Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
İrəli" İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Support of Azerbaijan Youth" hərəkatı adı altında – "SAY: Cümhuriyyət" layihəsini həyata keçirmişdir. |
SAY hərəkatının 6-cı fəaliyyəti çərçivəsində təşkil olunmuş layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur. |
Düşərgə Lənkəran şəhərində həyata keçirilmişdir 2018-ci il 8–13 avqust tarixlərində keçirilmişdir. |
İrəli" İctimai Birliyi tərəfindən uzun müddətdir davam edən SAY hərəkatının növbəti "SAY:Unity" layihəsi baş tutub. |
Azərbaycanın Quba rayonunda baş tutan layihədə 50-ə yaxın gənc iştirak edib. |
Gənc Əkinçi Akademiyası "İrəli" İctimai Birliyi tərəfindən gənc jurnalistlərin iştirakı ilə 3 ildir ki, "Gənc Əkinçi" Akademiyası həyata keçirilir. |
Gənc Əkinçi" layihəsi 12–15 mart 2015 tarixlərində "İrəli" İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidentı yanında Gənclər Fondunun dəstəyi ilə İsmayıllıda həyata keçirilib. |
Layihənin davamlılığı çərçivəsində, ilk mərhələdə 3 tirajda "Gənc Əkinçi"qəzeti çap olunmuşdur. |
Gənc Əkinçi-2" layihəsi 2017-ci il 25–28 yanvar tarixlərində Quba rayonunda baş tutmuşdur. |
2015-ci ilin iyul ayının 22-də, 4000 tirajda "Gənc Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxıb və bu Milli mətbuat günümüzdə reallaşıb. |
Marş İrəli Layihəsi "Marş İrəli" layihəsi "İrəli" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 30 iyun-5 iyul, 2019-cu il tarixlərində Ağdam rayonunda həyata keçirilib. |
6 gün ərzində baş tutan layihə çərçivəsində gender bərabərliyi qorunmaqla 18–20 yaş aralığında 100 nəfər gənc ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alıb, peşəkarlar, mütəxəssislərin iştirak ilə müxtəlif təlim — məşq toplanışları, fiziki və əqli tapşırıqlar, ekspert və qonaqlarla görüş... |
Marş İrəli: Goranboy" layihəsinin II mövsümü "İrəli" İctimai Birliyin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib. |
Layihə 2019-cu il 2–10 iyul tarixində, 220 gənclə keçirilmişdir. |
Marş İrəli: Göygöl" layihəsinin III mövsümü "İrəli" İctimai Birliyin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib. |
Layihə 2021-ci il, 29 iyul — 2 avqust tarixlərində Göygöl rayinunda baş tutub. |
Marş İrəli: Naxçıvan" layihəsi "İrəli" İctimai Birliyin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordu, Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Naxçıvan MR Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib. |
Layihə 2021-ci il, 5–8 sentyabr tarixlərində Muxtar Respublikanın Naxçıvan şəhərində baş tutub. |
Beynəlxalq əlaqələr Beynəlxalq tərəfdaşları: FutureEurope Türkiyə Youth for exchange and understanding Brüssel MOJU Portugaliya Civil Life Association — Bursa European Voluntary Service — akkreditasiya21 iyul 2015-ci il "İRƏLİ" İctimai Birliyi Avropa Komissiyasının Avropa Könüllülük Xidməti (EVS) hər iki növ proqramı ü... |
Akkreditasiya azərbaycanlı gənclərin xaricdə təmsilçilik, könüllü fəaliyyətinin stimullaşdırılması, ixtisas artırma iş yerlərində işlə təminat və digər məsələləri öz üzərində əsas götürür. |
İrəli" İctimai Birliyi ilə Türkiyənin ən böyük gənclər təşkilatı — "Gənc MÜSİAD" arasında iki ölkənin gənclər təşkilatları arasında layihələr keçirmək üçün əməkdaşlıq memorandumu imzalanıb. |
2017-ci ildə Azərbaycan ilə Koreya Respublikası arasında beynəlxalq gənclər mübadiləsi proqramı çərçivəsində ölkə gənclərindən ibarət nümayəndə heyəti iyulun 17-dən 26-dək bu ölkənin paytaxtı Seulda səfərdə olub. |
