Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Dərhal təsirlər Əbdülkərim Qasımın qəfil çevrilişi ABŞ hökumətini təəccübləndirmişdi. |
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Alen Dales, prezident Duayt Eyzenhauerə bunun arxasında Nassirin olduğuna inandığını söyləmişdi. |
Dales Yaxın Şərqdə zəncirvari bir reaksiya meydana gələcəyindən və İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə və İran hökumətlərinin məhvə məhkum olacağından qorxurdu. |
Haşimilər monarxiyası SSRİ-nin bölgəyə müdaxiləsinin qarşısını almaqda Qərb dünyasının etibarlı müttəfiqi idi, buna görə də çevriliş Vaşinqtonun Yaxın Şərqdəki mövqeyini xeyli zəiflətdi. |
Amerikalılar bu prosesin yayılmasını istəmirdilər.İnqilabdan 13 gün sonra, sərbəst referendumdan sonra müvəqqəti konstitusiya elan edildi. |
Qanun layihəsinə görə, İraq respublika oldu, ərəb millətinin bir hissəsi elan edildi və konstitusiyada rəsmi dövlət dini İslam olaraq əksini tapdı. |
Həm senat, həm də deputatlar palatası ləğv edildi. |
Qanunvericilik səlahiyyətləri Suverenlik Şurasının təsdiqi ilə Nazirlər Kabinetinə verildi. |
İcra funksiyası da Nazirlər Kabinetinə həvalə edildi. |
1959-cu ildə qeyri-sabitlik 14 iyul inqilabından dərhal sonra İraqda monarxiya devrildi, respublika elan olundu. |
Ölkədə hakimiyyət dərhal üsyanın liderlərinin əlinə keçdi. |
Yeni İraq Respublikasının müvəqqəti konstitusiyası prezident seçilənə qədər dövlət başçısı səlahiyyətlərinin "suveren respublika hökuməti" deyilən orqana verilməsini nəzərdə tuturdu. |
Şura üç nəfərdən ibarət idi: sədr Məhəmməd Nəcib ər-Rübai sünni ərəbləri, Məhəmməd Mehdi Kubba şiə ərəbləri, Xalid ən-Nəqşbəndi isə kürdləri təmsil edirdi. |
Respublikada gerçək hakimiyyətə isə Azad zabitlər təşkilatının rəsmi lideri 44 yaşlı general Əbdülkərim Qasım rəhbərlik edirdi. |
O, baş nazir və müdafiə naziri idi. Onun müavini Azad zabitlərin millətçi qanadının başçısı 37 yaşlı Əbül Salam Arif idi. Arif həm də Daxili İşlər naziri vəzifəsini daşıyırdı. |
Amma az keçmədi ki, 14 iyul çevrilişinin bu iki rəhbəri arasındakı münasibətlər pisləşməyə başladı. |
Arif ərəb millətçisi (qövmiyyə) və Birləşmiş Ərəb Respublikasına qoşulmağın tərəfdarı idi. Qasım isə İraqın müstəqil qalmasını (vətəniyyə) istəyirdi və hətta Nasiri sevməyən kommunistlərə meyl edirdi. |
İki lider arasındakı konflikt senyabrın 12-də Arifin rəhbərlikdən uzaqlaşdırılaraq Qərbi Almaniyaya səfir təyin edilməsilə nəticələndi. |
O, bu vəzifəni tutmaqdan imtina etdikdə isə həbs edildi. |
Məhkəmə 14 iyul çevrilişinin əsas qəhrəmanını edama məhkum etdi, amma Qasım cəzanı ömürlük həbslə əvəzlədi, 1961-ci ildə isə azad etdi.Baş nazirin hakimiyyəti getdikcə avtoritar şəkil alırdı və narazıların sayını artırırdı. |
Qövmiyyə və panərəbizmə meyl edən, ideologiyası ərəb millətçiliyi və sosializm olan BƏƏS partiyasının üzvləri xüsusilə narazı idilər. |
