Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Asteroid kəmərinin ümumi kütləsinin 1%-ni ehtiva etdiyi təxmin edilməkdədir. |
Xüsusiyyətləri Juno, böyük asteroidlərdən biridir, bəlkə də onuncu ölçüsünə malikdir və bütün asteroid qurşağının kütləsinin təxminən 1%-ini təşkil edir. |
15 Eunomia'dan sonra ikinci ən böyük S tipli asteroiddir. |
3 Juno'nun orbit dövrü 4.36578 ildir. |
S-tipli planet arasında, Juno fövqəladə yansıtıcıdır, bu da fərqli səth xüsusiyyətlərinin göstəricisi ola bilər. |
Bu yüksək Albedo, asteroid kəmərinin daxili kənarına yaxın olmayan kiçik bir cisim üçün nisbətən yüksək diqqətə çarpan böyüklüyünü izah edir. |
Juno, Neptun və ya Titandan daha parlaq, əlverişli bir müxalifətdə + 7.5-dən çata bilər və ona görə də daha böyük planet olan Hygiea, Europa, Davida və Interamnia'dan daha öncə kəşf edilmişdir.. |
Bununla birlikdə çox hallarda, Junonun maqnitudası +8.7 böyüklüyündə olar və yalnız binokulda görünür. |
Daha kiçik uzadılmalardan bunu həll etmək üçün 76 mm-lik bir teleskop lazımdır. |
Juno asteroid ailəsinin əsas obyektidir. |
Orbiti Ceres və Pallasa nisbətən Günəşə daha yaxındır. |
Juno ilk dəfə Ceres, 2 Pallas və 4 Vesta ilə birlikdə planet olaraq qəbul edildi. |
1811-ci ildə Schröter, Juno'nun diametrinin 2290 km ola biləcəyini təxmin etdi. |
Dördü də asteroid kimi təsnif edildi. |
Juno'nun kiçik ölçüsü və nizamsız şəkli, bir cırtdan planet olaraq təyin olunmasını əngəlləyir. |
Juno bir gizli ilk asteroid idi. 1958-ci il fevralın 19-da, bir ulduzun ön hissəsindən (SAO 112328) keçdi. |
O vaxtdan bəri Juno üçün çox müşahidə edilmişdir, ən effektiv olanlar SAO 115946 11 dekabr 1979-cu ildə gizli saxlanılmış və 18 müşahidəçi tərəfindən qeyd edilmişdir. |
Marsın hərəkətində kiçik dalğalanmalara görə Juno kütləsini proqnozlaşdırmaq üçün Mars ətrafında və ətrafında yerdəki radio siqnalları istifadə edilmişdir. |
Juno'nun orbitası 1839-cu ildə yəqin ki, kimliyi müəyyən edilə bilməyən keçən asteroidin parçalanması səbəbindən bir qədər dəyişdi. |
1996-cı ildə, Juno adaptiv optika istifadə edərək yaxın və yaxın IR dalğa uzunluğunda Mount Wilson Rəsədxanasında Hooker Teleskopu tərəfindən göstərildi. |
Görünüşlər bütün dönmə dövrünə yayılmış və qeyri-qanuni bir forma və yeni bir domen kimi şərh edilmiş qaranlıq albedo xüsusiyyətini ortaya qoymuşdur. |
Juno, minimum məsafəyə, cənuba yaxınlığa və ya gözlüklərə yaxınlığa görə hər 15.5 ayda günəşə müxalifət edir. |
Müsbət müxalifət, 10-cu müxalifətdə, hər 13 ildə bir dəfə ortaya çıxır. |
1 dekabr 2005-ci ildə son əlverişli müxalifət 1063 AU idi, 7.55 ölçülü, və növbəti müsbət 17 noyabr 2018, ən az 1.036AU, 7.45 böyükdür. |
[29] [30] Bundan sonra müxalifət 30 oktyabr 2031-də 1.044 Au və 7.42 ədəd olacaq. |
4 Vesta (simvolı: ) — 525 kilometr ölçülü asteroid qurşağındakı ən böyük cisimlərdən biridir. |
