Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Qalan "əzələli hava quldurları" 2001-ci ilin əvvəllərində və ya ortalarında ABŞ-yə çatmış idilər.Xalid əl-Mihdar və Nəvaf əl-Həzmi "Əl-Qaidə" lideri Üsamə bin Ladenin gözündə təcrübəli və hörmətli cihadçılar idilər. |
Hücumlarda iştirak etməli olacaq pilotlardan üçü Hamburq hücrəsi adlı radikal islamçılar qrupunun ən birinci üzvlərindən idilər (Məhəmməd Atta, Mərvan əl-Şehhi və Ziyad Cərrah). |
Əfqanıstanda yerləşən "Əl-Qaidə" təlim düşərgələrində iştirak etdikdən sonra onlar əməliyyatın müvəffəqiyyətlə keçməsi şansını artıran Qərb mədəniyyəti sahələsində geniş məlumatlar və dil biliklərinə sahib olduqlarına görə bin Laden və "Əl-Qaidə"nin hərbi qanadı tərəfindən seçildilər. |
Ehtimal olunan dördüncü pilot və Hamburq hücrəsinin üzvü Rəmzi bin əl-Şibh də terror hücumlarında iştirak etmək üçün seçilmiş, lakin ABŞ-yə daxil olmaq üçün viza ala bilməmişdir. |
Sonradan onu Səudiyyə Ərəbistanı vətəndaşı Həni Hanjur əvəz elədi.Həmçinin, Xalid əl-Mihdar və Nəvaf əl-Həzmi də potensial quldur pilotları idilər, lakin San Dieqodakı ilk idarə etmə dərslərində müvəffəq olmadılar. |
Nəticədə onlar "əzələli hava quldurları" düşərgəsinə köçürüldülər. |
Onlardan başqa 2000-ci ilin sonu və ya 2001-ci ilin əvvəlində bu rol üçün daha 13 nəfər seçilmişdir. |
BƏƏ vətəndaşı olan Fəyaz Bənihəmməd istisna olmaqla, onların hər biri Səudiyyə Ərəbistanından idi.Teraktların baş verdiyi gündə FTB PENTTBOM (Pentagon / Twin Towers Bombing Investigation ingilis akronimi — "Pentaqon və Əkiz Qüllələr hücumunun təhqiqatı") əməliyyatını başlatdı, hansının ki keçirilməsinə 7.000 (fəaliyyət... |
Sonradan FTB ona "tarixindəki ən mürəkkəb və geniş əməliyyat" tərifini vermişdir. |
14 sentyabr 2001-ci il tarixində 19 şübhəli müəyyən edildi, bu iş təyyarələr bortunda yer almış sərnişin siyahıları, qaçırma zamanı telefon danışıqları, bilet ödəmə əməliyyatları və digər sənəd növləri barədə məlumatlar əsasında görülmüşdür. |
Şəxsi məlumatların dəqiqləşdirilməsi ilə adlar 27 sentyabr 2001-ci ildə təsdiqləndi.Digər 3 qrupdan fərqli olaraq qrupların biri 4 nəfərdən ibarət olması iddia olunan "iyirminci hava qulduru" nəzəriyyəsini ortaya çıxardı, hansı ki hər-hansısa səbəbə üzündən terror aktının həyata keçirilməsində iştirak edə bilməmişdir. |
Hücumlarda iştirak etməyən, lakin hücumların hazırlanmasında dərindən iştirak edən bir şəxsin mövcudluğu geniş müzakirə olunur. |
Çox sayda ad çəkilir. |
onlar arasında ABŞ-yə viza ala bilməyənlər şəxslər yer alır, hansılar ya əməliyyatların hazırlanmasında kifayət qədər etibarlı olmamışdılar, ya da iştirak etmək istədiklərini ifadə edən "Əl-Qaidə" üzvləri idilər. |
Siyahıda 11 sentyabr 2001-ci il tarixli terror aktlarının 19 icraçısı təqdim olunub. |
Siyahıda onların ərəb dilində (hər biri üçün doğma idi) adları, fotoşəkilləri, teraktların baş verdiyi gündə yaşları (terrorçuların hamısı həmin gün öldü) və doğum tarixi, vətəndaşlıq, hücumlarda iştirak etmək üçün ABŞ-yə gəlmə tarixi, gəlişdən sonrakı dövrdə və terror hücumlarına qatılmadan əvvəl ABŞ-də əsas qaldıqlar... |
