Search is not available for this dataset
text
stringlengths
10
518k
1995-ci ildə finalda Ural Dövlət Universitetinin KVN komandasını məğlub edən " Uralskie pelimeni " Yekaterinburq çempionu oldu.
1995-ci ildə " Uralskie pelimeni " Soçidə keçirilən KVN festivalına getdi.
Bu çıxışdan sonra onlar qala-konsertə və Böyük Liqanın KVN oyunlarında iştiraka dəvət aldılar .
1995–2000-ci illərdə " Uralskie pelimeni " KVN-nin Böyük Liqasında beş mövsüm oynayır (1995, 1996, 1997, 1998, 2000).
1995-ci ildə debütdə 1/8-də , 1996-cı ildə artıq 1/4-də məğlub olurlar .
1997-ci ildə yenidən 1/8-də məğlub oldular, lakin artıq 1998-ci ildə yarımfinalda gələcək çempionlara — "Leytenant Şmidtin Uşaqları" komandasına uduzdular.
2000-ci il komanda üçün zəfər idi: onlar "XX əsrin son çempionu" qeyri-rəsmi titulunu təmin edərək, Böyük Liqanın çempionu oldular.
2002-ci ildə " Uralskie pelimeni " KVN Yay Kubokunu qazandı (ümumilikdə, 2001, 2002 və 2003-cü illərdə üç dəfə Kubok oyunlarında iştirak edirlər).
Bundan əlavə, komanda KVN komandalarının "Voicing KiViN" festivalında "Qızılda Böyük KiViN" (2002), "İşıqda Böyük KiViN" (1999, 2004), "Qaranlıqda Böyük KiViN" (2005, 2006) mükafatlarını qazandı.
Andrey Rojkov — kapitan, bədii rəhbər, aktyor, müəllif, komanda direktoru (2016-cı ilin dekabrından 2018-ci ilin fevralına qədər) Dmitri Sokolov komandanın yaradıcısı, aktyor, müəllifdir.
Əvvəllər o, UPI-TMİ-nin Qonşular komandasının üzvü idi. Vyaçeslav Myasnikov — aktyor, müəllif.
2000-ci ildən komandada "Kəsmədən gələn uşaqlar" (UGLTU) KVN komandasından gəldi.
Sergey İsaev — vitse-kapitan, aktyor, müəllif, komanda direktoru (2015-ci ilin oktyabrından 2016-cı ilin dekabrına qədər).
Yarandığı gündən komandada.
Əvvəllər o, UPI-TMİ-nin Qonşular komandasının üzvü idi. Maksim Yaritsa — aktyor, müəllif.
1994-cü ildən komandanın üzvü.
Alexander Popov yaradıcı prodüser, aktyor, müəllifdir.
1997-ci ildən komandanın üzvü.
Sergey Erşov — müəllif qrupunun rəhbəri, aktyor.
Yarandığı gündən komandada.
Sergey Kalugin — səs mühəndisi, musiqiçi, aktyor.
İlana Yurieva (İsakjanova) — aktrisa, 2012-ci ildən komandada.
Kseniya Korneva 2015-ci ildən komandada aktrisadır.
Raisy" KVN komandasının keçmiş üzvü, İrkutsk.
Artyom Puşkin 2016-cı ildən komandada aktyor, müəllifdir.
Həmmüəllif və bir neçə konsertin iştirakçısı, komanda ilə 2000 KVN əsas liqa mövsümündə oynamışdır.
Qaydasız gülüş", "Qatillər liqası", "Qatil axşamı", "Qatil gecəsi" verilişlərində iştirakı ilə də tanınıb.
Əvvəllər o, "Sverdlovsk" və "Diamants" KVN komandalarının üzvü olub.
Danila Pyatkov 2016-cı ildən komandada aktyor, müəllifdir.
Roman Postovalov 2016-cı ildən komandada aktyor, müəllifdir.
Qaydasız gülüş", "Qatillər liqası", "Qatil axşamı", "Qatil gecəsi" verilişlərində iştirak etməklə tanınıb.
Andrey Rojkov " Uralskie pelimeni " (rus) şousunun adının sirrini açıqladı, Regional qəzet (4 yanvar 2018-ci il).
19 iyun 2018-ci il tarixində orijinaldan arxivləşdirilib.
Giriş tarixi: 15 yanvar 2018-ci il.
Çinar" rəqs ansamblı — 1959-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda yaradılmış qızlardan ibarət xalq rəqs ansamblı.
