Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Komanda iki qələbə, bir heç-heçə və bir məğlubiyyətdən sonra turnir cədvəlinin beşinci yerində qərarlaşmışdı. |
Liverpul" isə mövsümün əvvəlində İngiltərə Superkuboku çərçivəsində "Mançester Yunayted"lə qarşılaşmış və rəqibini 2:1 hesabı ilə məğlub etmişdi. |
Mersisaydlılar" eyni hesabla, həmçinin futbol üzrə İngiltərə çempionatının birinci turu çərçivəsində "Vest Hem Yunayted" üzərində qələbə qazanmışdılar. |
Liverpul təmsilçisi bunlardan başqa, 1985-ci ildən bəri ilk dəfə olaraq, Çempionlar Liqasında iştirak etmişdi. |
Liverpul" üçüncü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın "Haka" klubunu iki oyunun nəticəsinə görə 9:1 hesabı ilə darmadağın edərək, turnirin qrup mərhələsinə vəsiqə qazanmışdı. |
Bu qarşıdurmanın "Enfild"də baş tutmuş cavab oyunu "Bayern"lə oyuna üç gün qalmış keçirilmişdi. |
Matçdan əvvəl 2001-ci il UEFA superkuboku matçı ingilis-alman futbol qarşıdurması şəraitində keçirilirdi: "Bayern" və "Liverpul"un görüşündən bir həftə sonra, 2002 FİFA Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Almaniya və İngiltərə milli komandaları qarşılaşmalı idilər. |
Bu oyun ərəfəsində superkubok matçını İngiltərənin o vaxtkı baş məşqçisi Sven-Yoran Eriksson stadiondan canlı izləyib. |
Hər iki klubun heyətində bu yığmaların təmsilçiləri olub, "Liverpul"un heyətində Almaniya yığmasının oyunçuları Ditmar Hamann və Markus Babbel, "Bayern"in heyətində isə superkubok oyununa bir həftə qalmış İngiltərə yığmasının heyətində Niderland yığması ilə yoldaşlıq görüşündə iştirak etmiş Ouen Harqrivz çıxış edirdi. |
Ditmar Hamann və Markus Babbel üçün bu oyun xüsusi əhəmiyyət daşıyırdı: hər iki futbolçu vaxtilə "Bayern"in heyətində çıxış etmişdi — Hamann Münhen təmsilçisinin heyətində Almaniya çempionatında 105 oyunda, Babbel isə 182 oyunda forma geyinmişdi. |
Babbelin sözlərinə görə o, "Bayern"i tərk etdiyinə görə təəssüflənməyib, çünki inanırdı ki, gənc oyunçulardan ibarət olan və ildən-ilə inkişaf edən "Liverpul" komandası daha böyük uğurlara nail ola biləcək.Superkubok matçından əvvəl hər iki komandanın heyətində zədəli futbolçular var idi. "Bayern"in dörd futbolçusu — M... |
Liverpul"un heyətində isə dizindən əməliyyat keçirmiş yarımmüdafiəçi Patrik Berger görüşü buraxmalı olub. |
Axilles vətərindən zədə almış Stiven Cerrardın isə bu qarşılaşmada iştirakı sual altında idi, ancaq "Liverpul"un yarımmüdafiəçisi yekunda görüşdə iştirak edə bilib. |
Bundan başqa, komandanın qapıçısı Sander Vesterfeld zədəsini sağaldaraq heyətə qayıdıb. |
Bayern" superkubok matçı öncəsi son görüşünü Bundesliqa çərçivəsində "Sankt-Pauli" komandasına qarşı keçirmiş və 2:0 hesabı ilə qalib gəlmişdi. |
Son görüşlə müqayisədə Münhen təmsilçisinin heyətində bəzi dəyişikliklər baş verib: start heyətində müdafiəçi Samuel Kuffurun əvəzinə Robert Kovaç, hücumçu Karsten Yankerin əvəzinə isə Klaudio Pisarro meydana çıxıb. |
