Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Entertainment Weekly"dən Li Qrinblatt bütün mövsümü B+ balı ilə qiymətləndirir və qeyd edir ki, serial "gənc, özünü itirmiş və bizim dünya üçün həddən artıq kövrək olmanın nə ilə nəticələnə biləcəyini açıq göstərir. |
The Hollywood Reporter"dən Deniel Feynberq də serialı qiymətləndirərək "gənc nəslin şərəfli adaptasiyası" adlandırır, aktyor işi, rejissor işi, aktuallıq və baxımlığı serialın müsbət tərəfləri kimi qeyd edir.Aktyor heyətinin işi, xüsusilə Ketrin Lengfordun canlandırdığı Hanna, Dilan Minnettin canlandırdığı Kley obrazla... |
IGN"dən Şedin aktyor heyətinin işini qiymətləndirərək, Minnett və Lenqfordun performansını xüsusi qeyd edərək yazır: "Lenqford baş rol olan Hanna obrazında parlaqdır…və o, Hannanın optimizim və dərin kədərini öz simasında yaxşı əks etdirir. |
Minnetin canlandırdığı Kley obrazı bir qədər daha soyuq və çəkingən olsa da, aktyor işin öhdəsindən mükəmməl gələrək, əksər hallarda çətin görünən rolu lazımınca canandıra bilir. |
The Boston Globe"dan Gilbert, Lenqford və Minnet arasındakı kimyanı qiymətləndirərək deyir ki, "bu iki gənc aktyoru birlikdə izləmək böyük həzzdir", "IGN"dən Şedin isə bununla razılaşaraq əlavə edir ki, "tez-tez onların birlikdəliyinin ən yaxşı hissəsi, hisslərini bir-birinə etiraf edə bilməyən iki yeniyetmənin düzgün ... |
The Hollywood Reporter"dən Feynberq hər iki aktyorun işini qiymətləndirir: "Lenqfordun ürək parçalayan açıqlığı sizi qeyri-mümkünlüyünü bildiyiniz taleyə inanmağa sövq edir. |
Aktrisanın dinamik diapazona malik performansı, Minnetti çətin vəziyyətə salaraq, iki obrazın əhval-ruhiyyəsi arasındakı fərqi daha qabarıq göstərməyə məcbur edir. |
Variety" jurnalından Rayan yalnız baş rol ifaçılarını deyil, ikinci dərəcəli rolları ifa edən aktyorların işini də qiymətləndirərək, xüsusilə Hannanın anasını canlandırmış Keyt Ualşın ifasını vurğulayır və aktrisanın "yaradıcılığının ən yaxşı işi" adlandırır. |
Seriala müsbət rəy verən Rayan, Feynberq və Şedin ikinci dərəcəli rol aktyorlarının (xüsusən Alişa Boe, Mayls Heyzer və Kristian Navarronun canlandırdıqları Cessika, Aleks və Toni obrazlarını) işlərini vurğulayırlar. |
Indiewire"dən Liz Şennon Miller serialdan zövq aldığını bildirərək onu B+ balı ilə qiymətləndirir və ikinci dərəcəli aktyor heyətində irqi və gender balansının saxlandığını vurğulayır.Serial haqqında rəy bildirmiş tənqidçilərin qeyd etdiyi digər bir məsələ isə serialda qaldırılan ciddi problemlərə yetkin yanaşmadır. |
Bu məsələ, "Indiewire"dən Miller tərəfindən qiymətləndirilir və qeyd edir ki, "hekayənin böyüklər üçün nəzərdə tutulmuş hissələri inandırıcı və dürüst səslənir", lakin o, bu xüsusiyyətin teleserialın məzmununu daha da ağırlaşdırdığını qeyd edir. |
The Hollywood Reporter"dən Feynberq də qeyd edir ki, serial baxış üçün çox çətindir, "IGN"dən Şedin isə qeyd edir ki, seriala baxış "həddən artıq ağır və təzyiq edicidir…kifayət qədər güc alıcı təcrübədir, xüsusilə hissələrin toplaşaraq vahid mənzərə yaratdığı sonlarda seialın izlənilməsi çox çətindir. |
Feynberq serialda rejissor işini qiymətləndirərək deyir: "Tom MakKarti, Qreqq Araki və Karl Franklinin də daxil olduğu Sandens meylli rejissorlar qalereyası performanslarını yaxşı saxlayırlar", "The Boston Globe"dan Gilbert isə hekayə nəqlini qiymətləndirir: "Hekayə nəqli texnikası güclüdür, çünki biz bir saat ərzində ... |