Ansamblın ilk rəhbəri Azərbaycan Dövlət Filarmoniyasının solisti Əminə Dilbazi olmuşdur.
Çinar" öz səhnə həyatına "Çinar" rəqsi ilə qədəm qoymuşdur.
Sonralar ansamblın ifasında "Bənövşə", "Ceyran" rəqsləri yaranmışdır.
Müvəffəqiyyətləri Yarandığı müddətdən 3 ay sonra Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etdi.
İlk qastrol səfərində müvəffəqiyyət qazanan "Çinar"ı tamaşaçılar "Beryozkanın" kiçik bacısı adlandırırdılar.
Ansambl ÜİLKGİ MK-nın Fəxri fərmanı ilə təltif olundu.
Moskvadakı müvəffəqiyyətindən sonra "Çinar"a xalq ansamblı adı verildi.
Ansamblın fəallarından dördü Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, kollektivin bədii rəhbəri Əminə Dilbazi isə Azərbaycan xalq artisti adına layiq görüldü.
1970-ci illərdən başlayaraq "Çinar" həm ölkədə və həm də xaricdə tanınmağa başladı.
Çinar" xalq rəqs ansamblı bir sıra müsabiqələrdə, festivalda müvəffəqiyyətlə çıxış edərək, özünün nəyə qadir olduğunu dəfələrlə sübut etmişdir.
Ansamblın yaradıcılığı haqqında C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Qızlar, rəqs edin!
sənədli filmini çəkilmişdir.
Çinar" xalq rəqs ansamblı Moskva, AFR, Polşa və Əlcəzair televiziyalarında da efirdə olmuşdur.
Müasir dövr Hazırda "Çinar" xalq rəqs ansamblının rəhbəri Əminə xanım və ansamblın keçmiş solisti, Azərbaycan Tibb Universitetinin məzunu Nərgiz Abdullayevadır.
Ansambl bu günə kimi Türkiyədən başlayaraq, Fransa, Əlcəzair, Seneqal, İran, Polşa, Macarıstan, Bolqarıstan, Almaniya, Yuqoslaviya, Rusiya, Ukrayna, Gürcüstan, İsraildə konsert proqramları ilə şıxış etmişdir.
Azərbaycanın şəhər və rayonlarının, kənd və qəsəbələrinin böyük əksəriyyətini qarış-qarış gəzmiş, "Yallı", "Dolayı", "Ceyrani", "Vağzalı-mirzəyi", "Qavalı" və digər Azərbaycan xalq rəqslərini ifa etməklə tamaşaçıların rəğbətini qazanmışdır.
Sarı gəlin" rəqsi 1990-cı ildə Əminə xanım "Sarı gəlin" Azərbaycan xalq mahnısı əsasında rəqsə quruluş vermişdir.
Rəqsin quruluşuna görə səhnədə qızılı paltar geyinmiş üç qız oynayır.
Rəqsin təqdimatı Türkiyədə olmuşdur.
Rəqs tamaşaçıların rəğbətini qazanmışdır.
Xarici keçidlər Çinar rəqs ansamblı (video) Həmçinin bax Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Azərbaycan rəqsləri
Üç Ulduz Nişanı (Latış dili: Tiju Zvaigžņu ordenis)- Latviyada təsis edilən ordendir.
25 mart 1924-cü ildə Latviya Milli Məclisi tərəfindən təsis olunmuşdur.
Devizi "Per aspera ad astra"dır ki, mənası "Çətinliklərdən keçib ulduzlara çatmaq" deməkdir.
Orden Latviyada verilən ilk və ən yüksək dərəcəli ordendir.
Böyük Komandan Xaçı (zəncirli) (1-ci dərəcəli) Böyük Komandan Xaçı (1-ci dərəcəli) Böyük Zabit (2-ci dərəcəli) Komandan (3-cü dərəcəli) Zabit (4-cü dərəcəli) Daşıyıcı (5-ci dərəcəli) Fəxri Orden, 1-ci dərəcəli Fəxri Orden, 2-ci dərəcəli Fəxri Orden, 3-cü dərəcəli Ordenin xaçı zərli kənarları olan ağ minadan təşkil olun...
Xaçın ön tərəfinin mərkəzində mavi minadan təşkil olunmuş medalyon yerləşir.
Medalyonun mərkəzində isə 3 ədəd qızıl beşguşəli ulduzu görmək olar.
