Search is not available for this dataset
text
stringlengths
10
518k
Dil yoxsa dialekt" problemi — hər hansı bir idiomun statusunun müəyyənləşdirilməsi ilə bağlı yaranan sual.
Qarşılıqlı anlaşıqlıq
Diplomatik xidmətdə fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət mükafatı.
Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının diplomatik rütbəsi olan əməkdaşlarına aşağıdakılara görə verilir: 1.1.
Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə; 1.2. diplomatik xidmət sahəsinə aid mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə; 1.3.
Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində mühüm işlərin görülməsinə görə; 1.4. diplomatik xidmət orqanlarında vicdanlı fəaliyyətə və xüsusi xidmətlərə görə.
Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı bilavasitə dairəvi medaldan və düzbucaqlı lövhədən ibarətdir.
Medalın diametri 35 mm-dir, hər iki üzü qızılı rəngli dairəvi metal lövhədən ibarətdir, üz tərəfində iki dairə yerləşdirilmişdir.
Birinci dairədə yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASININ", aşağı qövs boyunca "DİPLOMATİK XİDMƏTİ" sözləri həkk olunmuşdur.
Medalın ikinci dairəsinin mərkəzində simmetrik şəkildə bir-birinin üstünə qoyularaq Azərbaycan milli ornamentlərinin elementini əks etdirən qabarıq qızılı haşiyə içərisində "DİPLOMATİK XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri həkk olunmuşdur.
Medalın arxa tərəfi hamar səthlidir, ortasında diametri 21 mm olan Azərbaycan Respublikasının Dövlət gerbinin qızılı rəngdə qabarıq əksi həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 39 mm ölçüdə, aşağıya doğru bucaq altında kəsilən göy rəngli ("Panton 3005 °C") metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir.
Lövhənin üzərində aşağı sol küncdən yuxarı sağ küncə doğru yüksələn və hər birinin eni 0,5 mm olan 4 qızılı zolaqdan və onların arasında yerləşən, hər birinin eni 4 mm olan və Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən 3 maili zolaqdan ibarət element yerləşir.
Lövhənin alt hissəsində eni 4 mm olan qızılı təbəqə bərkidilir.
Medala 27 mm x 9 mm ölçüdə, paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və göy rəngli ("Panton 3005 °C") fonda, üzərindəki lövhədə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən üç maili zolağı təkrar edən element yerləşdirilmiş qəlib əlavə olunur.
Diplomatik xidmətə verilən töhfəyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
Medal haqqında "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər: Diplomatik xidmət sahəsində səmərəli fəaliyyətə görə; Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin...
Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
Medalın təsviri "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra — medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.
Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır.
Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, aşağı qövs boyunca "DİPLOMATİK XİDMƏTƏ VERİLƏN TÖHFƏYƏ GÖRƏ" sözləri yazılmışdır.
Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz yerləşdirilmişdir.
Medalın daxili çevrəsinin mərkəzindən aşağı yer kürəsinin təsvirini əks etdirən meridianlar və paralellər təsvir edilmişdir.
Yer kürəsinin təsvirinin alt hissəsindən sol və sağ tərəflərdə qövs boyunca daxili dairənin yuxarı tərəfinə doğru dəfnə yarpaqlarından ibarət çələng yerləşdirilmişdir.
Yer kürəsinin təsvirinin üst tərəfində, sol və sağ tərəfdəki çələngin arasında aypara və ulduz təsvir edilmişdir.
Medalın ön tərəfində bütün yazılar və təsvirlər relyefli olaraq qabarıqdır.
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Medalın arxa tərəfinin səthi hamar, yazılar isə relyefli olaraq qabarıqdır.
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentin üzərində hər birinin eni 11 mm olmaqla, Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən yaşıl, qırmızı və mavi rənglərdə şaquli zolaqlar təsvir edilmişdir.
Xara lentin kənarlarında və Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinin arasında hər birinin eni 1 mm olan dörd qızılı şaquli zolaq təsvir edilmişdir.
Xara lentin yuxarı hissəsinə üzərində relyefli aypara, ulduz və lent təsvir edilmiş 40 mm x 5,5 mm ölçülü qızıl suyuna çəkilmiş bürünc lövhə bərkidilir.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə edilir.
Qəlibin mərkəzinə diametri 8 mm olan, üzərində qızılı rəngdə aypara və ulduz təsvir edilmiş dairəvi lövhə bərkidilir.
Dostluq" ordeni — Azərbaycanın dövlət təltifi (orden).
Azərbaycan Respublikasının 16 fevral 2007-ci il tarixli 248-IIIQ nömrəli Qanunu ilə təsis edilmişdir.
Azərbaycan Respublikasının Dostluq ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinəgörə; xalqlar arasında dostl...