Tədricən serialın fonu daha da zəngin və dərin olmağa başlayır. |
Yeniyetmə qorxusunu təsvir etdiyinə görə, serial həm də ciddi tənqidlərə məruz qalmışdır. |
The New York Times"dan Mayk Heyli yazır ki, "serialda Hannanın məqsədinə əminliyi inandırıcı verilmir. |
Bu, ictimai işçinin gördüyü işi tez-tez xatırlatması kimi süni təsir bağışlayır. |
O, həm də, Kleyin ard-arda hər seriyada bir kasseti dinlədiyi süjet xəttini tənqid edərək yazır: "Bunun, süjet xətti qurmağa xidmət etməkdən başqa heç bir anlamı yoxdur. |
Seriyalar davam etdikcə siz özünüzü Kleyə qarşı qoyaraq, tez bir zamanda onun bütün kassetləri dinləməsini istəyəcəksiz. |
The Guardian"dan Rebekka Nikolson serialın bir çox xüsusiyyətlərini, o cümlədən Minnett və Uelşin aktyor işini qiymətləndirsə də, süjet xəttini bəyənməmişdir. |
Məktəb həyatından bəhs edən "Çılğınlar və axmaqlar" və "Mənim həyatım adlandırılan şey" kimi seriallardan fərqli olaraq, "13 səbəb, niyə" serialının yaşlılar tərəfindən bəyənilməsinə də skeptik yanaşır: "Serial, incə hisslərlə əlaqəli istənilən qorxunc hərəkətin dəhşətli nəticəyə gətirib çıxaracağı ictimai məzmunun çat... |
Washington Post"un televiziya tənqidçisi Henk Styuver serialı "qarışıq" və "inandırıcı olmayan" adlandırır və yazır: "13 seriya və bitmək bilməyən 13 saat – passiv-aktiv, inanılmaz sıxıcı, pis yazılmış və insanın enerjisini alan serial, ABC-nin köhnə "Afterschool" verilişləri kimi banal görünərək depressiya, rişxənd və... |
O, əlavə edir ki, "Hannanın kasset yazıları, getdikdən sonra insanların onun yoxluuna necə reaksiya verəcəyi haqqında düşünən yeniyetmənin fantaziyalarıdır. |
San Francisco Chronicle"dan Devid Viqand seriala mülayim şərh verərək deyir ki, xüsusilə Hanna personajının uyğunsuz xarakterini bəyənməəyib. |
Lenqfordun "möhtəşəm aktyor işini" tərifləyən Viqan qeyd edir ki, "Elə olur ki, biz sadəcə personaja inanmırıq, onların etdikləri hərəkət və ya dedikləri sözlər bizim inamımızla üst-üstə düşmür…Hannanın düzgün olmayan hissləri onu dalana aparır. |
Sözsüz ki, eniyetmələr həmişə qarışıq və mürəkkəb hisslər yaşayırlar, lakin serial sərhədləri keçərək, bunu inanılmaz həddə çatdırır. |
Serial, yeniyetmələrin real həyatda hansı problemlərlə üzləşmələri, emosional qapalılığın necə intihara yol açmasını göstərdiyinə görə də təbliğ edilmişdir. |
Bəzi insanlar Hannanı sevərək onun qayğısına qalmış, qəhrmanı intihara sürükləyən səbəbləri qəbul etmişlər. |
Cəmiyyətə təsiri Təsvir edilən intihar və özünə-qəsd səhnələrinə görə, serial, cəmiyyətdə ciddi fikir ayrılıqlarına səbəb olmuş və nəticədə Netflix hər seriyanın başlanğıcında ciddi xəbərdarlıq yerləşdirməyə məcbur olmuşdur. |
Məktəb psixoloqları və pedaqoqlar serialla bağlı həyəcan təbili çalmışlar. |
Florida ştatının Palm-Biç qraflıq məktəblərinin superintendantının sözlərinə görə, onlar rəsmi olaraq valideynlərə müraciət edərək, məktəblərdə intihar və özünə-qəsd hallarının artması, qarşılaşılan bu cür hallarda bəzi tələbələrin "fikirlərini Netflix vasitəsiylə yayımlanan "13 səbəb" serialı əsasında formalaşdırmalar... |
O, Associated Press agentliyinə verdiyi müsahibədə bildirir ki, "Cey Aşerin yazdığı kitab əvvəlcədən gözəl faciə, mürəkkəb və həyəcanlı əsər kimi nəzərdə tutulmuşdu və biz yaradıcılıq prosesində ilkin mənbəyə sadiq qalmışıq. |