Əbdülkərim Qasım özünə təhlükə saydığı bir sıra zabitləri, o cümlədən orduda ilk respublikaçı təşkilatın banisi Rıfat əl-Həcc Sirri, Nazim ət-Tabakcalı və digərlərini qondarma ittihamlarla edam etdirdikdə nüfuzuna xeyli xələl gətirdi.1959-cu ilin martında Mosulda hökumət əleyhinə üsyan baş verdi, amma yatırıldı. |
BƏƏS partiyasının üzvləri Baş naziri öldürmək üçün bir neçə cəhd etdilər. |
Belələrindən birini sonralar İraqın diktatoru olacaq Səddam Hüseyn həyata keçirdi. |
Sonralar həmin hadisə ətrafında xeyli mifologiya formalaşmışdı. |
Əslində isə qəsdin uğursuz alınmasının səbəbkarı Səddam Hüseyn idi. 1959-cu ilin otyabrın 7-də həyata keçirilməli olan qəsd zamanı Səddama ikinci dərəcəli vəzifə tapşırılmışdı. |
O, Qasımı öldürəcək qəsdçilərin hadisə yerindən uzaqlaşmasını təmin etməli idi. Amma Baş nazirin avtomobili yanından keçdikdə əsəbləri dözmədiyindənmi, ya da şöhrət istəyindənmi, atəş açdı. |
Amma Qasım yalnız yaralandı, sürücüsü isə öldü. |
Səddam hadisə yerindən qaça bildi. |
General Qasımın kürdlərlə münasibətləri də korlandı. |
1961-ci ildə kürdlər Mustafa Bərzaninin rəhbərliyi altında üsyan qaldırdılar. |
Qasımın Xuzistana iddialarına cavab olaraq İran, eləcə də Misir bu üsyanı dəstəklədi. |
Hökumət qoşunlarının say və texniki üstünlüyünə baxmayaraq, kürdlər partizan taktikası hesabına onlara ağır zərbələr endirdilər. |
Qasım hökümətinin tədbirləri Üsyançıların əvvəlcədən nəzərdə tutduqları bir çox məsələlər yerinə yetirilmədi. |
Qasım İraqı Bağdad Paktından çıxardı, ingilis hərbi bazalarını ölkədən kənarlaşdırdı və SSRİ ilə hərbi və texniki yardım haqqında müqavilə bağladı. |
Bütün partiyaları qadağan edərək, kommunistlərin yarı qanuni fəaliyyət göstərməsinə və hətta bu vaxta qədər gücünün dayağı olan silahlı dəstələr yaratmasına icazə verdi.Lakin Əbdülkərim Qasım bir sıra mütərəqqi islahatlar da həyata keçirdi. |
Yeni İraq konstitusiyası fərq tanımadan bütün İraq vətəndaşlarını bərabər elan edirdi. |
Hətta İraqın ərəb və kürdlərin birgə dövləti olduğu yazılırdı. |
Bununla belə, Qasım kürdlərin muxtariyyət istəklərini rədd etdi. |
Hökumət əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində xeyli addımlar atdı, xəstəxanalar və məktəblər tikildi. |
Aqrar islahatla iri torpaq sahibliyini məhdudlaşdırdı, torpaqsız kəndlilərə torpaq verdi. |
Səkkiz saatlıq iş günü tətbiq edildi. |
Gecəqondularda yaşayan bağdadlılar üçün Mədinət əl-Taura (inqilab şəhəri, sonralar Saddam-siti, indi isə Sədr-siti adlanır) adlı rayon salındı və burada 35 min sosial mənzil tikildi. |
Əbdülkərim Qasım monarxiya zamanı həbs edilən siyasi məhbusları azad etdi. |
Siyasi partiyaların fəaliyyətinə rəsmən icazə verilməsə də, demək olar ki, leqal fəaliyyət göstərməyə başladılar. |
Ata tərəfdən sünnü, ana tərəfdən şiə olan Qasım bu iki icma arasında balanslaşdırılmış siyasət yürüdürdü. |
İraq qadınları bu illərdə kişilərlə hüquq bərabərliyi qazandılar. |