Dostluq ordeni qızıldan düzəldilmiş itiuclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir.
Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunmuşdur.
Girdə lövhənin kənarları qabarıqdır.
Orden halqa və ilgək vasitəsilə Azərbaycan bayrağının rəngləriniəks etdirən lentə birləşdirilmişdir.
Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir: boyundan asmaq üçün Azərbaycan bayrağının rəngləriniəks etdirən 23 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 21 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orde...
Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Dostluq" ordeninə həsr olunmuşdur.
Həmçinin bax "Dostluq" ordeni ilə təltif edilənlərin siyahısı "Azərbaycan Respublikasının "Dostluq" ordeninin Statutu", Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanunu "Azərbaycan Respublikasının "Dostluq" ordeninin Təsviri", Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-II...
29 Arxivləşdirilib 2010-11-06 at the Wayback Machine
Dostluq ordeni — Rusiya ordeni.
Həmçinin bax Şablon:Dostluq ordeni (Rusiya) Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər
Doğan günəş" ordeni (旭日章, Kyokujitsu-shō) — beynəlxalq əlaqələr, Yapon mədəniyyətinin təbliği, yapon mədəniyyəti sahəsindəki irəliləyişlər, rifahın təşviqi və ya ətraf mühitin mühafizəsi kimi səbəblərə görə verilən Yaponiya ordenidir.
Orden Yaponiya hökumətinin 10 aprel 1875-ci il tarixli fərmanı ilə verilən ilk milli yapon ordeni olmuşdur.
Doğan günəş dizaynı Yaponların "doğan günəş" konsepsiyasına paralel olaraq doğan günəş kimi güclü olmağın simvoludur
Dövlət nişanı" — Türkiyə Respublikasının ən yüksək mükafatı 1988-ci ildə təsis edilmişdir.
Türkiyə prezidenti tərəfindən təqdim edilən "Dövlət nişanı" dövlət başçısının tövsiyəsi əsasında Türkiyə Respublikası Nazirlər Kabinetinin qərarı ilə verilir.
Bu mükafata xarici ölkələrin dövlət başçıları ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə layiq görülürlər.
Dövlət qulluğunda fərqlənməyə görə" medalı — Azərbaycanın dövlət təltifi (medal).
Dövlət qulluğunda fərqlənməyə görə" medalı, Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli Qanunu ilə təsis edilib, habelə medalın əsasnaməsi və təsviri təsdiq edilib.
Dövlət qulluğunda fərqlənməyə görə" medalının əsasnaməsi, Heydər Əliyevin 2003-cü il 7 noyabr tarixli 515-IIQ saylı Qanunu ilə təsdiq edildi.
Dövlət qulluğunda fərqlənməyə görə" medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, onlardan sonra taxılır.
Həmçinin bax "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilənlərin siyahısı
Abasova Adilə Ziyat qızı — 22. iyun 2007 Abdullayeva Hafizə Kamil qızı — 22. iyun 2007 Ağayev Səfa Malik oğlu — 22. iyun 2007 Babayev Fikrət Murad oğlu — 22. iyun 2007 Bağırov Məhərrəm Şaban oğlu — 22. iyun 2007 Bayramov Fəxrəddin Bayram oğlu — 22. iyun 2007 Bəşirov Şərif Cəbrayıl oğlu — 22. iyun 2007 Canməmmədov Fikrə...
— 22. iyun 2007 Abuşova Solmaz İzzət qızı — 23 iyun 2008 Ağadadaşov Ağa Balaqardaş oğlu- 23 iyun 2008 Ağayev Ağadayı Ağahüseyn oğlu- 23 iyun 2008 Ağayeva Rimma İbrahim qızı- 23 iyun 2008 Allahverdiyev Müslüm Əliqulu oğlu- 23 iyun 2008 Allahyarov Abbas Aslan oğlu- 23 iyun 2008 Aslanov Sahib Həbib oğlu- 23 iyun 2008 Baba...
Abıyev Nadir Mikayıl oğlu — 22. iyun 2012 Ağazadə Məzahir Ataxan oğlu — 22. iyun 2012 Axundov İlham Aydın oğlu — 22. iyun 2012 Allahverdiyev Xanoğlan Əhməd oğlu — 22. iyun 2012 Allahverdiyeva Rəna Allahverdi qızı — 22. iyun 2012 Astanov Elşən Əvəz oğlu — 22. iyun 2012 Babaliyeva Fatimə Ağali qızı — 22. iyun 2012 Babaye...
Mustafayev Gülağa Mirhəsən oğlu — 31. oktyabr 2012 Abdullayev Bəhruz Qara oğlu — 20. noyabr 2012.