2017-ci ilin 8–18 avqust tarixlərində azərbaycanlı gənclərdən ibarət nümayəndə heyəti Mərakeş Krallığına səfər edib. |
Səfərin əsas məqsədi Azərbaycan və Mərakeş gəncləri arasında mübadilə proqramında iştirakdır. |
Səfər çərçivəsində gənclər bir sıra tədbirlərdə, həmçinin, gənclər təşkilatlarının nümayəndələri ilə keçirilən görüşlərdə iştirak ediblər. |
İrəli İctimai Birliyi üzvləri 2017-ci ildə Türkiyədə "İkinci Beynəlxalq Gənclik Kampı", Rusiyada "Avrasiya Gənc Liderlər Forumu", Qazaxıstanın Aktau şəhərində "Beynəlxalq Xəzəryanı Gənclər forumu", 14–22 oktyabr 2017 tarixlərində Soçi şəhərində "XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalı", 14–22 mart 2017 tarixlərin... |
Xarici keçidlər "İRƏLİ" 6 yaşını əsgərlərlə birgə qeyd etdi FOTOLAR Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine "İrəli" İctimai Birliyinin 9-cu ildönümü qeyd olunub İrəli İB — Facebook səhifəsi İrəli İB — Twitter səhifəsi İrəli İB — Instagram səhifəsi |
İstiqlal" medalı — Türkiyə İstiqlaliyyət müharibəsində böyük xidmətləri olmuş hərbçilərə və mülkilərə, o dövrdə deputat olanlara, müharibəyə qatılan alayların bayraqlarına, Ərzurum və Sivas konqreslərinə qatılanlara "İstiqlal" medalı qanunu adlı xüsusi qanuna görə verilən medaldır. |
Bu medal 1 noyabr 2006-cı il tarixinə qədər TBMM tərəfindən verilmiş, bu tarixdən sonra müraciət edənlərə isə Milli Müdafiə Nazirliyi tərəfindən verilir. |
Ümumilikdə 95261 nəfərə verilmişdir. |
Qanuna görə sağ sinənin üzərinə hər gün taxılır. |
İstiqlal" medalının yaradılmasından sonra Osmanlı dövrünə aid bütün medal və nişanlar ləğv edilmişdir. |
İstiqlal" medalı qanunu Türkiyə İstiqlaliyyət müharibəsi bitdikdən sonra müharibə zamanı cəbhədə və cəbhə gerisində xüsusi xidmət göstərənlərə medal verilməsi mövzusu TBMM-də müzakirə edildi. |
29 noyabr 1920-ci ildə məclisdə qəbul edilən 66 saylı qanun, 4 aprel 1921-ci ildə Rəsmi qəzetdə yayımlanaraq qüvvəyə mindi.Daha sonrakı illərdə çıxan bəzi qanunlarla əsas qanun olan 66 saylı qanuna əlavələr edilmişdir. |
Misal üçün, 1924-cü ildə çəxan 525 saylı qanun "İstiqlal" medalının varislərə keçişi ilə bağlı hökmləri, 1926-cı ildə çıxarılan 869 saylı qanun isə ilk dəfə medal alanlarla bağlı hökmləri əhatə edirdi. |
İstiqlal" medalı oval formadadır, Latın hərfləri ilə (yeni Türkcə) nəşri edilən medalların həci 35×40 mm, ağırlığı 15,55 qramdır. |
Orijinal Osmanlıca olaraq nəşri edilənlərin ölçüləri isə 1mm qədər kiçik olub, ağırlıqları 10,5 qramdır. |
İstiqlal" medalının formasının müəyyən edilməsi ilə bağlı Mustafa Kamal Atatürk tərəfindən "İstiqlal" medalı qanun layihəsinin hazırlanması Mustafa Necati Uğurala tapşırılmışdır. |
Zərbxana tərəfindən dizayn yarışması keçirilmiş, yarışmanı 9 yanvar 1923-cü ildə heykəltaraş Məsrur İzzət bəy qazanmışdır. |
Medalın ön üzü Medalın ön üzünün üst qismində ilk TBMM binası yer alır. |
Binanın sağında və solunda məscid və ev görüntüləri o dövrün Ankaranı əks etdirir. |
Məclis binasının arxasında doğan günəşin uzunlu-qısalı işiq şüaları yayılır. |
Bu işıq şüaları zəfəri və Türkiyə Respublikasının quruluşunu simvolize edir. |
Məclis binasının altıdakı hissədə dünya simvolu, oraq, çəkiç, rəsm fırçası kimi simvollar yeni respublikanın elmə, sənayeyə, sənətə önəm verəcəyini idaə edir, dünya ilə bütünləşmə də qərarlı olduğunu göstərir. |
Simvolların sağında və solunda buludlar, onların yanında zəfər simvolu olan meşə yarpaqları, yarpaqların üstündə isə məclisin açılış tarixi olan 23 aprel 1336 (1920) yazısı yer almaqdadır. |