Alman astronom Henrix Vilhelm Olbers tərəfindən 29 mart 1807-ci ildə kəşf edilmişdir. |
(Marie's the Name) His Latest Flame 1961-ci ildə Elvis Presli tərəfindən audio lentə yazılmış musiqidir. |
Musiqinin sözləri Dok Pomus və Mort Şumana məxsusdur və ilk ifaçısı Del Şennon olmuşdur. |
Lakin musiqinin ən uğurlu və məşhur versiyasını məhz Elvis Presli 1961-ci ilin avqust ayında ifa etmişdir. |
Həmçinin mahnı nüfuzlu Billboard Hot 100 hit-paradında nömrə 4 olaraq və UK Singles Chart hit-paradında ardıcıl 4 həftə nömrə 1 olaraq qiymətləndirilmişdir. |
1961-ci ilin 25 iyun tarixində Neşvill şəhərində yerləşən RCA studiyasında lentə alınmışdır. |
Gitaralar, Skotti Mur, Henk Qerland, Nil Metyüs Bas gitara, Bob Mur Baraban, D. J. Fontana, Baddi Harman Piano, Floyd Kramer, Qordon Stoker Vokal, The Jordanaires Klave, Buts Rendolf |
Salavat (İslam) — Salavat (dağ) — Salavat dağı — Salavat şəhəri — Salavat mağarası — Salavat aşırımı-1 — Baş Qafqaz silsiləsində, Şəki rayonu ilə Dağıstanın sərhədində yerləşir. |
Hündürlüyü 2816 m. Salavat aşırımı-2 — Baş Qafqaz silsiləsində, Qəbələ və Quba rayonları sərhədində yerləşir. |
Azərbaycanın telefon kodları məqaləsi Azərbaycandakı telefon kodları və telefon nömrələmə sistemi haqqında məlumat verir. |
Azərbaycanda telefon kodları və telefon nömrələmə sistemi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tənzimlənir. |
Ən aktiv və istifadə edilən kodlar Bakı (-012) və Sumqayıt (-018) kodlarıdır. |
Şirvan regionu Qarabağ regionu a Ləğv olunaraq Tərtər rayonuna daxil edilən Ağdərə rayonunun köhnə kodu 148 olub. |
Quba regionu Şəki regionu Lənkəran regionu Şuşa regionu Naxçıvan Muxtar Respublikası AZƏRBAYCAN ŞƏHƏRLƏRİNİN TELEFON KODLARI Arxivləşdirilib 2009-11-05 at the Wayback Machine Xarici keçidlər ANS PRESS. |
Azərbaycanda yeni telefon kodları tədbiq ediləcək (Siyahı)" (az.). |
İstifadə tarixi: 2014-06-12. |
Vergül (,) – sözləri, birləşmələri və cümlələri sərhədləndirmək üçün işlədilən durğu işarəsidir. |
Vergül cümlənin həmcins üzvləri və sadalanan sözlər arasında (Məsələn: Nizaminin, Füzulinin, Vaqifin), tabeli və tabesiz mürəkkəb cümlələrin komponentləri arasında (Məsələn: gələn gəldi, gedən getdi), cümlələrdə əlavə və xüsusiləşmələri ayırmaq üçün (Məsələn: süfrəyə bal qoyuldu, əsl beçə balı), cümlə üzvləri ilə qramm... |
Durğu işarələrinin mətndə işlənməsi qaydalarından vergül işarəsini durğu işarələri arasında ən geniş istifadə olunan və ən lazımlı vasitələrdən biri kimi götürülən qrafik işarə sayılır. |
Vergül fransız sözü olub semantik mənası qol-budaq, hissə deməkdir. |
Vergül rəngarəng məqamlarda özünü göstərən və cümlə sərhədi ilə bağlı olmayan durğu işarəsidir. |
Azərbaycan dilində vergülün işlənməsi Qrammatika kitablarında eyni suala cavab verən, eyni bir cümlə üzvü ilə bağlı olan (eyni cümlə üzvünə aid olan) bərabərhüquqlu üzvlər həmcins üzvlər kimi səciyyələndirilir. |