Qeydlər təqdim olunan məlumatları təsdiqləyən mənbələrə istinadları ehtiva edir. |
Siyahıdakı terrorçular ələ keçirtdikləri aviareyslərə görə qruplaşdırılıb. |
Qrupda ilk öncə pilotlar qeyd olunub, sonra isə "əzələli hava quldurları". |
Qruplar qəcb etdikləri təyyarələrin məhv olma xronoloji qaydasında sıralanıb. |
Gary D. Joiner, Alexander Mikaberidze, W. Christopher Hale, Michael Bronner, Ashley Dean, Warren Ward, W. Lane Callaway, Dennis Pinner. |
9/11: A Brief History and A Case Study of America’s Worst Terrorist Attack. |
Report of SAC LSUS for the 9/11. |
Symposium, September 10, 2016. |
Xarici keçidlər "11 September 2001 Hijackers" (PDF). |
Testimony by George Tenet before the Joint Inquiry into Terrorist Attacks Against the United States. |
Federation of American Scientists (FAS). |
2008-10-05 tarixində arxivləşdirilib (PDF). |
İstifadə tarixi: 2020-09-11. |
11 sentyabr terror aktları — Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları. |
Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. |
09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. |
Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. |
Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. |
Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. |
Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi. |
Hücumun hədəfləri Bu hücumun əsas məqsədi sadəcə binalar, hətta bina və təyyarələrdəki minlərlə günahsız qurbandan daha böyük bir şey idi. Ən yaxın fiziki hədəflər Pentaqonun bir hissəsi, aşağı Manhetten və 4 təyyarə idi. Dünya Ticarət Mərkəzi bir zamanlar dünyanın ən hündür binası sayılan məşhur Əkiz Qüllələrin də dax... |
Müstəqil blokda yerləşən Bina 7 də daxil olmaqla 7 binadan ibarət kompleksə 2001-ci il sentyabrın 11-də çox ağır zərbə vuruldu. |
Dünyanın ən böyük ofis binası sayılan Pentaqon Amerika Birləşmiş Ştatlarının ürəyi hesab edilir. |
11 sentyabr hücumlarında binanın 10 hissəsindən biri zərər gördü. |
Pentaqonda yerləşən Dünya Ticarət Mərkəzi dünyada iki ən yaxşı müdafiə olunan binadan biri hesab edilirdi. |
Geriyə qalan mənzərə isə misli görülməmiş bir dəhşətdir. |
11 nömrəli sərnişin təyyarəsinin Şimal qülləsinin 95-ci mərtəbəsi ilə toqquşması nəticəsində yaranan qəza 92-ci mərtəbədən yuxarıda olan insanlara zərər verdi. |
Qəza bölgəsi olan mərtəbələr tüstü ilə dolduqca insanlar tullanmağa başladılar. |
Təmiz havada 10 saniyə yaşamaq zəhərli tüstünü ciyərlərə çəkərək ağır və dözülməz ölümdən əziyyət çəkməkdən daha yaxşı idi. Çoxlu sayda insan ilk öncə Cənub qülləsinin partlayışına şahidlik etdi. |
Onlar Dünya Ticarət Mərkəzinin tamamilə dağılacağı haqda heç bir fikri olmayan, binanın ətrafına yığışan çoxlu sayda yanğınsöndürən və tibb işçilərindən ibarət fövqəladə hallar zamanı yardıma gələn insanlar idilər. |
Cənub Qülləsinin şəkil və videoları Şimal qülləsinin dağılması haqqında ətraflı sübutlar verir. |
Hər iki qüllə qəza bölgəsində yaranan partlayış nəticəsində aşağıya doğru parçalandı və yerə çatmamışdan əvvəl çox böyük toz və çöküntüyə çevrildi. |
Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi. |
Bu hadisələrin baş verməsi hələdə aktualdır və indiyə qədər araşdırılır. |
Sentyabrın 11-i baş vermiş hadisə üzrə bir çox filmlər hazırlanmışdır. |
PENTTBOM əməliyyatı Federal Təhqiqat Bürosu 3 gün içində təyyarə oğrularının siyahısını tərtib etdi. |
Üsamə bin Laden bu əməliyyatı Əfqanistanda bir mağarada planlamışdı. |
Talibana qarşı cavab hücumu tezliklə baş verdi. |
Federal Təhqiqat Bürosu Amerika tarixində ilk dəfə PENTTBOM əməliyyatı adlanan böyük araşdırma başlatdı. |
Şübhəlilər 72 saat içində müəyyənləşdirildi, çünki onların bir neçəsi uçuş biletlərində və kredit kartı qeydlərində adlarını dəyişdirməyə təşəbbüs etmişdilər. |
Onlar təyyarədə Amerika vətəndaşı olmayan sərnişinlər arasında demək olar ki, yeganə ərəb sərnişinlər idilər və bu da Federal Təhqiqat Bürosuna doğum tarixi, viza statusu, yaşayış yeri kimi məlumatlardan istifadə edərək şübhəli sərnişinlərin kimliyini müəyyənləşdirməyə imkan verdi. |
2001-ci il sentyabrın 27-də Federal Təhqiqat Bürosu 19 təyyarə oğrusunun milliyyəti və uydurma adları haqqında məlumatları və şəkillərini yayımladı. |
Şübhəli təyyarə oğruları Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Misirdən idilər. |
Amerikalılar üzərindəki təsirləri 11 sentyabr hücumlarının amerikalılar üzərində çox ağır təsirləri qaldı. |
Ölkənin hər yerindən polis məmurları və xilas etmə işçiləri Əkiz Qüllələrin qalıqları altında qalan insan cəsədlərini qurtarmaq prosesinə yardım etmək üçün Nyu-York şəhərinə axışıb gəldilər. |
Birləşmiş Ştatlar üzrə qan vermə göstəricisində 11 sentyabr həftəsindən sonra böyük artım yaşandı. |
Bu hücumlar Amerika və dünya bazarına əhəmiyyətli dərəcədə təsir etdi. |
Nyu-York məzənnə fondu (NYMF) və Amerika məzənnə fondu Sentyabrın 11-də açılmadı və senytabrın 17-dək qapalı qaldı. |
Məzənnə fondu yenidən açılanda səhm bazarı 71%-dən 8921-ə endi, bu isə bir gündə qeydə alınan ən böyük enmə idi. Eyni zamanda yaxın şərqlilərə və yaxın şərqlilərə bənzəyən digər insanlara qarşı çoxlu sayda hücum və nifrət zəminində törədilmış cinayətlər də qeydə alındı. |
Məsələn, sixlərə qarşı bu cür hücumlar baş verirdi, çünki six kişiləri ənənəvi olaraq türban geyinirlər, bu da Birləşmiş Ştatlarda bir qayda olaraq müsəlmanlarla əlaqələndirilən bir əlamətdir. |
Hind məbədinin partladılması, insanlara edilən hücumlar, təhqirlər, məscid və başqa dini binalara edilən hücumlar və sentyabrın 15-də Balbir Sinq Sodhinin qətlə yetirilməsi amerikalıların qəzəbinin göstəricisi idi. Balbir Sinq Sodhi güllələnmişdi, o da digərləri kimi müsəlman zənn edilən sıravi six idi. Terrorla mübari... |
Bu mübarizə terror törədən dövlətlərə qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq etmək, qlobal ciddi nəzarət və kəşfiyyatı artırmaq məqsədlərini hədəfləyirdi. |
Bu hadisələr ABŞ-nin beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması və dünyada intensiv anti-islam təbliğatının aparılması üçün bəhanə oldu. |