Həsan Salihamidziç isə zədəli Paulo Sercionu əvəzləyib. |
Dayaq yarımmüdafiəçisi rolunu Ouen Harqrivz öz üzərinə götürüb. |
Bayern"in start heyəti Çempionlar Liqasının finalı ilə müqayisədə də bir az dəyişib — "Valensiya"ya qarşı matçda ilk dəqiqələrdən oynayan yalnız 7 futbolçu superkubok oyununa start heyətində çıxıb. |
Liverpul" 4-4-2 sxemi ilə oynayırdı. |
Qapını Sander Vesterfeld qoruyurdu. |
Xətti müdafiənin mərkəzində Sami Hyupyala Stefan Anşo, cinahlarda isə Ceymi Karragerlə Markus Babbel yer almışdı. |
Yarımmüdafiənin mərkəzində oynayan Ditmar Hamann ehtiyac olduğu halda müdafiəçilərə, Hari Makallister isə hücumçulara kömək etməli idi. Hücumda yer alan Emil Heski - Maykl Ouen cütlüyünə cinahlardan Stiven Cerrardla klubun əsas heyətində ilk rəsmi görüşünə çıxan Yon Arne Riise dəstək verirdi. |
Jerar Ulyenin komandası "Bayern"lə müqayisədə daha az dəyişikliklərə məruz qalıb — Denni Mörfini əvəzləmiş Yon Arne Riise, "mersisaydların" əsas heyətində UEFA Kubokunun finalında "Deportivo Alaves" komandasına qarşı oyunda meydana çıxmayan yeganə oyunçu olub.Superkubok uğrunda görüş Monakoda yerləşən və 18.523 tamaşaç... |
Görüşü stadiondan canlı olaraq 13.824 tamaşaçı izləyib. |
Bayern"i təmsil edən azarkeşlər stadionda böyük əksəriyyəti təşkil edirdi. |
Oyun cümə günü avqustun 24-də yerli vaxtla saat 20:45-də başlayıb. |
Liverpul"u meydana kapitan sarğısıyla müdafiəçi Sami Hyupya, "Bayern"i isə oyundan bir neçə gün əvvəl UEFA versiyası üzrə Avropanın ən yaxşı qapıçısı mükafatını almış Oliver Kan çıxarıb. |
Birinci hissə Matçın əvvəlində "Bayern" təşəbbüsə yiyələnib, lakin oyunda hesabı açmaq üçün ilk qol şansını İngiltərə komandası yaradıb. |
Maykl Ouen sağ cinahdan cərimə meydançasında olan Emil Heskiyə ötürmə verib, onun endirdiyi zərbə isə müdafiəçi Tomas Linkeyə tuş gəlib. |
Tezliklə "Bayern"in cavab hücumu gəlib, amma Ouen Harqrivzin zərbəsindən sonra top qapı tirinin üstündən keçib. |
9-cu dəqiqədə Robert Kovaç Maykl Ouenə qarşı kobud oynadığına görə, hakim cərimə zərbəsi təyin edib. |
Markus Babbel Hari Makkalisterin cərimə zərbəsindən ötürdüyü topu qəbul edərək zərbə endirib, lakin top qapıdan yan keçib. |
Oyun tələsik tempdə keçirdi, heç bir komandanın yarımmüdafiəçiləri meydanın mərkəzində üstünlüyü ələ ala bilmirdi. |
Get-gedə qayda pozuntularının sayı artırdı. |
14-cü dəqiqədə portuqaliyalı hakim Vitor Pereyra Hasan Salihamidziç ilə mübarizədə qaydanı pozduğu üçün "Liverpul"un yarımmüdafiəçisi Ditmar Hamannı sarı vərəqə ilə cəzalandırıb. |
Birinci hissənin ortalarına doğru "Bayern"li futbolçular daha inamlı oynamağa başlayıblar və meydanın mərkəzini öz nəzarəti altına ala biliblər. |
Ancaq Münhenlilər üstünlüyünü qola çevirə bilməyiblər. |
Əvəzində "Liverpul" hesabı açıb. |