Əkbərova Səadət Binyamin qızı — 20. noyabr 2012 İsmayılova Tamilla İslam qızı — 20. noyabr 2012 Kazımov Miri Yusub oğlu — 20. noyabr 2012 Qurbanov Natiq Sabir oğlu — 20. noyabr 2012 Məmmədov Rəhman Elmaz oğlu — 20. noyabr 2012 Soltanov Mehman Nəsir oğlu — 20. noyabr 2012 Şivəxanov Bayram Həmzə oğlu — 20. noyabr 2012 Tə...
Döyüşdə fərqlənməyə görə" medalı — Azərbaycanın dövlət təltifi (medal).
İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
Təsis edilməsi 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişi...
Əsasnamədə deyilir: Maddə 1.
Təltif edilən şəxslər "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə döyüş şəraitində tapşırıqların icrası zamanı və həyat riski ilə əlaqəli xüsusi əməliyyatlar zamanı göstərilən fərqlilik, cəsarət və fədakarlıq, habelə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə kömək edən bacarıqlı, təşəbbüska...
Təltif edən orqan "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3.
Taxılma qaydası "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Cəsur döyüşçü" medalından sonra taxılır.
Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Medalın ümumi təsviri "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, biri digərindən kiçik olmaqla, biri digərinin üzərində yerləşdirilmiş, guşələrinin araları birləşən qövsvarı xətlərlə konturlanmış iki səkkizguşəli ulduz formalı 42 mm ö...
Medalın ön tərəfi 2.1.
Medalın ön tərəfində səkkizguşəli ulduz formalı lövhənin üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri yazılmışdır.
Daxili çevrənin içərisində yerləşən, üzəri relyefli xətlərlə işlənmiş dairəvi lövhənin mərkəzində ikitərəfli hamar şüalı səkkizguşəli ulduz həkk olunmuşdur.
Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz vardır.
Səkkizguşəli ulduz ilə "DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 3.
Medalın arxa tərəfi Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdurMaddə 4.
Medalın elementləri 4.1.
Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Qızılı rəngli xara lentin mərkəzində 5 mm enində tünd qırmızı rəngli şaquli zolaq təsvir olunmuşdur.
Xara lentin sol və sağ kənarlarından mərkəzə doğru, biri digərindən 3 mm aralı, 3 mm enində tünd qırmızı və 2,5 mm enində yaşıl rəngli şaquli zolaqlar vardır.
Xara lentin yuxarı hissəsinə üzərində milli ornamentlər təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Dəmir xaç ordeni (alm.
Eisernes Kreuz) — Almaniya ordusunda xidmətdə fərqlənməyə görə verilən mükafat.
10 mart 1813-cü ildə Prussiya kralı III Fridrix Vilhelm tərəfindən Almaniyanın Napoleondan azad edilməsinin şərəfinə təsis edilmişdir.
Ordenin eskizi alman memarı və rəssamı Karl Fridrix Şinkel tərəfindən hazırlanmışdır.
Ordenin kütləvi şəkildə verilməsi, Napoleon Bonapartla aparılan döyüşlərdən sonra baş vermişdir.
1870-ci ildə Fransa və Almaniya arasında yaşanan müharibədən sonra döyüşdə fərqlənən şəxslər Dəmir xaçla təltif olunmuşdular.
Birinci dünya müharibəsi və İkinci dünya müharibəsi illərində minlərlə alman zabit və əsgəri bu mükafatla təltif olunmuşdur.
Dəmir xaç sonuncu dəfə 31 dekabr 1946-cı ildə verilmişdir.
Cəngavər sinfinə aid Dəmir xaç mükafatları Cəngavər Xaçı Cangəvar Xaçı və palıd yarpağı Cangəvar Xaçı, palıd yarpağı və qılınc Cangəvar Xaçı, palıd yarpağı, qılınc və medalın üzərində brilyant işləmə Cangəvar Xaçı, qızıl suyuna çəkilmiş palıd yarpağı, qılınc və medalın üzərində brilyant işləmə
Dəmir xaç" ordeninin Cəngavər dəmir xaçı (Almanca: Ritterkreuz des Eisernen Kreuzes) Cəngavər dəmir xaçı və ya daha çox tanınan adı ilə Cəngavər Xaçı (Almanca: Ritterkreuz), digər variantları ilə Nasist Almaniyasının İkinci Dünya Müharibəsi zamanı hərbçilərə və hərbiləşdirilmiş heyətə vermiş olduğu ən yüksək mükafat ol...
Cəngavər Xaçı - döyüşdə əsgərlərinə müvəffəqiyyətlə rəhbərlik edən yüksək rütbəli komandirdən tutmuş, hərbi sahədə göstərdiyi şücaətə görə aşağı rütbəli əsgərə qədər müxtəlif səbəblərə görə və bütün rütbələrə mənsub olan insanlara verilmişdir.