2001-ci il sentyabrın 20-ində prezident Buş ABŞ Konqresinin birgə sessiyasında 11 sentyabr günü baş verən hadisələr, 9 günlük xilasetmə və bərpa cəhdləri və 11 sentyabr terroruna qarşı cavab tədbirləri haqqında danışdı. |
Zərər çəkənlərin ailələrini və həyatda qalanları maliyyə yardımı ilə təmin etmək məqsədi ilə hücumların qurbanlarına yardım etmək üçün böyük miqdarda pul ayrıldı, xeyriyyə cəmiyyətləri yaradıldı. |
2002-ci ilin sonunda terror aktlarına qarşı hazırlıq və təxirəsalınmaz tədbirlər üçün Tomas Kinin rərbərlik etdiyi Birləşmiş Ştatlarda Terror Aktları üzrə Milli Komitə (9/11 Komitəsi) yaradıldı. |
2004-cü il iyulun 22-də Komitə özünün 9/11 Komitə məruzəsini yayımladı. |
Hücumun qlobal kütləvi mediada işıqlandırılması Hücüm barədə məlumatlar kütləvi informasiya vasitələri və dövlət tərəfindən dünyanın hər yerinə elan edildi. |
Lakin İraq “Amerika kouboyları insanlığa qarşı törətdikləri cinayətlərin bəhrəsini görürlər” kimi rəsmi bəyanatla fərqləndi. |
11 yanvar — Qriqorian təqvimində ilin 11-ci günü. |
Bu tarixdə ilin sonuna 354 gün (uzun ildə 355 gün) qalır. |
XX və XXI əsrdə Yuli təqvimi ilə 29 dekabr tarixinə uyğun gəlir. |
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1569 — İngiltərədə ilk dəfə lotereya qeyd olunub. |
1861 — ABŞ-də vətəndaş müharibəsi: Alabama ştatı ABŞ-dən ayrılmışdır. |
1935 — Ameliya Erhart Havaydan Kaliforniyaya təkbaşına uçan ilk şəxs olmuşdur. |
1985 — Rio-de-Janeyroda ilk dəfə Rock in Rio musiqi festivalı keçirilib. |
Azərbaycana aid hadisələr 1963 — Azərbaycan Kinematoqrafçılar İttifaqı təsis edilib. |
1991 — "Səs" qəzeti ilk dəfə nəşr olunub. |
1994 — Azərbaycan və Latviya arasında diplomatik əlaqələr qurulmuşdur. |
1995 — Azərbaycan və Uruqvay arasında diplomatik əlaqələr qurulmuşdur. |
2016 — Azərbaycanda "Multikulturalizm ili" elan olunub. |
2019 — Azərbaycanda "Nəsimi ili" elan olunub. |
1600-cü ildən əvvəl 347 — I Feodosi, Roma imperatoru 1209 — Münke xaqan, Monqol xaqanı 1540 — Parmicanino, İtaliya boyakarı 1732 — Per Forsskol, Finlandiya səyahətçisi 1755 — Aleksandr Hamilton, ABŞ dövlət xadimi 1842 — Vilyam Ceyms, ABŞ filosofu 1870 — Mehmed Səlim Əfəndi, Osmanlı şahzadəsi 1906 — Əbdülkərim Əlizadə, ... |
11 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. |
Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 11 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. |
Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. |
Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 11 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 11 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. |
Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. |
3 aprel 2020-ci il tarixinə olan məlumata görə qəsəbədə 881 nəfər yaşayır. |
Qəsəbədə "Qayıdış qəsəbə 8 № li tam orta məktəb" fəaliyyət göstərir.Məktəb 360 şagird yerlik, 24 sinif otaqlıdır. |
Xarici keçidlər Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. |
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi bar... |
2020-04-16 tarixində arxivləşdirilib. |
İstifadə tarixi: 2020-04-16. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.