Biz bunu ədalətlə etmişik və bəli, [cavab reaksiyası] gələcək, heç nəyə baxmayaraq. |
Bu, müzakirə üçün heç də sadə mövzu deyil və mənim bəxtim gətirib ki, mövzu ilə işləmək imkanı əldə etmişəm. |
2017-ci ilin aprelində Milli Məktəb Psixoloqları Assosiasiyası (ing. |
National Association of School Psychologists) tərəfindən yayımlanmış bəyannamədə deyilir: "Tədqiqatlar göstərmişdir ki, bir şəxsin intiharının görünməsi və ya bu haqqda xəbər, psixi xəstəlikdən əziyyət çəkən gənclərin intihara əl atmasına gətirən çoxsaylı faktorlardan biridir. |
Assosasiya tərəfindən bütün ölkə məktəblərinə məktublar göndərilmiş və serialla bağlı xəbərdarlıq edilmişdir.2017-ci ilin mayında Klinik Uşaq və Yenyetmə Psixologiyası Cəmiyyəti (ing. |
Society of Clinical Child and Adolescent Psychology) tərəfindən nəşr edilmiş bəyannamədə də, serialın zəif psixoloji vəziyyətə malik gənclər arasında özünə-qəsdə səbəb ola biləcəyi, həmçinin bu cür gənclərlə işləyən mütəxəssislərin iş vasitələrinin yararsız hala gətirməsi qeyd edilmişdir. |
Netflixə ünvanlanmış tələbnamədə isə hər seriyadan sonar psixi sağlamlıq resurslarının göstərildiyi teqlərin yerləşdirilməsi, depressiya və intihar simptomlarının ixtisaslaşmış mütəxəssislər tərəfindən effektiv müalicə edilməsi haqqında qeydin göstərilməsi tələb edilmişdir. |
Klinik psixoloqlar Deniel Cey Reydenberq və Erika Martinez, həmçinin, "Teen Vogue" jurnalının psixi sağlamlıq vəkili MolliKeyt Klayn, serialın Verter effekti yarada biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etmişlər. |
Lakin, Şimal-Qərb Universitetinin Ailə İnstitutunun məsləhətçisi Erik Bison qeyd edir ki, "bir serialın kimisə intihara sövq edəcəyi inandırıcı deyil. |
Psixi sağlamlıq üzrə mütəxəssislər də, intihar hallarının qarşısının alınması üçün filmlər və bədii ədəbiyyatda intihar səhnlərinin təsvirindən qaçınmağa çağıran müraciətə əhəmiyyət vermədən "açıq intihar səhnələrini göstərən serial"ı tənqid etmişlər. |
Hannanın intiharını kiçik detallara kimi qrafik və nəqli təsvir edən mövsüm finalı bu baxımdan daha çox tənqid edilmişdir. |
Serialın ssenari müəlliflərindən biri olan Nik Şeff isə müdafiə mövqeyində dayanaraq bildirir ki, serial, intiharın "sakit getmək" olması haqqında mifin dağıdılmasına istiqamətlənmişdir, həmçinin, o, özünün necə intihardan çəkindirilməsini xatırlamış, sağ qalmış intiharçılardan bunun necə ağrılı və dəhşətli olmasını öy... |
Minneapolisdə məktəb məsləhətçisi olan Aleks Moen ümumilikdə serialın süjetini müzakirə edir: "ümumilikdə təsvir edilir ki, intihar etsəz də siz yaxınlarınızla ünsiyyətdə ola bilərsiz, və insanlar qəfildən sizi anlamağa başlayacaqlar, nələr yaşadığınıcı və qğrılarınızın dərinliyini başa düşəcəklər…Cazibədar, sentimenta... |
Digər məsləhətçilər isə, Hannanın Cənab Porterə müraciət etmək cəhdində onun şagirdin açıq suisidal göstəricilərini gösdən qaçırması, həmçinin hadisəni törədənin adını çəkmədən zorlama ilə bağlı polisi xəbərdar etməkdən imtina etməsini tənqid edirlər. |
Moenin sözlərinə görə, məktəb məsləhətçiləri populyar mədəniyyətdə adətən qeyri-effektiv və kobud təsvir edilsələr də, bu dəfə bütün çərçivələrdən çıxaraq qeyri-etik və qeyri-leqal təsvir edilmişdir. |
Slate" jurnalına verdiyi müsahibədə o, qeyd edir: "Bu, gülüncdür! |
Məsləhətçilər polis deyil. |
Biz tədqiqat başlamalı deyilik. |
Biz gördüyümüz iş və aldığımız məlumatla bağlı hər bir məlumatı polisə çatdırmalıyıq. |