buludların altında sağa doğri yeriyən və iki öküzün çəkdiyi, İstiqlaliyyət müharibəsini simvolizə edən öküz arabası ilə kəndli qadın vardır. |
Öküz arabasının və qadın görüntüsünün altında yuxarıdakı buludların və işıq şüalarının davamı görülür. |
Medalın arxa üzü "İstiqlal" medalının arxa üzündə yuxarı doğru baxan ay ulduzla əhatə edilmiş Misak-i Milli sərhədlərini göstərən Türkiyə xəritəsi vardır. |
Xəritə üzərində Ankaranın yeri ulduzla işarələnmişdir. |
Ulduzdan çıxan 7 işıq xəritənin müxtəlif tərəflərinə doğr uzanır, biri Qarsa, digəri isə Ədirnəyə qədər çatır. |
TBMM-də verilən ilk medalın lent rəngi yaşıldır. |
Ancaq daha sonra deputatlara yaşıl, cəbhədə olanlara qırmızı, cəbhə gerisində çalışanlara ağ rəngdə lenti olan medallar verilmişdir. |
Cəbhədə işləmiş deputatların medal lentləri yarı qırmızı, yarı yaşıl rənglidir. |
Medalın verilmə şərtləri 15 may 1919-cu ildən 9 sentyabr 1922-ci ilə qədər dava m edən İstiqlaliyyət müharibəsində cəbhədə və ya cəbhə gerisində qəhrəmanlıq və fədəkarlıq göstərənlərə "İstiqlal" medalı verilmişdir.20 noyabr 1920-ci ildən etibarən 1926-cı ilə qədər deputat, qüvvə-i milliyəçi, PTT məmuru, mülk-i amir və ... |
1968-ci ildə 1005 saylı qanunun (1 mart 1968-ci il tarixindən etibarən) qəbuluna qədər keçən 47 il içində 17, 557-i zabit-gizir və 77,704-ü əsgər olmaqla ümumilikdə 95,261 nəfərə "İstiqlal" medalı verilmişdir. |
30 yanvar 1929-cu ildəki 3579 saylı qanunla Türkiyə İstiqlaliyyət müharibəsində milli orduda döyüşən alayların bayraqlarına da "İstiqlal" medalı verilmişdir. |
Türkiyədə bundan başqa, bu medala shaib olan 3 şəhər və bir ilçə vardır. |
Bunlar Qəhrəmanmaraş, Qaziantep, Şanlıurfa və İneboludur. |
Qaziantep 2008-ci ildə bu medalı alarkən, Şanlıurfa isə 2016-cı ildə almışdır.Qəhrəmanmaraş 21 yanvar 1920 – 11 fevral 1920-ci il arasında İstiqlaliyyət mübarizəsi verərək şəhəri fransız işğalından qurtaran xalqın qəhrəmanlığı səbəbilə 5 aprel 1925-ci ildə qırmızı lentli "İstiqlal" medalı ilə mükafatlandırılmışdır. |
İstiqlaliyyət müharibəsindən sonra TBMM-dən gələn "şəhərdə İstiqlaliyyət müharibəsinə qatılanların bildirilməsi" şəklindəki yazıdan sonra şəhərin ağsaqqallarının "Maraşda Milli Mübarizəyə qatılmayan tək bir fərd belə yoxdur " cavabından sonra TBMM medalı fərdlərə deyil bütün şəhər xalqına vermə qərarı almışdır. |
1925-ci ildən bəri 12 fevralda reallaşan mərasimlərdə şəhərin "İstiqlal" medalı bayrağa xüsusi formada taxılaraq bu hadisə canlandırılır.İnebolu isə 9 aprel 1924-cü il tarixli TBMM qərarı ilə İnebolulu qayıqçıların əziyyətləri və uğurlarına görə ağ lentli "İstiqlal" medalı ilə mükafatlandırılmışdır. |
Medal İnebolu bələdiyyəsində mühafizə edilir. |
Medalın varisə qalma üsulu Medal medal sahibinin ölümündən sonra varsa oğullarından ən böyüyünə, oğlu yoxsa qızlarından ən böyüyünə, qızı da yoxdursa atasına, o da yoxdursa anasına, o da yoxsa həyat yoldaşına miras yolu ilə keçir. |
Miras işləri Milli Müdafiə Nazirliyinin Hərbi Səfərbərlik Dairəsi tərəfindən aparılır. |
Son "İstiqlal" medalı İstiqlaliyyət müharibəsində xidməti olduğu halda medal almadan vəfat edən Yusif Yiğitdən dolayı oğlu Mehmed Yiğitin 66 saylı İstiqlaliyyət medalı qanununun 5742 saylı qanunun IV maddəsi gərəyincə "İstiqlal" medalı ilə təltifinə dair 19 may 2016 tarixli və 352 saylı qərar prezident tərəfindən təsdi... |
Bu medal 2016-cı ildə Menemen icra nümayəndəsi olan Gülihsan Yiğitə 24 may 2016-cı ildə verilmişdir. |