23-cü dəqiqədə Stiven Cerrard "Bayern"in müdafiəçilərindən yayınan Maykl Ouenə ötürmə verib, o isə cərimə meydanının daxilinədək irəliləyib və qapı önünə ötürmə verib. |
Ouenin ötürməsini Yon Arne Riise məhsuldar sonluqla tamamlayaraq, komandasını hesabda önə çıxarıb - 1:0. |
Bu qol norveçli futbolçunun mersisaydlıların heyətində vurduğu ilk qol kimi tarixə düşüb. |
Qol epizodu zamanı "Bayern"in müdafiəsindəki səhv, alman klubunun müdafiə xəttindəki oyunçularının bir yerdə az oynamaqlarından irəli gəlirdi — komandaya yeni gəlmiş Robert Kovaçla Pablo Tiam hələ komandaya tam uyğunlaşa bilməmişdilər. |
Liverpul" vurulmuş qoldan sonra təşəbbüsü "Bayern"ə verərək əks-hücum taktikası seçib. |
Qarşılaşmanın 26-cı dəqiqəsində Stiven Cerrard "Liverpul"un cərimə meydançasının on metr sol tərəfində münhenlilərin müdafiəçisi Biksant Lizarazyuya qarşı kobud oynayıb. |
Çiriako Sforsanın ötürməsindən sonra "Bayern"in müdafiəçisi Pablo Tiam zərbə vursa da, top qapının üstündən keçdi. |
Mersisaydların" cavab hücumu az qala "Bayern"in qapısına vurulmuş ikinci qolla yekunlaşacaqdı: 31-ci dəqiqədə Emil Heskidən ötürmə alan Maykl Ouen zərbə mövqeyinə çıxaraq qapını yoxlayıb, lakin Oliver Kan təhlükəli zərbəni dəf edə bilib. |
Oyunun bu məqamına qədər alman klubu "Liverpul"un qapısı qarşısında yüz faizlik qol vəziyyəti yarada bilməmişdi, "Liverpul"un müdafiəçiləri münhenlilərin hücumlarının qarşısını ala bilirdilər, müdafiəçilərin arasında xüsusilə Sami Hyupya öz oyunu ilə seçilirdi. |
Liverpul"un qapısı qarşısında ilk qol vəziyyəti görüşün 32-ci dəqiqəsində yarandı. |
Sağ cinahdan qurulan hücumda münhenlilərin müdafiəçisi Uilli Sanyol Riiseni keçərək topu cərimə meydançasında olan Covanni Elberə ötürdü, lakin sonuncunun zərbəsi qapıdan aralı keçdi. |
İlk hissənin sonunda "Liverpul" daha bir dəfə fərqləndi. |
Ditmar Hamannın məhsuldar ötürməsindən sonra Emil Heski hesab arasındakı fərqi ikiyə çatdırdı. |
Bu, birinci hissədə vurulan son qol olduğundan komandalar fasiləyə "Liverpul"un 2-0 hesablı üstünlüyü ilə yollandılar. |
İkinci hissə Fasilədə tərəflərin heç biri heyətində dəyişiklik etmədi. |
Fasilədən sonra oyunun xarakteri dəyişməyib. |
Münhenlilərin müdafiə xətti birinci hissədə olduğu kimi yenə də rəqibin sürətli hücumçuları ilə mübarizə zamanı səhvlər buraxmağa davam edirdi. |
Ouen Harqrivz və Uilli Sanyoldan başqa "Bayern"in əksər oyunçuları meydanda həvəssiz hərəkət edirdilər. |
Müdafiədə diqqətsiz oyun, həmçinin fərdi səhvlər, ikinci hissənin başlamasından cəmi 13 saniyə sonra "Bayern"in qapısına vurulmuş üçüncü qolla yekunlaşdı. |
Müdafiəçi Ceymi Karragerdən meydanın mərkəzindən ötürmə alan Maykl Ouen, topu ram edə bilməyən münhenlilərin müdafiəçisi Pablo Tiamın səhvindən istifadə edib və topu ustalıqla sol ayağı ilə Oliver Kanın qoruduğu qapıdan keçirib. |
