limanında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar. |
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. |
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. |
Faktla bağlı araşdırma aparılır. |
Martın 1-də Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumu işə başlayıb. |
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə bu il üçüncüsü keçirilən forumda dünyanın 110 ölkəsindən təxminən 4 600 nümayəndə iştirak edir. |
Tədbirin əsas məqsədi yaşadığımız təlatümlü dövrdən sülh yolu ilə çıxış axtarışında ümumi düşüncə zəmini yaratmaq, eləcə də davam edən müharibələr, terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və antiislamizm, süni intellektin gətirdiyi gözlənilməz risklər, iqlim dəyişikliyi, təbii fəlakətlər, pandemiyalar, genişlənən sosial-iqtisadi dalğalanma kimi bir çox mövzularda birgə çıxış yolları axtarmaqdır. |
Bu il “Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq” mövzusu ilə baş tutan beynəlxalq tədbirdə iştirak etmək üçün 100-dən çox ölkədən 20-dən artıq dövlət və hökumət başçısı Antalyaya gəlib. |
Azərbaycan da daxil olmaqla 60-dan artıq ölkə xarici işlər nazirləri səviyyəsində təmsil olunur. |
Qlobal böhranlar, terrorla mübarizə, enerji təhlükəsizliyi kimi bir çox mövzunun müzakirə olunacağı forumda “Türk dünyasında təşkilatlanma:XXI əsrdə TDT”, “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları”, “Sahil:Təhlükəsizlik risklərindən daimi sabitliyə”, “Qloballaşmış dünyada elmi və texnoloji diplomatiyanın rolu”, “İqlim dəyişikliyi:Gələcək nəsillər bizi nə cür xatırlayacaq”, “Qida təhlükəsizliyi:Artan çağırış”, “Avropa İttifaqının qlobal dəyişiklikləri formalaşdırmaq qabiliyyəti”, “Sülh və inkişafın təşviqində parlamantarilərin rolu”, “Artan irqçilik, ksenofobiya və islamofobiya” kimi bir çox mövzular ətrafında fikir mübadilələri aparılacaq. |
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyevin moderatorluğu ilə təşkil olunacaq “Türk dünyasında təşkilatlanma:XXI əsrdə TDT” mövzulu paneldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur. |
Ölkəmizin təmsil olunduğu daha bir, “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları” mövzulu paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edəcək. |
Tədbirdə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə “Yüksək mövqeli qadın, sülh və təhlükəsizlik” mövzusunda panel iclas keçiriləcək. |
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirak edəcəyi panel iclasda isə “Beynəlxalq ticarət, ünsiyyət və qarşılıqlı asılılıq” mövzusu müzakirə olunacaq. |
Üç gün davam edəcək forumu işıqlandırmaq üçün 350-si xarici olmaqla, ümumilikdə 750 media təmsilçisi Antalyaya cəlb olunub. |
08:36"Bu gün Türkiyənin Antalya şəhərində Diplomatiya Forumu öz işinə başlayacaq. |
Oxu.Az xəbər verir ki, martın 3-dək davam tədbirdə 100 ölkədən 4 000-dən çox qonaq iştirak edəcək. |
Forumun əsas mövzusu böhran dövründə diplomatiyanın təşviqi olacaq. |
Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. |
III Antaliya Diplomatiya Forumu 2023-cü il fevralın 6-da Türkiyədəki dağıdıcı zəlzələdən sonra qeyri-müəyyən müddətə təxirə salınmışdı. |
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının Neftçala rayonunun Mayak kəndi ərazisində apardıqları profilaktiki-nəzarət tədbirləri zamanı Xəzər dənizində kustar üsulla hazırlanmış ov qurğularından istifadə etməklə balıq ovlayan rayonun Kürkənd kənd sakini E.Şirəliyev saxlanılıb. |
Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış 40-dan çox şamayı, külmə, kütüm, qarabel siyənək və kefal balığı aşkar edilərək götürülüb. |
Faktla bağlı araşdırmalar davam etdirilir. |
İrlandiya 82 yaşlı prezidenti Maykl Higgins özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib. |
Əvvəlcə həkimlər dövlət başçısını Dublindəki “Feniks Park” prezident iqamətgahında müayinə ediblər. |
İlk müayinə heç bir narahatlıq yaratmasa da, M.Higgins əlavə müayinələr üçün xəstəxanaya yerləşdirilib. |
Onun səhhəti ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilir. |
Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Vüsal Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb. |
Pravda.az xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. |
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. |
İttihama görə, hadisə ötən il, saat 3 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən “Bahar” adlı kafedə qeydə alınıb. |
Belə ki, 2007-ci il təvəllüdlü Vüsal Babayev həmin kafedə qardaşı, tanışları və zərərçəkmiş Fərrux Habilovla (şərti) birlikdə spirtli içkilər qəbul edib. |
Oradan getmək istədikləri vaxt isə əvvəldən aralarında olan razılaşmaya baxmayaraq, zərərçəkmiş şəxs 25 manatlıq hesabı ödəməyəcəyini bildirib. |
Buna görə də təqsirləndirilən şəxs kafedən çıxıb Fərruxu çölə çağıraraq küçədə onunla mübahisə edib. |
Mübahisə zamanı o, bıçaqla zərərçəkmişin qarın nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq, ona bədən xəsarəti yetirib. |
Hadisədən sonra Vüsal Babayev cinayət məsuliyyətinə cəlb edilib. |
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl təqsirləndirilən Fərid Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. |
Pravda.az xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. |
Məhkəmənin hökmü ilə o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. |
Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. |
Qeyd edək ki, 2023-cü il iyulun 22-də saat 17 radələrində Abşeron rayonu “Mexkalon” yaşayış massivi ərazisində 2005-ci il təvəllüdlü Sərdar Sərxan oğlu Abbasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.