Məsələn, Dağlar, dərələr, düzlər pambıq kimi qarla örtülmüşdür. |
Ehtiyac, aclıq, zülm qoymadı göz açam.Bu cümlələrdə həmcins mübtədalar arasında (dağlar, dərələr; ehtiyac, aclıq) vergül qoyulmuşdur. |
Biz də şirin söhbət edərdik, yeyərdik, danışardıq, gülərdik. |
Gənclər danışır, gülür, şadyanalıq edirdilər.Bu cümlələrdə isə həmcins xəbərlər arasında vergül işarəsi işlənmişdir (söhbət edərdik, yeyərdik, danışardıq; danışır, gülür). |
Ki tabelilik bağlayıcısı işlənən müxtəlif növlü tabeli mürəkkəb cümlələrdə mürəkkəb cümlənin tərəflərini birləşdirən cümlələr arasındakı ki bağlayıcısından sonra vergül qoyulur. |
Məsələn, Elə hadisələr olur ki, heç vaxt yaddan çıxmır. |
Tələbə var ki, kitab əlindən düşmür. |
Özünü elə aparır ki, deyərdin, hamı ona borcludur. |
O, elə baxırdı ki, sanki çalağandır, şikarının üstünə şığıyacaq. |
Biz ona görə gəlmişik ki, sizi xəbərdar edək.Çünki bağlayıcısı işlənən mürəkkəb cümlədə ondan əvvəl vergül yazılır. |
Oğlan imtahan verməkdən qorxurdu, çünki elmdən çoxdan uzaqlaşmışdı.-sa, -sə şərt şəkilçisi işlənən mürəkkəb cümlədə sa² birinci cümlənin xəbərində gələrsə, ondan sonra vergül qoyulur. |
Əgər yıxılsan, balta çalan çox olar. |
Hərgah işləmirsənsə, gedə bilərsən.Mürəkkəb cümlədə sa², da², belə, hərçənd, hərçənd ki, düzü, doğrusu, düzdür, doğrudan sözləri varsa həmin sözlərdən sonra, amma, ancaq bağlayıcılarından isə əvvəl vergül qoyulur. |
Məsələn, Hərçənd ki, bir yerdə işləyirdilər, amma dostluq etmirdilər. |
Düzü, iyirmi faiz torpaqlarımız düşmən tapdağı altındadır, ancaq torpaqların geri alınacağına şübhə etmirik.Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında iki nöqtə qoyulur. |
Tərkib hissələrinin birində vergül olduqda ümumi ilə aydınlaşdırıcı hissənin arasında nöqtəli vergül də qoyula bilər. |
Məsələn, Gözəl bir yay günü idi; çəmənlər yaşıl donunu geyinmiş, ağaclar çiçək açmışdı. |
Qızğın iş gedirdi: kimisi çala qazır, kimisi isə şitil əkirdi.Tərəfləri müstəqil olub, daxilində həmcins üzv iştirak edən bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. |
Belə cümlələr çox geniş olur və hər hansı durğu işarəsindən biri işlədilir. |
Məsələn, Üç il, ya bəlkə dörd ildi, yaxşı yadımda deyil, bizim Baxşalı bəy gedirdi Gəncəyə; apardım vağzala, bileti aldım və yola saldım getdi (C. Məmmədquluzadə). |
Bir azdan sonra süfrə açıldı; hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik (A. Şaiq).Bağlayıcısız bağlanan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. |
Belə cümlələr çox geniş olur və tərkibində hər hansı durğu işarəsindən biri işlədilir. |
Məsələn, Qarqar çayının həzin şırıltısı, Gülarənin palazlara, gəbələrə endirdiyi toqqaların taqqıltısı ətrafa yayıldı; hələ naxırçıların oynamaları da bu səslərə qarışanda şənlik bir tərəkəmə toyunu xatırladırdı (Ə. Haqverdiyev). |