2017-ci ilin mayında Kanada Psixi Sağlamlıq Assosasiyası (ing. |
Canadian Mental Health Association) və İntiharların Qarşısının Alınması Mərkəzi (ing. |
Centre for Suicide Prevention) birlikdə, Milli Məktəb Psixoloqları Assosiasiyasının qaldırdığı məsələlərə toxunan bəyannamə yayımlamışdır. |
Kanada Psixi Sağlamlıq Assosasiyası teleserialın intiharı qlamurlaşdıracağından ehtiyat edir, həmçinin bəzi insanların, xüsusilə yeniyetmələrin fikirlərini səhv istiqamətə yönləndirə biləcəyini bildirir. |
Həmçinin Hannanın intihar səhnəsinin Kanada Psixi Sağlamlıq Assosasiyası və Amerika Suisidioloqlar Assosasiyasının məsləhətlərinə uyğun gəlmədiyi vurğulanmışdır. |
KPSA və İQAM "günbəgün yayılmaqda olan bu sağlamlıq probleminin" işıqlandırılmasında serialın rolunu yüksək qiymətləndirsələr də, əlavə etmişlər ki, işıqlandırma təhlükəsiz vəə məsuliyyətli şəkildə edilməlidir. |
Mediada intihar səhnələrinin və intihar mövzusunun təsvirinin intihar hallarının artmasına təsirindən bəhs edərkən qeyd edilir ki, "Onlar, səbəb olaraq yalnız rişxənd hadisəsini göstərməklə intiharı sadələşdirə bilərlər, Hollivud süjetinin əsasına qoymaqla, intiharı romantikləşdirə bilərlər, izləyicilərin, xüsusilə gəc... |
Xarici keçidlər 13 Reasons Why Netflixdə 13 səbəb — Internet Movie Database saytında.13 səbəb TV.com saytında |
13 yanvar — Qriqorian təqvimində ilin 13-cü günü. |
Bu tarixdə ilin sonuna 352 gün (uzun ildə 353 gün) qalır. |
XX və XXI əsrdə Yuli təqvimi ilə 31 dekabr tarixinə uyğun gəlir. |
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl E.ə. |
27 — Oktavian Avqust dövləti Senatın və xalqın sərbəst sərəncamına verib. |
O, on il müddətinə İspaniya, Qaul və Suriyanı öz əyaləti kimi idarə edib. |
1900 — Çex millətçiliyinə qarşı mübarizə aparmaq üçün, imperator I Frans İosif Almaniyanın imperiya ordusunda alman dilini rəsmi edib. |
1968 — Conni Keş Folsom Dövlət Həbsxanasında çıxış edib. |
2020 — ABŞ-də ilk dəfə COVID-19 qeydə alınıb. |
Azərbaycana aid hadisələr 1813 — Rusiya imperiyasının əsgərləri Talış xanlığının paytaxtı Lənkəran şəhərini işğal edib. |
1993 — Azərbaycan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına qoşulub. |
2013 — "Nargis" jurnalı ilk dəfə nəşr olunub. |
1600-cü ildən əvvəl 1334 — II Henri, Kastiliya və Leon kralı 1834 — Con Gilbert Beyker, İngiltərə botaniki 1897 — Ruhulla Axundov, Azərbaycan dövlət xadimi 1909 — Simon Virsaladze, Gürcüstan teatr rəssamı 1937 — Ariadna Şengelaya, Gürcüstan aktrisası 1956 — Zakir Qaralov, Azərbaycan prokuroru 1974 — Xoşqədəm Baxşəliyev... |
86 — Qay Mari, Roma imperatoru 1838 — Ferdinand Ris, Almaniya bəstəkarı və pianoçusu 1885 — Şayler Kolfaks, ABŞ siyasətçisi 1904 — Vasili Veliçko, Rusiya şairi 1906 — Aleksandr Popov, Rusiya fiziki 1941 — Ceyms Coys, İrlandiya yazıçısı 1978 — Hyubert Hamfri, ABŞ siyasətçisi 1987 — İqor İlyinski, Rusiya aktyoru 1992 — M... |
1881-ci il böhranı və ya 14-cü Meyci ili böhranı (明治十四年の政変, Meyci cuyonen no seyhen) – 1881-ci ildə Yaponiyada Okuma Şiqenobunun hökumətdən göndərilməsi ilə baş vermiş siyasi böhran. |
Böhran nəticəsində keçmiş Satsuma və Çoşu domenlərindən olan müşavirlər arasında həmrəklik güclənmiş və 10 il ərzində konstitusiyanın tərtib olunması qərarı verilmişdi. |
Böhran siyasi müxalifəti gücləndirərək Meyci hökumətinin avtoritar rejimini zəiflətmişdir. |