Medal sahibləri TBMM I çağırış üzvlərindən bəzilərinə medal verilməsi üçün Mustafa Kamal Atatürk tərəfindən yazılan qanun layihəsi TBMM-nin 21 noyabr 1923-cü ildə 65-ci iclasında müzakirə edilmiş və səsvermə nəticəsində Mustafa Kamal Atataürk və 23 nəfər qırmızı-yaşıl lentli İstiqlaliyyət medalı ilə mükafatlandırılmışd... |
Buna görə TBMM I çağırış üzvlərindən olub Qərb cəbhəsinin şimal qrupunda xidmət edən hərbçi-deputatlara, mülki şəxslərə 66 saylı qanunun ikinci və beşinçi maddələrinə əsaslanaraq İstiqlaliyyət medalı verilmişdir. |
Ölən son İstiqlaliyyət mübarizəsi qazisi və medal sahibi Qazi Mustafa Şevki Yakutdur. |
Hatayın Dördyol ilçəsində 1989-cu ildə vəfat etmişdir. |
Mustafa Şevki I Dünya müharibəsində Yəmən cəbhəsində qəhrəmanca döyüşmüş, lakin ərəblərin ingilislərlə ittifaq qurmasından sonra əsir düşmüşdür. |
5 il əsir qalan Mustafa Şevki Mudros barışığından sonra yenidən doğma evinə geri dönmüş və sonradan İstiqlaliyyət mübarizəsində iştirak etmişdir. |
Həmçinin bax "Müharibə" medalı "İmtiyaz" medalı "Ləyaqət" medalı Türkiyə İstiqlaliyyət müharibəsi |
İstiqlal" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. |
1992–2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olmuşdur. |
Tarixi və statusu "İstiqlal" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. |
Təsis olunduğu zaman orden Azərbaycan Respublikasının ən yüksək təltifi idi.Ordeninin statutu Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. |
Qanuna əsasən orden aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə; Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə; Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə. |
İstiqlal" ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. |
İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. |
Həmin qanunda ordenin təsviri aşağıdakı kimi verilmişdir: "İstiqlal" ordeni qızıldan və gümüşdəndir, düzgün səkkizguşəli qızıl ulduz şəklindədir. |
Ulduzun guşələri üzərindəki şüalar onun sağanağına dirənir. |
Ulduz gümüşdən olan ornamentli dairənin fonundadır. |
Ulduzun ortasındakı dairədə isə qanadları səkkizguşəli ulduza doğru uzanan aypara şəkilli göyərçin təsvir edilmişdir. |
Göyərçindən arxa tərəfdə mavi səma fonunda doğan günəş təsviri vardır. |
Göyərçinin təsvirinə ağ rəngli, səmanın təsvirinə mavi rəngli, günəş və ulduzun təsvirinə isə qızılı rəngli mina çəkilmişdir. |
Ulduzdan aşağıya doğru dairə boyunca sağanaq şəklində uzanan hörmə ornament "İstiqlal" sözü yazılmış lentlə birləşir. |
Ornamentə ağ mina çəkilmiş, lent gümüşdən düzəldilmişdir. |
Bütün yazılar və təsvirlər qabarıqdır. |
Ulduzun iki əks ucları arasında ordenin, ölçüsü 57 mm-dir. |
Orden ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. |
Qəlib Azərbaycan Respublikasının dövlət bayrağı şəklində lentlə birləşən ornametli iki hissədən ibarətdir. |
Lentin eni 19 mm-dir. |
Qəlibin ölçüsü 54 mm x 22 mm-dir. |
Ordenin ikinci təsviri Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. |
Həmin təsvirdə qeyd deyilir: "İstiqlal" ordeni bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş və ikiüzlü hamar şüaları olan iki gümüş səkkizguşəli ulduzdan ibarətdir. |
Üstdəki ulduzun ortasında mavi mina ilə örtülmüş girdə lövhə yerləşir. |
Bu lövhənin üzərində qanadları açılmış quş və qanadların arasında — yuxarıda səkkizguşəli ulduz təsvir olunmuşdur. |
Ulduzdan yuxarıda qanadlar arasında çevrə boyunca "İstiqlal" sözü yazılmışdır. |
Quşun, ulduzun təsviri və yazı qabarıqdır, qızıl suyuna çəkilmişdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.