Liverpul" üçüncü qolu vurduqdan sonra müdafiəyə çəkilib. |
Bu ana qədər mersisaydların qapı çərçivəsinə bir zərbə belə vura bilməmiş Almaniya komandası bundan istifadə edib. |
Bayern" 57-ci dəqiqədə hesab arasındakı fərqi 2-yə endirməyi bacarıb. |
Ouen Harqrivzin yerinə yetirdiyi künc zərbəsindən sonra Hasan Salihamidziç topu başla qapıdan keçirib. |
İkinci hissənin ortalarında hər iki komandanın heyətində futbolçu dəyişiklikləri gerçəkləşib. |
Liverpul"un heyətində İqor Bişçan Stiven Cerrardı, Denni Mörfi isə Yon Arne Riiseni əvəzləyib. |
Bayern"in baş məşqçisi Ottmar Hitsfeld, Çiriako Sforsa, Klaudio Pisarro və Həsən Salihamidziçin yerinə müvafiq olaraq, Niko Kovaçı, Karsten Yankeri və Roke Santa Krusu meydana buraxıb. |
Liverpul"un futbolçuları öz aralarında paslaşaraq vaxtı uzatmağa çalışırdı.Görüşün 66-cı dəqiqəsində Klaudio Pisarronun əvəzinə meydana Karsten Yanker daxil oldu. |
Bu dəyişiklikdən sonra "Bayern"in hücum xəttində canlanma yarandı. |
82-ci dəqiqədə Roke Santa Krus sağ cinahdan rəqibin cərimə meydançasında olan Covanni Elberə ötürmə verdi, o isə topu bir toxunuşla Yankerə ötürdü. |
Sonuncu başla dəqiq oynayaraq, hesab arasındakı fərqi minimuma endirdi - 2:3. |
Bu qoldan cəmi bir dəqiqə sonra mersisaydların baş məşqçisi Jerar Ulye Maykl Oueni Robbi Faulerlə əvəzləyib. |
İkinci buraxılan qoldan sonra, "Liverpul" müdafiəyə çəkilib. |
Tezliklə "Bayern" hesabı bərabərləşdirmək üçün şans əldə etdi, lakin Biksant Lizarazyunun zərbəsindən sonra "Liverpul"un qapıçısı Sander Vesterfeld topun qapıya girməsinə mane oldu. |
Bayern"in təzyiqinə və öz oyunçularının yorğunluğuna baxmayaraq, ingilis komandası sona qədər üstünlüyünü qoruya bilib. |
Matçın əsas vaxtı başa çatandan sonra görüşün portuqaliyalı hakimi Vitor Melo Pereyra "Liverpul"un 3:2 hesablı qələbəsini qeydə alıb. |
İngiltərə klubu Çempionlar Liqasına qayıdışını Avropanın əsas klub turnirinin hazırkı sahibi üzərində qələbə ilə qeyd edib. |
Oyunun detalları Matçdan sonra 2001 UEFA superkuboku "Liverpul"un tarixində qazandığı sayca doqquzuncu avrokubok olub. |
Bu kubok eyni zamanda "Liverpul"un 2001-ci ilin altı ayı ərzində qazandığı sayca beşinci mükafat idi. İngilis klubu buna qədər İngiltərə Federasiya Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Kubokunu və İngiltərə Milli Futbol Superkubokunu qazanmşıdı. |
Beləliklə, "Liverpul" təqvim ili ərzində beş mükafat qazana bilmiş ilk İngiltərə komandası kimi tarixə düşdü. |
Liverpul"un baş məşqçisi Jerar Ulye qələbə münasibətilə oyunçularını təbrik edib: "Liverpul"un qazandığı uğurlarda komandanın fransız baş məşqçisi Jerar Ulyenin böyük rolu olub. |
Çempionlar Liqasının hazırkı qalibi "Bayern Münhen" üzərində qələbə, "Liverpul"un Avropanın əsas klub turnirində maksimum uğurlu çıxış etməkdə iddialı olduğunu bir daha təstiqləyib. |