Əks tərəfində isə "Per aspera ad astra" və "Latvijas Republika — 1918.g.18.
novembris" (Latviya Respublikası- 18 noyabr 1918) ifadələri yazılmışdır.
Ulduz birinci və ikinci dərəcəli nişanlarda olur.
Birinci dərəcəli nişan və ikinci dərəcəli nişan (müvafiq olaraq böyük ulduz və kiçik ulduz) yalnız dizaynına və ölçüsünə görə fərqlənir.
Ulduzlar mavi minalı medalyon və onun mərkəzindəki 3 ədəd qızıl ulduz ilə gümüşdən hazırlanan beşguşəli ulduz formasındadır.
Onun kənarında "Par Tēviju" (Vətən üçün) sözləri yazılmışdır.
Nişanın zənciri Zəncir yalnız Böyük Komandan Xaçında olur.
Bu ordenlə isə nadir adamlar təltif olunur.
Zəncirin üzərində svastikanı, üç ulduzu, şir və qrifonu görmək olar.
Fəxri Orden Fəxri orden bir qayda olaraq xaç təsvir olunan, öndən dəyirmi formada olan nişandır.
Əks tərəfində isə "Par Tēviju" sözləri yazılmışdır.
Onun kənarında palıd yarpaqlarından ibarət çələng təsvir olunub.
Fəxri Orden qızıl, gümüş, bürünc olmaqla 3 sinfə ayrılır.
Xarici keçidlər The State Decorations of Latvia Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine, Prezident Aparatı The Three-Star Order Arxivləşdirilib 2012-07-31 at the Wayback Machine
İctimai asayişin mükəmməl mühafizəsinə görə" medalı Ermənistan Respublikasının dövlət mükafatıdır.
Mükafat proseduru Medal aşağıdakı kriteryalara görə verilir: Qanunun və asayişin təşviqində nümayiş etdirilən cəsarət və ya fədakarlıq, İctimai asayişin qorunmasında nümayiş etdirilən cəsarət və ya fədakarlıq, Cinayətlə mübarizədə göstərilən cəsarət və ya fədakarlıq, Xidməti vəzifələrini yerinə yetirərkən cəsarət nümay...
Geyinmək qaydası (Hərbi üsul) Medal döş qəfəsinin sol tərəfinə taxılır, əgər "Hərbi xidmətlərə görə" medalı varsa — ondan sonra Medal ilə təltif olunanlar Ermənistan prezidenti S. Sarkisyanın hakimiyyəti dövründə (9 aprel 2008-ci ildən) 2-si ölümündən sonra olmaqla 65 nəfər medala layiq görülüb.
İgidliyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir.
Tarixi və əsasnaməsi "İgidliyə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 607-IQ saylı Qanunu ilə təsdiq edilmişdir.
Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə; Döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə; Həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə; Xüsusi tapşırığı yerinə yetirərkən casarət göstərdiyin...
İgidliyə görə" medalı Azərbaycan Respublikasının digər orden və medalları olduğu halda döşün sol tərəfinə "Vətən uğrunda" medalından sonra taxılır.
İgidliyə görə" medalının təsviri 2 fərqli formada verilmişdir.
Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir.
Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "İgidliyə görə" medalı bürüncdən tökülmüş, 36 mm diametrli girdə lövhədən ibarətdir.
Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir.
Əsgər təsvirinin solunda, çevrə boyunca "İgidliyə görə" sözləri həkk olunmuşdur.
Yazı və təsvirlər qabarıqdır.
Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur.
Medal halqa və ilgəyin vasitəsilə 27 mm x 43 mm tünd və açıq yaşıl fonda xara lentlə bükülmüş nazik düzbucaqlı lövhəyə birləşdirilir.
Lövhənin aşağı hissəsində milli ornament üslubunda təsvir olunmuş halqalı düzbucaqlı çıxıntı, arxa tərəfində isə paltara bərkidilmək üçün müvafiq bərkidici element vardır.
Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
Medalının ikinci və hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 731-IVQD nömrəli Qanunu ilə təsdiq olunmuşdur.
Medalın təsviri aşağıdakı kimi verilmişdir: "İgidliyə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, 36 mm diametrli dairəvi lövhədən ibarətdir.
Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir.
Əsgər təsvirinin solunda, çevrə boyunca "İgidliyə görə" sözləri həkk olunmuşdur.
Yazı və təsvirlər qabarıqdır.