Onlar otaqdan çıxmamış otağa səs-küylə iri bir qadın girdi; qolları çırmalanmışdı (C. Cabbarlı).Zərfliklər əksərən, baxmayaraq, halda, kimi, əlaqədar olaraq və s. sözlərin köməyi ilə xüsusiləşərkən bu zaman həmin sözlərdən sonra vergül qoyulur. |
Məsələn, Səhər yorğun və ac olduğumuza baxmayaraq, körpünü tikdik. |
Payız olduğu halda, aran yerlərdə istiydi.Xüsusiləşmiş tamamlıq və zərfliklərdən sonra vergül qoyulur Dəqiqləşdirici xüsusiləşmiş üzvlər bu və ya digər bir üzvə aid olur. |
Onun mənasını konkretləşdirir. |
Xüsusən, xüsusilə, o cümlədən, hətta sözlərinin köməyi ilə formalaşan dəqiqləşdirici xüsusiləşmiş üzvdən əvvəl vergül yazılır. |
Məsələn, Bütün siniflər, xüsusən onuncular yaxşı nəticə əldə etdilər. |
Onun bütün bədəni, hətta üz-gözü də toz-torpaq içində idi.Tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələr bir-birinə tabesizlik əlaqəsi ilə bağlanır və qrammatik cəhətdən bərabərhüquqlu olur. |
Tabesiz mürəkkəb cümlələr iki qrupa bölünür: bağlayıcılı və bağlayıcısız tabesiz mürəkkəb cümlələr. |
Birləşdirmə, qarşılaşdırma, iştirak, inkar, bölüşdürmə bağlayıcıları bağlayıcılı tabeli mürəkkəb cümlələrin hissələrini bir-birinə bağlayır. |
Birləşdirmə bağlayıcılarından başqa (və birləşdirmə bağlayıcısından başqa) qalan bağlayıcıların iştirakı ilə qurulan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur. |
Məsələn, Qonaq getmək istədi, amma ana buraxmadı. |
Birdən-birə göy guruldadı, hətta ildırım çaxdı. |
Nə işıq yanırdı, nə də su gəlirdi. |
Gah yağış yağırdı, gah da gün çıxırdı.Bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir-biri ilə yalnız sadalama intonasiyası ilə bağlanır və onların arasında vergül qoyulur. |
Məsələn, Yağış yağır, rəqs eləyir gur damcılar. |
Sel gəldi, çayın suyu bulandı.Cümlədə ara sözlər işlənərkən yerinə, mövqeyinə görə vergül yazılır. |
Ümumən ara sözlərdə vergülün qoyulması xitablarda olduğu kimidir. |
Cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur. |
Məsələn, Şairdir, görünür, düz ilqarı var (S. Vurğun).Əvvəldə gələrsə, ara sözdən sonra vergül yazılır. |
Məsələn, Bəlkə, (ara söz) bu yerlərə bir də gəlmədim, duman, (xitab) salamat qal, çən, salamat qal (M. Araz). |
Yəqin, (ara söz) sən də getməlisən. |
Elşən, əsasən, (ara söz) doğru məlumat verdi. |
Müxtəsər, (ara söz) bu işi qurtarmalıyıq. |
Vüqar, (xitab) zənnimcə, (ara söz) daha düzələr.Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra feil və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur. |
Köməkçi nitq hissələrindən olan modal sözlərdən sonra, o və bu işarə əvəzliklərindən sonra modal sözlər gələrsə, hər iki tərəfdən vergül qoyulur. |
Məsələn, O, əlbəttə, (modal söz) sənə inanır. |
Bu, təəssüf ki, (modal söz), babamdan qalan son yadigardır. |
O, çox çalışır.O, bu əvəzlikləri cümlədə təyin vəzifəsində işlənərkən (hansı sualına cavab verir) heç vaxt onlardan sonra vergül qoymaq olmaz. |
Məsələn, O işi mən görməliyəm. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.