Çoxarvadlılılıq qadağan edildi, nikah üçün minimum hədd 18 yaş oldu, boşanma zamanı qadınların hüquqlarını qoruyan qanunlar qəbul olundu. |
İraq kommunist partiyasının üzvü Naziha əl-Dulaimi nəinki İraqda, bütün ərəb dünyasında ilk qadın nazir oldu.1960-cı illərdə Qasımın mövqeləri xeyli zəiflədi. |
Bundan istifadə edən Əbdülsalam Arif BƏƏS partiyasından olan zabitlərin köməyi ildə 1963-cü fevralında Bağdadda üsyan qaldırdı. |
Baş nazir müqavimət göstərməyə cəhd etdi, ancaq məğlub oldu. |
Fevralın 9-da həyatına toxunulmayacağı vədindən sonra təslim oldu. |
Amma fevralın 8-də devrilmiş baş naziri və iki generalı yaxınlıqdakı telestudiyaya gətirdilər və burada güllələdilər. |
Çevrilişdən sonra Əbdülsalam Arif İraqın prezidenti, BƏƏS üzvü, general Əhməd Həsən əl-Bəkr isə Baş nazir oldu. |
İnsan hüquqları pozuntuları və kütləvi köç Hərbiçilər monarxiya tərəfdarlarına qarşı ağır repressiyalara başladılar. |
Qasımın zindanlarında Haşimi monarxiyasını üzvləri və bir çox hörmətli tərəfdarları məhv edildi. |
Monarxiya rejiminin görkəmli xadimləri həbsxanaya atıldı. |
Onların arasında Kral Hərbi Kəşfiyyatının başçısı general Əhməd Mare, general Vifik Aref və başqaları var idi. 1958-ci il inqilabından dörd il sonra yüz minlərlə iraqlı ölkəni tərk etdi.Küveyt Universitetinin politologiya professoru və 2001-ci ildə Vaşinqtonda Küveyt Məlumat Ofisinin direktoru olan Şafeeq N. Ghabranın ... |
Rəhbərləri əks fikirdə olanları məhv etdilər, xəbərdarlıq etmədən əmlaklarına əl qoydular, düşmənlərinə qarşı ittihamlar uydurdular və xəyali daxili düşmənlərlə döyüşdülər. |
Bu vəziyyət mütləq bir lideri və hərbiləşdirilmiş İraq cəmiyyətini monarxiya dövründə mövcud olan cəmiyyətdən tamamilə fərqləndirdi". |
Xarici keçidlər Vokruq Sveta (rus.) |
2018-12-25 tarixində orijinalından arxivləşdirilib. |
İstifadə tarixi: 2009-07-27. |
2009-08-07 tarixində orijinalından arxivləşdirilib. |
İstifadə tarixi: 2009-07-27. |
14 iyun — Qriqorian təqvimində ilin 165-ci günü. |
(uzun ildə 166-cı) Bu tarixdə ilin sonuna 200 gün qalır. |
XX və XXI əsrdə Yuli təqvimi ilə 1 iyun tarixinə uyğun gəlir. |
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1158 — Münhen şəhəri Aslan Henri tərəfindən İzar çayının sahilində qurulmuşdur. |
1940 — İkinci Dünya müharibəsi: Almaniyanın Paris işğalı başlayıb. |
Azərbaycana aid hadisələr 2004 — Azərbaycan polis polkovniki Fətulla Hüseynov Bakıda yaşadığı binanın qarşısında öldürülüb. |
1600-cü ildən əvvəl 1444 — Nilakanta, Hindistan riyaziyyatçısı 1529 — II Ferdinand, Avstriya hersoqu 1712 — Sayat Nova, Ermənistan şairi 1736 — Şarl Kulon, Fransa zabiti və mühəndisi 1772 — Qustav Yohan Billberq, İsveç botaniki 1811 — Harriyet Biçer-Stou, ABŞ yazıçısı 1882 — Yon Antonesku, Rumıniya marşalı 1888 — Camo ... |
14 mart — Qriqorian təqvimində ilin 75-ci günü. |
Bu tarixdə ilin sonuna 290 gün (uzun ildə 291 gün) qalır. |