1877-ci ildə Kyuşuda baş verən Satsuma üsyanının yatırılmasından sonra Yaponiyada vəziyyət stabilləşmişdi. |
Meyci hökumətinin siyasəti sayəsində fermerlərin vəziyyəti daha yaxşı idi, sənaye inkişaf edirdi və vergi islahatından sonra dövlətin gəlir mənbəyi möhkəmlənmişdi. |
Xarici siyasətdə isə Yaponiya Ryukyu adalarını Çinin əlindən almaq üzrə idi, Koreyada dayaq nöqtəsi əldə etmişdi və Rusiya ilə şimaldakı adalarla bağlı mübahisələri həll etmişdi.Bunların fonunda daxili işlər naziri Okubo Toşimiçinin hökumətdə çox böyük təsiri var idi və ölkənin de fakto diktatoruna çevrilmişdi. |
Okubo ətrafına keçmiş Çoşu və Satsuma domenlərindən olan həmkarlarından ibarət heyət toplamışdı. |
1878-ci ilin ortasında Okubo siyasətinə qarşı olan bir qrup samuray tərəfindən qətlə yetirilmişdir. |
Onun həmkarları bir müddət harmoniya içərisində fəaliyyət göstərməyə davam etsələr da, hökumət əvvəlki effektivliyini itirməyə başlamışdı. |
Buna görə də Okubonu əvəz edəcək liderə ehtiyac var idi. Okubo satsumalı olsa da, hökumətdə ən çox etibar etdiyi şəxslərdən biri İto Hirobumi idi və tezliklə İto daxili işlər naziri vəzifəsini tutmuşdur. |
Lakin Okubonun digər etibar etdiyi şəxslərdən biri olan Okuma Şiqenobu İtodan 3 yaş böyük idi və daha təcrübəli idi. |
Okuma maliyyə naziri kimi hökumət və biznes dairələrində güclü əlaqələr qurmuşdu. |
Okubonun bir çox satsumalı həmkarı yuxarı vəzifələri tuturdu və hökumət liderliyinə can atırdı. |
Hadisələrin gedişi liderlik məsələsinin həll olunmasını məcbur edirdi. |
Satsuma üsyanı ölkədə inflyasiyaya səbəb olmuşdu, gəliri azalmış narazı samuraylar fermerlərlə birləşərək konstitusiyanın və qanunverici orqanın yaradılmasını istəyirdi. |
1880-ci ildə azadlıq və xalq hərəkatları baş qaldırmışdı. |
Bir çox nümayəndə Tokioya gələrək milli qanunvericiliyin yaradılması üçün petisiya imzalayırdı. |
Xarici siyasətdə isə Çin Koreyada təsirini artıraraq Yaponiyanın maraqlarına zərbə vururdu və ölkənin Çinlə mübarizə aparacaq güclü orduya ehtiyacı var idi.Okuma bu cür situasiyalarla üzləşmiş siyasətçi olsa da, Okubonun ölümündən sonra satsumalı və çoşulu siyasətçilər artıq ona rəqib kimi baxırdılar. |
1880-ci ildə Okuma konservativ liderləri tənqid edərək inflyasiyanı azaltmaq üçün plan təklif etmişdir. |
Okumanın tənqidçiləri hesab edirdi ki, bu plandan sonra Yaponiya borca görə xarici ölkələrdən asılı olacaq. |
1881-ci ilin martında Okuma ingilis modeli əsasında konstitusiyanın bir versiyasını təqdim etmişdir. |
Plana görə 1883-cü ildəki seçkilərdən sonra milli parlamentin aşağı palatasındakı siyasi partiya liderləri kabinet formalaşdıracaqdılar. |
Nəhayət 1881-ci ildə Okuma və bir neçə hökumət lideri bir satsumalı müşavirin təklifini rədd edərək hökumətin Hokkaydodakı mülklərininin satsumalı və çoşulu rəsmilərin başçılıq etdiyi biznesmenlər konsorsumuna satılmasının qarşısını almışdılar. |
Okuma müxalifətin böyük dəstəyini qazanmışdır.1881-ci ilin avqustunda satsumalı və çoşulu müşavirlər görüşərək üzləşdikləri siyasi problemləri müzakirə etmişdirlər. |
Onlar Okuma və təqibçilərinin hökumətdən çıxarılmasını tələb etmək barədə razılığa gəlmişdirlər. |
Onlar bu danışıqları Okumanın paytaxtda olmadığı vaxtda gizli şəkildə aparmışdılar. |
Okuma sentyabrda Tokioya qayıdanda şura görüşlərinə buraxılmamışdır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.