Jerar Ulye komandası haqda fikirlərini bildirib: "Bayern"in qapısına qələbə topunu vurmuş Maykl Ouen matçın ən yaxşı oyunçusu seçilib. |
Bu qol Ouenin yeni mövsümdə vurduğu yeddinci qol idi. Ouenə oyunun sponsoru olan Carlsberg şirkəti tərəfindən 10.000 funt sterlinq dəyərində qəbz verilib. |
Pullar xeyriyyəçiliyə sərf olunub. |
Hücumçu "Liverpul" ilə birlikdə İngiltərə Premyer Liqasını və Çempionlar Liqasını qazanmaq arzusunda olduğunu söyləyib. |
O vurğulayıb ki, UEFA Kubokunda qazanılmış təcrübə və "Bayern" üzərindəki qələbə Çempionlar Liqasında "Liverpul"a kömək edəcək. |
Superkubok oyunundan bir həftə sonra İngiltərə yığmasının heyətində Ouenin və "Liverpul"un digər oyunçularının əla formada olması, 2002-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin cavab matçında ingilislərə Almaniyanı 5:1 hesabı ilə darmadağın etməyə imkan yaradacaqdı. |
Həmin görüşdə İngiltərənin bütün qollarını "Liverpul"un oyunçuları vuracaq, Maykl Ouen isə Oliver Kanın qoruduğu qapıdan 3 top keçirəcəkdi. |
Bayern"in məğlubiyyəti Çempionlar Liqasının qalibinin Superkubok oyununda ardıcıl beşinci, alman komandalarının isə bu turnirdə yeddinci məğlubiyyəti oldu. |
Bayern"in baş məşqçisi Ottmar Hitsfeld etiraf edib ki, müdafiəçilərin komandaya uyğunlaşması üçün vaxta ehtiyac var: "Özümüzü hazırlamaq üçün vaxta ehtiyacımız var. |
Əgər siz "Liverpul" kimi komandalara qarşı ləng oynayırsınızsa, o zaman rəqib sizi mütləq cəzalandıracaq. |
Hitsfeld futbolçularının fərdi səhvlər buraxdıqlarını və müdafiədə pis oynadıqlarını qeyd edərək, yetirmələrini tənqid edib. |
Almaniyalı məşqçi həmçinin matçın ən yaxşı oyunçusunu seçilmiş Maykl Oueni yüksək qiymətləndirib: Bəzi səhvlərinə baxmayaraq, iyirmi yaşlı Ouen Harqrivzin oyunu "Bayern" klubunun prezidenti Frans Bekkenbauer tərəfindən qeyd olunub: "Harqrivzin böyük istedadı var, ancaq ona vaxt lazımdır. |
Yaxşı olar ki, o hələ gənclər yığmasında oynamağa davam etsin".Almaniyanın idman jurnalı "Kicker", "Bayern"in lazımi səy göstərmədiyini və intizamlı, taktiki cəhətdən hazırlıqlı və əks-hücumlarda yaxşı oynayan "Liverpul" tərəfindən məğlub edildiyini vurğulayıb.Hər iki komanda Avrokuboklardakı sonrakı çıxışını 2001-02 Ç... |
Liverpul" iki oyunun nəticəsinə görə, Almaniyanın "Bayer 04" klubuna, "Bayern" isə turnirin gələcək qalibinə, Madridin "Real" komandasına məğlub olub. |
Xarici keçidlər UEFA Superkubokunun rəsmi saytı (ing.) |
Görüşdə vurulmuş qollar (ing.) |
1 yanvar – Avropa Birliyinin pul vahidi olan avro nağd əskinaslar şəklində Avropa Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. |
Fevral – ABŞ-nin Solt-Leyk-Siti şəhərində XIX Qış Olimpiya Oyunları oyunları keçirildi. |
Azərbaycanı burada 1 azərbaycanlı, 1 amerikalı və 2 rus idmançı təmsil edilsə də, onların heç biri medal qazana bilmədilər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.