XX və XXI əsrdə Yuli təqvimi ilə 2 mart tarixinə uyğun gəlir. |
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1974 — Zair milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. |
1976 — Mərakeş milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. |
2020 — Ekvatorial Qvineya, Esvatini, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası və Ruandada ilk dəfə COVID-19 qeydə alınıb. |
Azərbaycana aid hadisələr 1996 — Azərbaycan və Seneqal arasında diplomatik əlaqələr qurulmuşdur. |
1600-cü ildən əvvəl 1820 — II Viktor Emanuel, İtaliya kralı 1844 — I Umberto, İtaliya kralı 1879 — Albert Eynşteyn, Almaniya fiziki 1885 — Məmməd Yusif Cəfərov, Azərbaycan hüquqşünası və dövlət xadimi 1905 — Raymon Aron, Fransa filosofu 1915 — Zülfiyyə, Özbəkistan şairi 1923 — Diana Arbüs, ABŞ fotoqrafı 1931 — Anna Qre... |
14 may — Qriqorian təqvimində ilin 134-cü günü. |
(uzun ildə 135-ci) Bu tarixdə ilin sonuna 231 gün qalır. |
XX və XXI əsrdə Yuli təqvimi ilə 1 may tarixinə uyğun gəlir. |
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1796 — Edvard Cenner təbii çiçək xəstəliyinin ilk peyvəndini həyata keçirib. |
1900 — II Yay Olimpiya Oyunları Parisdə keçirilib. |
1948 — İsrail müstəqil dövlət elan edilib və müvəqqəti hökumət qurulub. |
1955 — Soyuq müharibə: Sovet İttifaqı daxil olmaqla, səkkiz kommunist bloku ölkəsi Varşava Müqaviləsi Təşkilatı adlı qarşılıqlı müdafiə müqaviləsi imzalayıb. |
1970 — Andreas Baader Ulrike Maynhof, Qudrun Ensslin və başqaları tərəfindən həbsdən azad edildi. |
Bu Qırmızı Ordu Fraksiyasının formalaşmasında mühüm məqam oldu. |
1973 — ABŞ-nin ilk kosmik stansiyası olan Skylab orbitə buraxılıb. |
2020 — Cibutidə ilk dəfə COVID-19 qeydə alınıb. |
Azərbaycana aid hadisələr 1805 — Qarabağ xanlığının qurucusu Pənahəli xanın varisi İbrahimxəlil xan Rusiya imperiyasına təslim olur. |
2011 — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Ell & Nikki "Running Scared" mahnısı ilə müsabiqənin qalibi olmuşlar. |
2016 — 2016 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səmra Rəhimli "Miracle" mahnısı ilə 17-ci yeri tutmuşdur. |
1600-cü ildən əvvəl 1553 — Valualı Marqarita, Fransa şahzadəsi 1836 — Vilhelm Steynits, ABŞ və Avstriya şahmatçısı 1839 — Abdulla Mərraş, Suriya yazıçısı 1902 — Lyusiya Qaruta, Latviya pianoçusu 1916 — Vəli Axundov, Azərbaycan dövlət xadimi 1928 — Ernesto Çe Qevara, Argentina və Kuba inqilabçısı 1934 — Aureliyo Milani,... |
14 noyabr — Qriqorian təqvimində ilin 318-ci günü. |
(uzun ildə 319-cu) Bu tarixdə ilin sonuna 47 gün qalır. |
XX və XXI əsrdə Yuli təqvimi ilə 1 noyabr tarixinə uyğun gəlir. |
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1851 — Herman Melvillin "Mobi Dik" əsəri ABŞ-də nəşr olunub. |
1889 — Jurnalist Nelli Blay 80 gündən az müddətdə dünyanı səyahət etmək üçün uğurlu cəhdə başlayır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.